Tag Archives: Fazil Mustafa

FAZİL MUSTAFA İŞİ HAJI DAYININ LƏTİFƏSİNİ YADA SALIR…

Стандартный

Haji dayının bir lətifəsi var, cavan vaxtı bir şəkilidən eşitmişəm. Fazil Mustafanın vurulmaq məsələsinə çox bənzəyir. Təəssüf ki, danışa bilmərəm. Ancaq indi Fazil Mustafa yazdığımı oxusa, özü başaq düşəcək ki, hansı lətifəni deyirəm…

Dünyada indiyəcən çox siyasətçilər, ölkə başçıları vurulublar, öldürülüblər. Hətta papa 2-ci İoann Paveli də güllələmişdilər. Mehmet Eli Ağca adlı bir türk vurmuşdu. Neçə adam tutulmuşdu? Bir nəfər! Yəni Ağca. Papa bir az özünə gələndən sonra gedib türmədə Ağcanı qucaqlayıb öpmüşdü də.

Ronald Reyqanı vurmuşdular. Neçə adam tutlmuşdu? Bir nəfər!

Kennedini öldürən bir nəfəri tutmuşdular, onu da məhkəməyə çatdıra bilmədilər.

Bu qondarma deputat Fazil Mustafanın doğrudan da vurulub-vurulmadığını bilmirik, ancaq yüzlərlə adamı tutub basırlar dama. Bu nə olan işdir?

Bax, burda Hajı dayının lətifəsi açardır. Yəqin İlham Əliyev söz verib ki, nə qədər ki, Fazil Mustafanın yarası ağrıyır, hər gün əlli-altımış adamı basacaq dama. Hər gün səhər tezdən Fazilə zəng vurur.

— Fazilçik, kak dela? Ağrıyır?

— Ağrıyır, əlahəzrət, yaman ağrıyır…

— Qorxma, ölkədə adam çoxdur, on milyonu keçib, nə qədər tutulsa, qurtaran deyil. Nə qədər ki, sənin yaran ağrıyır, gündə əllisini-yüzünü tutam gərək.

-Sağ ol, əlahəzrət… Tutan əlin var olsun…

Haji dayının lətifəsində bilinirdi ki, ağrıyanın harası ağrıyır. Ancaq bu qurumsaq deputatın nəinki harasından vurulduğunu, heç vurulub-vurulmadığını bilmirik. Xəstəxanada göstərmədilər, evə gələndən sonra göstərmədilər. Niyə? Ayaq ya çiyin ayıb yer deyil axı. Bəlkə ağrıyan yer ayrıdır?

Vallah, İoann Pavel İİ, onun vurulmağı, yarası sağalmamış türməyə gedib vurana baş çəkməyi, onu qucaqlayıb ağlamağı yada düşdükcə, adam istəyir başına qapaz salsın ya da Tanrıya asilik eləsin ki, niyə bizi polyaklar kimi yaratmamısan, niyə biz bu rəzil gündəyik…

Qurumsaq Fazil Mustafa isə naz-nemət içində uzanıb gündə prezidentə məlumat verir: “Ağrıyır, yaman ağrıyır…”

Mirzə ƏLİl

13. 04. 2023, Samara

Реклама

FAZİL MUSTAFA: «HƏDƏF MƏNİM DALIM İDİ…»

Стандартный

Fazil Mustafa özünə gələn kimi əqidə qardaşı Eynulla Fətullayevə zəng vurub.

— Qardaş, həmişə səsin gəlsin! Hər yerin salamatdırmı?

— Salamatdır, qardaş. Bir az ayağım cızılıb… Əsas yerim salamatdır.

— Başını deyirsən? Ya ürəyini?

— Nə baş, nə ürək a qardaş. Millət vəkilinin əsas yerin onun dalıdır. Dal xarab olanda Məclisdə necə oturarsan? Killer elə mənim dalımı nişan alırdı, sifariş elə olmuşdu ki, mənim dalımıı vursun, məni diskredtasiya eləsin.  Ancaq mən də iki Qarabağ müharibəsindən keçmişəm, ağzımlı bir kisə erməni gülləsi tutmuşam, killerə dal vermərəm. Gözüm güllədəydi, mənə az qalmış elə burcutdum ki, dalı götürə bilmədi. Ayağımı cızdı.

— Qardaş, bu dal məsələsində haqlısan. Biz jurnalistlərdə də bu dal ən mühüm yerdir. Dalı işə salmasan, qabağa gedə bilməzsən. Bunu sənə bir qardş kimi öz şəxsi təcrübəmdən deyirəm… Qardaş, sən milli qəhrəmansan, sənə ömürlük deputat statusu vermək lazımdır. Bunu mən haqqın. az-da gərək yaxşı piar eləyəm. Ayağının şəklni mənə at, qoyum sayta.

— Yox, ayağımı qoyma, dalımı qoyarsan, çünki hədəf dal idi. Mən indi dalımı selfi eləyib ataram sənə.

— Gözləyirəm, qardaş. Öpürəm…

 

Mirzə ƏLİL

29. 03. 2023, Samara

PREZİDENT FAİZL MUSTAFANIN BAŞINA DƏMİR YUMRUQ VURAR, ANCAQ TƏBRİK ELƏMƏZ!

Стандартный

Azərbaycanın kütləvi informasya vasitələri (“kütləvi” sözünün “kütlə” hissəsinə fikir verin – Azəebaycan dövlətinin kütlə üçün yayığı informasoyanın keyfiyyəti necə olar? Hamımız bilirik ki, Azərbaycanda dövlət kütləyə necə baxır və kütləni təşkil edən insanları adamdan çox ucuz tuikinti materialı və hətta kibrit çöpü sayır) car çəkirlər ki, prezident Fazil Mustafanı təbrik edib. Bu, başlıqdadır. Xəbərin özünü oxuyursan, görürsən ki, Fazil Mustafanı şəxsən prezident yox, hətta administrasiya rəhbəri yox, administrasiyanın şöbə müdiri Ədalət Vəliyev təbrik edib.

İnanan daşa dönsün!

Administrasiyanın şöbə müdiri yəqin İlham Əliyevi son dəfə altı-yeddi ay bundan qabaq görüb. Əgər görübsə. Belə çıxır ki, İlham Əliyev telefonla Ədalət Vəliyevlə danışıb, xahiş edib ki, Fazil Mustafanı onun adından təbrik etsin. Buna inanmaq mümkün deyil. İlham Əliyev Fazil Mustafanı təbrik etmək istəsəydi, ona özü niyə zəng vurmurdu?

Ədalət, ah Ədalət!

Mən Mitrzə Əlil olaraq yüz faiz əminəm ki, müzəffər baş komandan heç vaxt Fazil Mustafa kimi adamı təbrik etməz, çünki Fazil Mustafa antmilli ünsür olub, özü də yekəsindən, çünki cəbhəçilik eləyib, yüksək vəzifə tutub Elçibəyin yanında, yəni torpaqları satıb erməniyə, pulunu yeyib. İndi müzəffər komandan Fazil Mustafanın başqa cəbhəçilərlə sövdələşib satdığı torpaqları dəmir yumruğuyla geri qaytarır. Yəni desələr ki, İlham Əliyev Fazil Mustafanın başına dəmir yumruq endirib, inanaram, ancaq onu təbrik eləməyinə yox.

Bir də ki, Zəfər gününün təbriki Fazil Mustafaya ona görə düşmür ki, bu zəfərdə onun heç bir iştirakı yoxdur. leriklinin, masallılının, biləsuvarlının, salyanlının, tovuzlunun, beyləqanlının sütül uşağı cəbhədə öləndə bu naxçıvanlı antimilli ünsür Bakıda layiq olmadığı deputat maaşı alal-ala, başqa çax-çuxla eləylə eləyə kef çıkib. O sütül uşaqların ahı bu pozğun deputatları tutsun, qan qussunlar.

Biri də var, Aqil Abbas, deyir gedək qalan ermənilərin başını əzək. Özü də “biz” deyir”.

Ay soğanbaş, sənin “biz” deməyə haqqın var? Sən vuruşmusan? Oğlun vuruşub? Yenə istəyirsən yenə bu yazıq fəhlə-kəndlinin uşağı qırlılsın? Oturmusan layiq olmadığın yerdə, qafiyəbaz qayınatandan elə bil irs almısan, utanıb-qızarmırsan, heç olmasa ağzına su alıb sus…

Qayıdaq bizim qoyunlara. Yəni fransızların dediyi kimi bizim qoçlara. Yəni Fazil Mustafaya. Guya prezident xahiş edib ki, Ədalət müəllim Böyük quruluş partiyasının üzvlərini də təbrik etsin.

Yəni Lenin demişkən, var belə partiya? Hardadır? Neçə üzvü var? O üzvlər Fazil Mustafanın ailə üzvləridir ya ayrı, türkün məsəli, üzvlər də var? Böyük quruluş nə deməkdir? Yəni kiçik quruluşdan fərqli olan bir şey? Bəs kiçik quruluş nədir? Elçibəyin hökuməti?

Yeri gəlmişkən sual: Azərbaycanda siyasi partiya ola bilər? Yox, ola bilməz. Siyasi partiya hakimiyyət uğrunda mübarizə aparır. Azərbaycanda hakimyyət uörunda mübarizə aparanın adı antimilli ünsür, yeri də Kürdəxanı və ya buna bəzər başqa səfalı yerlərdir.

Ona görə bu partiyalar rəhbərliyin avam, qara camaat saydığı kütlənin başını qatmaq üçündür. Fazil Mustafanın doktorluq dissertasiyasına and olsun!

Yenə qayıtdıq antimilli ünsürlərə…

İlham Əliyev tez-tez antimilli ünsürlərdən danışır, ancaq hər dəfə ad çəkmir. Dəqiq bilmirsən ki, kimi deyir. Gərək özün fantaziyanı işə salasan. Zənnimcə, Fazil Mustafa şübhəsiz-sadsız antimilli ünsürdür, özü də xalisindən. Çünki dönə-dönə cildini dəyişib.

Vikipediyada Fazil Mustafa haqqında məqaləyə baxdım, bilmədim ağlayam ya güləm.

Beş dəfə başqan seçilib! Beş dəfə! Başqan!

On doqquz kitabın müəllifidir! Yəni az qalıb Aleksandr Dümaya çata. Ata Dümaya. Oğul dümünı keçib.

Fəlsəfə doktorudur!

Ay mənim xalqım, indi bildin sənin başın niyə ağrrıyır? Çünki sənin doktorun Fazil Mustafa kimi ünsürlərdir!

Mirzə ƏLİL

 08.11. 2021, Samara

FƏZAİL AĞAMALI ALTINI DOLDURUB, KASIB UŞAQLARINI ÖLÜMƏ GÖNDƏRİR

Стандартный

fea

“Azərbaycan genişmiqyaslı hərbi əməliyyatlara başlayaraq Rusiyanın hər hansı bir təpkisini, xahişini, təzyiqini nəzərə almadan sona qədər getməlidir”.

Bunu Fəzail Ağamalı deyib.  Fəzail Ağamalı, Dostoyevskinin ifadəsiylə desək, Azərbaycan həyatının ən rəzil, rüsvayçı zühurlarından biridir. Bu adam tamamilə qanunsuz və hampazorluqla qazandığı deputat səlahiyyətərindən istifadə edib altını dolduranlardandır. “Altını dolduran” deyəndə, əlbəttə, altını buladığını yox, sərvət yığdığını nəzərdə tuturam. “Azərbaycan ordusu sona qədər getməlidir” deyəndə bu şərəfsiz, şübhəsiz ki, özünü, yaxın adamlarını nəzərdə tutmur, çünki Fəzail Ağamalı nəinki Martuni və HadRut, hətta Şuşa və Ağdam uğrunda da ölmək istəmir, çünki öz altını doldurub, arvadının, uşaqlarının, nəvələrinin də altını doldurub, bu qədər varı yeməyə min il lazımdır və Şuşa uğrunda ölməklə bu məqsəd uyğun gəlmir.

Və əgər Fəzail Ağamalının, bu quldur yerazın Şuşadan ötrü ürəyi yanırsa, mən adımı dəyişib Mirzə Zəlil qoyaram. Möcüzə baş versə və rayonlardan qaytarılan olsa, Fəzail Ağamalı elə həmin gündən başlar orda ermənilərdənn qalanları talamağa.

Nəinki Fəzail Ağamalıda, bütün başqa oğru məmurlarda və deputatlarda bir qaram vətənpərvərliyin olduğuna inanmaq mümkün deyil. Vətənpərvər insan öz övladını kefə,  kasıbın uşağını ölümə göndərməz, xalqın malını, torpağını mənimsəməz. Bəlkə də xalq qalxıb Şuşanı alar, ancaq beə biqeyrət və oğru deputatlarsız və məmurlarsız.

Buna deyəsən ki, a vələdəzzina, sənə Martuni lazımdır? Niyə özün getmirsən, arvad-uşağın getmir, qohum-əqrəban getmir? Niyə sənin sərvətini artırmaq üçün lənkərənlı, salyanlı, lerikli, tərtərli, şamaxılı, qusarlı kasıbların uşaqları ölməlidirlər? Bəlkə Milli Məclisdə, Azərbaycanən bu ən pozğun guşəsində, öz övladlarınızdan ibarət bir taqım yaradıb göndərəsiniz Qarabağa?

Gərək ümidimizi üzməyək… Bəlkə elə gün gələcək ki, Fəzail Ağamalı və onun kimilər altlarını sözün tibbi-sanitariya mənasında dolduracaqlar…

Mirzə ƏLİL

01.09. 2020, Samara

İKİ QADIN, İKİ MÜXTƏLİF DÜNYA…

Стандартный

Qənirə_Paşayeva

Belarus Svetlana Tixanovskya xalqını türmədən çıxarmaq istəyir.

Azərbaycanlı Qənirə Paşayeva tələb edir ki, hakimiyyəti tənqid edənlər dərhal türməyə atılsınlar, müddətini də göstərir: 2, 3, 5 il…

Qənirə Paşayeva da Tixanoskaya kimi avropalı donu geysə də, üz-gözünü ondan da artıq yağlayıb bəzəsə də, feodal düşüncəli arvad olaraq qalır. Deputat maaşıyla, deputat statusundan sui-istifadəylə qazanılan haram gəlirdən quduran, qızışan, harınlaşan bu arvad öz firavan güzəranının sabitliyini və davamılılığını saxlamaq üçün xalqının yarısını türməyə basmağa hazırdır.

Nə qədər ki, Azərbaycanda üzə ancaq belə arvadlar çıxırlar, qərb demokratiyasını ancaq arzulaya bilərik…

X.X.

14. 08. 2020, Samara

ZAHİD ORUC HAQQINDA: YALTAQ SÖZLƏR AĞIZDAN YOX, DALDAN ÇIXIR…

Стандартный

Zahid_Oruc

Zahid Oruc fevralın 1-də dünyaya gəlib. Fefral soyuq aydır, Gədəbəyin də iqlimi sərtdir. Zahid Oruc doğulan kimi üşüyüb, deyib ana, n soyuq yerdir bura, mən istəyirəm qayıdam dala, mən qotxuram bu dünyada yaşaya bilməyəm, elə tifil yaşımda tələf olub gedəm.

Anası uşağın tüksüz başını sığallayıb deyib ki, bala, daha geriyə yol yoxdur. Ancaq qorxma, bu dünyada gör nə qədər adam yaşayır. Sən də öyrəşərsən. Ancaq gərək yaşamağı gərək bacarasan. Bacarmağınsa ən birinci şərti yaltaqlıqdır. Yaltaqlıq eləsən, kefin olacqq Gədəbəy kartofu kimi kök. İşin kimdən keçsə, təriflə, ayıb-zad bilmə…

O gündən Zahid anasının sözünü bircə anda yadından çıxarmır. Tərifdə indi oun qabağına Azərbaycan kimi yaltaqlar ölkəsində də hər adam çıxa bilməz.

Zahid Oruycunmətbuatdakı son qatıqlamasından sitatlar:

“…pandemiya dövründə dövlətin bütün strukturlarının çevik işləməsini təşkil edən, həm daxili, həm beynəlxalq əlaqələrini bu çağırışlara uyğunlaşdıran ən qabaqcıl liderlərdən biri cənab Prezident İlham Əliyev oldu”.

“ cənab Prezident 12 iyul tarixində ölkəmizə qarşı Ermənistan tərəfindən edilən qəsdin qarşısında dayanan ən böyük qüvvə oldu”.

“…cənab Prezidentin özünün dediyi kimi, bir neçə gün davam edən hərbi əməliyyatlar sübüt etdi ki, o, sərkərdə kimi müharibə durumunda millətinin yanındadır və onun mübarizəsini təşkil edir, gücünü yaradan ən böyük qüvvədir”.

“Sərkərdə” sözünə fikir verirsiniz? Aleksandr Makedonski, Teymurləng, Napoleon, Suvorov yadınıza düşür? İki nəfər sütül erməni əsgəri bir kapitanla öz ərazimizdə generalı, polkovniki, mayoru öldürür, bu şərəfsiz də hərbi qələbədən danışır…

Zahid Oruc, bütün başqa yaltaqlar kimi və hətta onlardan da artıq yalançıdır. Deyir: “Sübut olundu ki, millətin hər bir nəfəri — ən gənc adamları da meydanlara çıxıb birbaşa silaha sarılıb torpaq bütünlüyümüzü təmin etməyə hazırdır, prinsipialdır, güzəştsizdir”.

Hər bir nəfəri? Bəs onda niyə onlarla insan türməyə niyə atıldı? Bəs niyə millətin yarısını ölkə başçısı “antimilli ünsür adlandırır”?

Bütün yalançılar ki, Zahid Orucun dili çaşıb doğruya gəlir.

“…erməni mətbuatının 60-70 faizi Paşinyana müxalif olan qüvvələrin əlindədir. Ordu da həmçinin. O, hökuməti, parlamenti, məhkəmə sistemini ələ almağa çalışır. Amma indiki halda bunu həyata keçirmək o qədər də sadə deyil. Bunun müqayisəsində isə Azərbaycanda tamamilə ordu və dövlət, Ali baş komandan arasında birlik mövcuddur””.

Yəni dolayısı ilə Zahid Oruc etiraf edir ki, Ermənistan – demokratik dövlətdir, Azərbaycanda isə yarımfeodal rejim hökm sürür. Bunu mən demirəm, Zahid Oruc deyir. Bəlkə də Zahid Oruc ermənilərə işləyir. Çünki belə insanlar öz yaltaqlıqları, yalançılıqları, qısa desək, şərəfsizlikləri və əqidəsizlikləri ilə xalqın mənəviyyatını korlayır, dövlətin əsaslarını sarsıdırlar. İndi mənə desələr ki, Zahid Oruc erməni casusu çıxıb, mən təəccüblənmərəm…

Ancaq hələlik Zahid Oruc millət vəkilidir və hər gün başqa millət vəkilləri kimi yalan danışmalı, öz yaltaqlığını göstərməlidir.

Nədənsə, mənə elə gəlir ki, yaltağın nitqi başda yaranıb ağızdan çıxmır. Yaltaq nitqlər, zənnimcə, ayrı yerdə yaranıb hardasa dal tərəfdən çıxır… Yalqat qatıqlamaları oxuyanda elə bil burnuna pis iy gəlir…

Ah, o soyuq fevral günü… Kaş o gün təqvimdə olmayaydı…

Mirzə ƏLİL

11.08. 20, Samara

QƏNİRƏ PAŞAYEVA TÜRMƏ NAZİRİ OLMAQ İSTƏYİR…

Стандартный

 

2

Millət vəkili Qənirə Paşayeva tələb edib ki, Azərbaycan hakimiyyətini sosial şəbəkələrdə tənqid edənlər hamısı təcili türməyə salınsınlar, müddətlərini də göstərib: iki ül, üç il, beş il…

Vaxtlı və zəruri tələbdir. Azərbaycanda ayrıca türmə nazirliyi yaratmaq və Qənirə Paşayevanı Milli Məclisin Mədəniyyət komitəsinin sədri vəzifəsindən azad edib türmə naziri qoymaq lazımdır. Çünki Azərbaycanda mədəniyyətin olmağına böyük şübhə var, ancaq türmələrin olduğuna heç kimdə şübhə ola bilməz, xüsusən, Qənirə Paşayevanın dediyi kimi, “müdrik və qədirbilən xalqımızda”.

Narahat edən bircə şey var: Qənirə Paşayeva Azərbaycanı inkişaf etmiş Avropa ölkələriylə müqayisə edir… Qənirə Paşayevaya elə gəlir ki, əgər yüksək deputat  — leqal və qyeri-leqal – qazanclarıyla bahalı Avropalı paltarları geyirsə və üz-gözünü avropalılar kimi makiyaj edirsə, olur avropalı. Şəxsən mən Qənirə Paşayevda bir avropalılıq görmürəm. O mənə sovet vaxtı Salyan bazarında yer pulu yığan arvadları xatırladır. Avropanın adını yerli-yersiz çəkib bu “müqəddəs daşlı” kontinenti təhqir eləməyin. “Bu ovçular sən maralnan mən maraldan nə istəyir…” Avropanın bəzi inkişaf etmiş ölkələrində türmələr boşdur, bir neçə ölkədə hətta türmə binasını icarəyə götürüb məsciə çevirirlər…

Bu arvad gərək bizim dövrdə Tovuzda yox, keçən əsrin əvvəllərində Almaniyada, İtaliyada doğulaydı, orda daha böyük karyera uğurları qazanardı… Ancaq  harınlamış və qaynar qanlı bu arvadın Azərbaycanda da irəliləmə imkanları az deyil… «Mersedes», «Toyota» deyil ki, Azərbaycan yarada bilməsin, türmə tikib içini doldurmağa nə var ki…

Türmə naziri…

 

Mirzə ƏLİL

07.08.2020, Samara

FAZİL MUSTAFAYA: NİYƏ GENERALI İKİNCİ FƏXRİ XİYABANDA, FƏTTAH HEYDƏROVU BİRİNCİDƏ DƏFN EDİRLƏR?

Стандартный

1

Cəmiyyətin hər bir sanballı üzvü və mövqeli insan kimi Fazil Mustafa da vaxtaşırı psixoanalitik seansları keçir. Axı üzücü cəmiyyət qayğılarından beyin yorulur, konsentrasiya pozulur, ev adamlarıyla da konfliktli sitüasiyalar yaranır. Son vaxtlar psixi pozuntu halları güclənib, çünki Fazil Mustafa qəfildən beynində doğulmuş bir suala cavab tapa bilmir: “Niyə Azərbaycanda “Guardian” kimi qəzet yoxdur?”

Beləliklə, Fazil Mustafa gəlir psixoanalitikin kabinetinə, uzanır divana.

— Doxdur, mən gecələr yata bilmirəm, cinsi potensiyam böhran həddə enib, evdən çıxanda qonşuların qapısına təpik vururam, axşamlar pəncərədən aya baxıb ulayıram, iki dəfə «birinci xanım» əvəzinə çaşıb «ikinci xanım» demişəm… Mən bir suala heç cür cavab tapa bilmirəm: Niyə bizdə “Guardian” kimi qəzet yoxdur?

— Siz nahaq cavab axtarırsınız. Yaxşı olar ki, öz-özünüzə oxşar suallar verəsiniz. Onda narahatlığınız çəkilər.

— Hansı suallar?

— Məsələn, niyə sizdən bir yerdə yazırlar ki, tarix fakultəsini qurtarmısınız, ayrı bir rəsmi səhifədə — hüquq fakultəsini?

— Doxdur, bilmirəm…

— Bir yerdə yazırlar ki, on iki kitab yazmısınız, başqa yerdə — on doqquz. Niyə?

— Bilmirəm…

— Siz on doqquz kitab yaza bilərsiniz?

— Bilmirəm…

— Siz Balzaksınız?

— Bilmirəm…

— Siz prezident seçkilərində iki faiz səs yığırsınız. Bu qədər dəstəklə necə daim deputat seçilirsiniz?

— Bilmirəm, doxdur…

— Niyə Fəttah Heydərovu 1-ci Fəxri Xiyabanda dəfn etdilər, Polad Həşimovu İkincidə?

— Bilmirəm…

— Bəlkə Fəttah Tovuz döyüşlərində həlak olub?

-Bilmirəm…

— Bəlkə Fəttah general Həşimovdan çox şücaət göstərib?

— Bilmirəm…

— Niyə Boris Consonun arvadı baş nazirin müavini deyil?

— Bilmirəm…

— Bilmirsən… Gördünmü nə qədər cavabsız suallar var? Ona görə “Guardianı” çıxar başından. Bilirsən “Guardian»ın”əvvəlki adı nə olub?

— Blmirəm…

— Manchester Guardian olub, heyvərə… Bizdə Mançester var? Yoxdur! Bizdə Naxçıvan var… Mançesterlini mançesterli olduğuna görə deputat seçirlər?

— Bilmirəm…

— Mançesterlini mançesterli olduğuna görə nazir qoyurlar?

— Bilmirəm…

— Bilirsən, qırışmal…Sənin qəzetinin adı ancaq “Danabaş” ola bilər… Dur get, vaxtın qurtardı…

— Sağ ol doxdur, çox yüngülləşdim… “Guardian” çıxdı başımdan… Danabaş… Danabaş… Deyəsən cinsiyyət potensialm da yerinə gəlir… Qaçım evə…

 

Mirzə ƏLİL

04.08. 2020, Samara

ERMƏNİ LOBBİSİ NİYƏ NAQİF HƏMZƏYEVƏ İANƏ GÖNDƏRMİR?

Стандартный

1

Millət vəkili Naqif Həmzəyev Teleqraf.com-a qatıqlamasında deyib ki, Ermənistan dilənçi günündədir və xaricdəki erməni lobbisinin göndərdiyi ianə ilə dolanır.

İndi mən gözümün qabağına Bakıda metro syansiyalarının birinin qabağında oturmuş bir dilənçi gətirdim. Birdən bu dilənçinin yanından geyimli-keçimli, güləş ya boks üzrə olimpiya çempionu keçir. Bu dilənçi durur ayağa, olimpiya çempionunu yıxır yerə, bir neçə qabırğasını sındırır və paltarının da iyirmi faizini və ayaqqabısının bir tayını çıxarıb yola salır…

Mən bunu təsəvvürümə gətirdim və öz təsəvvürümdən dəhşətə gəldim.

Ancaq bu cüvəllağı Naqifin dediyindən məhz belə çıxır.

Bəlkə ermənilərin lobbidən aldığı dilənçi payda sehrli bir şey var? Misri qılıncda olan sehrdən. Ona görə erməniər o ianəni alan kimi dönürlər şirə, düşürlər üstümüzə, generalımız, polkovnikimizi öldürürlər.

Ah, o ianədən bizimkilər də alaydı!

Əslində bizim yerazlara da o ianədən düşür. Elə bu Naqif Həmzəyevə. Ermənistanda anadan olub. Erməni lobbisi ona ianə verməlidir! Bu Naqif Həmzəyev lobbi ianəsi alsa, bəlkə qeyrətə gələr, gedər heç olmasa, Ağdamdakı ermənilərə “kiş!” deyər…

Soruşa bilərsiniz ki, mən niyə  Naqifə “cüvəllağı” deyirəm. Siz soruşa bilərsiniz, mən də deyərəm ki, əcəb eləyirəm.

Çünki bu cüvəllağı Nafiq Məmmədəmin Rəsulzadəyə “vətən xaini” demişdi. İndiyəcən buna görə onun yağlı sifətinə bir şillə çəkən olmayıb. İndi qoyun heç olmasa uzaqdan-uzağa ona “cüvəllağı” eyib hayıfımı alım.

Ancaq bu Naqif cüvəllağı olsa da, onun hüquqları qorunmalıdır. Ona görə üzümü erməni lobbisinə tutub təkidlə deyirəm: Naqif Həmzəyevin ianəsini təcili göndərin!

 Mirzə ƏLİL

01.08. 2020, Samara

BƏHRAM BAĞIRZADƏ TOVUZ QUŞUNA DÖNDÜ…

Стандартный

2

Tovuz döyüşlərində erməni snayperinin atdığı koronovirusla ağır yaralanmış Bəhram Bağırzadə sağalıb və hərbi hospitalı “ura, ura” sədaları altında tərk edib. Tovuz qəhrəmanı Bəhram indi özü də Tovuz quşuna dönüb, çünki onun hospitalda yatdığı hər gün prezident ona orden, Mehriban xanım isə medal verib.

Məlum olub ki, Bəhram Bağırzadəyə yunan filosofu Sokrat özü tez-tez dəyməyə gəlirmiş. Çünki Sokrat da müharibələr qəhrəmanıdır və döyüşlərdə dönə-dönə şücaət göstərib. Sokrat Bəhrama deyib ki, Bəhram, üç peşə Tanrıdandır: müəllim, həkim, hakim. Bəhram deyib ki, Sokrat müəllim, mənim hakimlərə işim düşməyib, ancaq Azərbaycanda hakimlərə işi düşənlər yaxşı bilirlər ki, bu peşə doğrudan da Tanrıdandır. Kimə nə qədər iş lazımdır, verirlər…

Bəhram Bağırzadə hospitalı Mehriban xanımın bağışladığı qırmızı başmaqlarda tərk edib. Çünki qırmızı ayaqqabı düşmən gözü çıxarandır. Şübhəsiz, ermənilər Bəhramın şəklini görən kimi şalvarlarını isladacaqlar. İndidən kirvələr Çinə nota veriblər ki, sizdən aldığımız koronoirus niyə belə zəif oldu, niyə Azərbaycanın Çarli Çaplinini, Azərbycanın Levitanını öldürmədi…
Deylənlərə görə, prezidentin fərmanıyla Bəhram Bağırzadənin hospitaldan çıxdığı gün milli bayram elan olunacaq və “Qırmızı başmaqlar” hərbi ordeni təsis ediləcək. Şayiə var ki, həmin orden artıq təsis olunub və bir nəçə görkəmli insan, o cümlədən Siyavuş Novruzov, onu alıb döşlərinə taxıb…

Belə-belə işlər…

Azərbaycanda tolerantlığın və multikulturalizmin olmadığı vaxtlar bunun dalıycan deyərdilər: “Qırılsın keşişlər”.

Ah, getsin o günlər, gəlməsin…

Mirzə ƏLİL

27.07. 2020, Samara