Tag Archives: Fəzail Ağamalı

NİYƏ CƏBHƏDƏ HARINLARIN UŞAQLARI VURULMURLAR? ONLARI ARI DA VURMUR!

Стандартный

əlövsət_ağalarov

Azərbaycan ordusu ağır döyüşlər apardıqca otuz ildən bəri Bakıda can bəsləyib boyun yoğunladan deputatlar, harın məmurlar, deputat xalaşkalar “açıqlama” verirlər. Azərnəşrin baş redaktoru Əlövsət Ağalarov yaxşı sözlər deyib. Deyib ki, ordumuz bir neçə kəndi alanda hətta tükü də sevinib. Ancaq deməyib harasında…
Bu qırışmal həmçinin deməyib ki. onun özünün bir adamı cəbhədə vuruşur ya vuruşmur.

Sual çıxır:  niyə itkiləri ordunun irəliləyişinə tükləri də sevinən bu insanlar yox, sadə lənkəranlılar, leriklilər, biləsuvarlılar, salyanlılar, tərtərlilər verirlər?

Niyə indiyəcən bu fəxr sayılan şəhidlik  ölkəni on illərlə hərləyənlərdən brinin balasına qismət olmayıb?

Niyə cəbhədə deputat, nazir, nazir müavini, nazir katibəsi, nazir süpürgəçisi olanlardan birinin balası cəbhədən hətta yaralı gəlmir?

Mə demirəm ki, ölsünlər! Ədalət xatirinə, qoy ayaqlarına Qarabağ yollarının daşı dəysin! Qoy heç olmasa barmaqlarını tikan qanatsın!

Qoy Aqil Abbas kimi, Siyavuş Novruzov kimi, Fəzail Ağamalı kimi, Jalə Əhmədova kimi əldəqayırma deputatlardan, Vaqif Axundov kimi, Məhərrəm Əliyev kimi əldəqayırma deputatlardan biriniun uşağını, heç olmasa, cəbhədə arı vursun! Bəli, güllə yox, mərmi yox, eşşək arısı!

Ancaq bunların uşaqlarını arı da vurmur!

Bu, ədalətlidirmi?

Aqil Abbas «doğma» Ağdama salyanlıların, neftçalalıların, şamaxılıların, oğuzluların meyitlərinin üstündən keçib gedəcək?

Mharibə vətən müharibəsidirsə, müqəddəsdirsə, ədalətli olmalıdır. Meyitlərin kimlərin evinə gətirildiyinə baxanda görürsən ki, ədalət-zad yoxdur!

Millətin xeyli hissəsi bu ağır döyüşlərə futbol oyununa baxan kimi baxır.

Lənət şeytana, bəlkə mərc qoyanlar da var. Aqil Abba skimi lotulardan nə desən çıxar. Fəzail Ağamalı necə varlanıb? Millətini qarət etməklə…

Xalqının qanını soranlara, öz balalarını kefxanalara göndəib kasıb-kusubun uşağını güllə qabağına verənlər qan qussunlar!

Amin!

Mirzə Əlil

04.10. 2020, Samara

ƏSGƏR SORUŞA BİLƏR: «XALAŞKA, SƏN NECƏ DEPUTAT OLMUSAN?»

Стандартный

Sahibə Qafarova

“Bu gün hamımızın ürəyi Ordumuzun yanındadır”.

Bunu Sahibə Qafarova deyib. Milli Məclisin sədri.

Sual: orduda kim səni tanıyır? Yəqin ki, heç kim. Səni əsgərlər, əsgərlərin valideynləri seçməyiblər. Səni heç kim seçməyib. Səni təyin ediblər. Deputat yerini də, spiker yerini də qanunsuz tutursan.

İşlədiyin yer – Slavyan universiti, lap əvvəlləri deyə bilmərəm, yetmişinci illərin əvvəllərindən, Xarici dillər institutundan ayrılandan ən pozğun yer olub. Bu institutda rus dili və ədəbiyyatı müəllimi diplomu alan müəllimlərin əksəriyyəti rus dilini düz-əməlli bilməyib. Ona görə 10-11 il ərzində həhtədə 2-6 saat rus dili dərsi keçən azərbaycanlı uşaqlar bu dildə ən sadə cümlə qurmağı da bacarmayıblar və Rusiyaya gedəndə başları aşağı olub. Necə olur ki, belə pozğun yerdə işləmiş adamI  deputat və hətta spiker təyin edirlər?

Sənin ürəyin ordunun nəyinə lazımdır? Mal-heyvan ürəyi olsaydı, yeyilərdi. Bəs sənin ürəyin?

İki gün bundan qabağa qədər Salyana on meyit gətirmişdilər. Əldəqayırma general Vaqif Axundovun deputat təyin etdiyi Jalə Əhmədova o şəhidlərin yaxınlarına nə deyə bilər? Bu ekstravaqant və adekvatlığı şübhə doğuran Jalə sağ əsgərlərə nə deyə bilər? Əsgər ondan soruşa bilər: “Xalaşka, sən kimsən və necə deputat olmusan?”

Ümummilli Azərbaycan dəlisi Siyavuş Novruzov Rusiya azərbaycanlılarına vətənpərpərlik və ağıl öyrədir. Deyir ki, gərək tez-tez televiziyaya çıxalar.

Yaxşı, deyk ki, bz də içimizdən Siyavuş kimiləri deputat seçib çıxardıq Rusiya kanalına. Siyavuş kimi adamlara baxan ruslar Azərbaycan milləti haqqında nə düşünərlər?

Bu maygülülər özgə dövlətlərdə yaşayanlara, hətta o dövlətlərin özünə tövsiyə və hətta buyuruq da verirlər. Rusiya televiziyası? Bəs Azərbaycan televiziyası? Bizi öz millətimizin televiziyasına buraxarlar? Azərbaycan televiziyasında İsa Qəmbər haçan çıxış edib? Bəs Əli Kərimli? Xədicə İsmayıl? Öz vətəndaşlarıyla hərbi əsir kimi rəftar edən boynuyoğunlar!

Bu Siyavuş kimilər, Fəzail kimilər, Aqil Abbas kimilər gərək otuz ildən bəri xalq xəzinəsindən basıb yediklərini qanla qusalar. Bunlar hələ xalqa ağıl öyrədirlər, vətənpərpərlik dərsi keçirlər.

Azərbaycanda parlament yoxdur. Ağlı başında olna hər kəs bunu bilir. Millət vəkili adını daşıyan arvadlar və kişilər deputat yerini qanunsuz tuturlar, ermənilərin Zəngilanı ya Şuşan tutduqları kimi. Ona görə də gec-tez onlar da xoşluqla getməlidirlər. Hələlik nə qədər ki, oturublar, ağızlarına su alıb sussalar yaxşıdır. Çünki bu işğalçı deputatların hər bəyənatı vuruşan orduya təhqirdir.

Mirzə ƏLİL

02. 10. 2020, Samara

XANIM DEPUTAT JALƏ ƏHMƏDOVA O QƏDƏR MƏSUMDUR Kİ, ASLANIN DİŞİLİ-ERKƏKLİ OLDUĞUNU BİLMİR…

Стандартный

jale_ehmedova-2

Teleqraf.com “xanım deputat” Jalə Əhmədova ilə “açıqlama” təqdim edir.

Biz azərbyacanlılara gərək ən azı alt ay danışmaq, yazmaq qadağan edilə. Ruslar bizdə olanı bilirdilər ki, dilimizi məhdudlaşdırırdılar.

“Xanım deputat” nədir?

Əgər “xanım” “qadın” əvəzində işlədilirsə, onda gərək ardıcıl olaq:

Xanım müəlim;

Xanım həkim;

Xanım pambıqçı;

Xanım alverçi;
Xanım satıcı;

Xanım süpürgəçi;

Xanım fahişə və s.

Belə deyilmi?

Bizim niyə abrımız yoxdur?…

Bu bir yana.

Bu “xanım” niyə deputatdır? Özü də Salyandan. Salyanda deputatlığa layiq bir “xanım” tapılmadımı? Hələ kişiləri demirəm…

Əlbəttə, Salyanda xanım, bəy, çoxdur, yəni erkəyi də var, dişisi də. Ancaq bu Xanım Jalə “Xüsusi Dövlət Mühafizə Xidmətində baş hüquqşünas vəzifəsində çalışır”.

Vallah, mənim kəndçim Vaqif Axundoun gözəl zövqü var. Bərəkallah!

Şeyx Nəsrulla deyirdi: Şeyx Əhməd, mən xəstəyəm, özün bilirsən nəyin xəstəsiyəm…

Eh, mən Axundov kimi vəzifədə olsaydım və bu xanım mənin işçim olsaydı, onu heç gözümdən uzağa qoymazdım…

Yəqin Vaqif Axundov beş-altı zırpı zabiti təhkim edib Milli Məclisə, onun xanım işçisini güdürlər. Çünki Milli Məclisdə Aqil Abbas kimi, Siyavuş Novruzov kimi, Fəzail Ağamalı kimi pozğun adamlar var…

Xanım deputat 2018-ci ildən Vinq Çun döyüş sənəti federasiyasının təsisçisi və I-ci vitse-prezidentidir.

Mənə elə gəlir ki, bu, düz deyil. Salyan deputatı, Vaqif Axundovun işçisi gərək bıçaq federasiyası təsis edəydi. Çünki bıçaq vurmaq salyanıların qədim milli ənənəsidir.  Mən o bıçaq federasiyasında xanım Jalənin müavini olmağa hazıram. Yəqin xanım Jalənin canısulu xanım kənizləri də olar. Darıxmazdım…

Xanım Jalə Əhmədova təklif edib ki, sosial şəbəkələrə giriş şəxsiyyət vəsiqəsiylə girsinlər.

Dəstəkləyirəm! Üstəlik arayş təqdim etsinlər ki, başları xarab deyil və İlham Əliyevin daxili və xarici siyasətini dəstəkləyirlər.

Jalə xanım deyir: “Köməkçim Salyandan olan ağsaqqal və nüfuzlu bir insandır”. Qalmışam məəttəl: mən Salyanda bir nüfuzlu ağsaqqal tanıyırdım: Yavər Cəbrayılov. Onu bütün Azərbaycan tanıyır. Analoqu yoxdur. Bəlkə də ayrı adamdır. Bəlkə Cəbrayılov ölüb. Bəlkə də Axundovlar öz içlərindən “ağsaqqal və nüfuzlu insan” yetiriblər…

Ah, yazıq Salyan… O qədər bıçaqlar vurulub, o qədər qanlar axıdılıb, bəs hanı ədalət, hanı qeyrət, hanı demokratiya…

Jalə deyir: “Aslanın erkəyi, dişisi olmaz”.

Bircə bununla razı deyiləm. Jalə xanım o qədər məsumdur ki, bilmir dişi-erkək olmasa, nəsil artmaz…

Cavandır, öyrənəcək…

Sonda xanım Jalə deyir: “Prezidetə dəstək olaq lazımdır”.

Bununla qismən razıyam. Dəstək lazımdır, ancaq on milyon dəstək çoxdur.

Xanım Jalə, icazə verin Mirzə Əlil prezidentə qulp olsun. Avropa alimləri sübut ediblər ki, qulp qoyulmayan rəhbərin ağlı çaşır.

Bıçaq federasiyasını yaddan çıxarmayın.

Poka, poka, milaya!

Mirzə ƏLİL

20. 09. 2020, Samara

QURBAN MƏMMƏDOVA: EŞŞƏK NAXÇIVANDA DA, LONDONDA DA EŞŞƏKDİR…

Стандартный

Qurban_Məmmədov

Neçə gündür Qurban Məmmədov evinin dağıdılmasına başçılıq edən məmuru “Naxçıvan eşşəyi” adlandırır və üzünü Nərimanov rayonunun sakinlərinə tutaraq deyir: “Bu eşşəklərin sizə rəhbərlik etməyinə necə dözürsünüz?”

Nərimanov rayonunun və bütün başqa rayonların sakinləri, bir sözlə, Azərbaycan əhalisi nəyə dözmür ki, buna da dözməyə?

Və bu hampazor naxçıvanlını eşşəyə bəzətməklə Qurban Məmmədov eşşəkləri niyə təhqir edir.  Eşşək dilsiz-ağızsız, ancaq zəhmətkeş heyvandır, o naxçıvanlı məmur kimi havayı çörək yemir, hampazorluq eləmir.

Eşşək – Həzrət İsanın mindiyi heyvandır…

Əgər Qurban Məmmədov məmurun cahilliyini, hampazorluğunu nəzərdə tuturdusa, onu eşşəklə yox, elə özüylə müqayisə etsəydi, daha düzgün olardı.

Yəni “eşşəklik” cahillik mənasındadırsa, Qurban Məmmədov özü eşşəkdir.

Neçə gündür ki, Qurban Məmmədov Ramiz Mehdiyevi “cinayətkar” adlandırır və İlham Əliyevdən tələb edir ki, onu təcili həbs etsin.

Doğrudan da tələb edir. Yumorsuz-zadsız. Bəlkə başına hava gəlib, nəm Londan havasl, bilmirəm. Ancaq tələb edir:  “İlham Əliyev, sənə deyirəm, o cinayətkarı təcili həbs elə!”

Qurban Məmmədov mənim nəzərimdə dəli və şizofrenik olsa da, o özünü hüquqşünas adlandırır və ona baxan kütləyə hüquq dərsi Keçir. Ancaq hüququn əlifbasında deyilir ki, heç bir şəxs qüvvəyə minmiş məhkəmə qərarı olmadan cinayətkar adlandırıla bilməz.

Yəni heç kim Ramiz Mehdiyevi cinayətkar adlandıra bilməz. Əgər kim Ramiz Mehdiyevi cinayətkar adlamdırırsa, o, cahillik mənasında eşşəkdir.

Qurban Məmmədov ona aşiq olmuş on minlərlə insanın tərbiyəsini pozur, onları maarifləndirmir, əksinə, onlardakı ən aqressiv və ibtidai instinktləri qıcıqlandırır.

Təəssüf ki, hökumət və hətta müxalifət tərəfdən Quban Məmmədovun opponentləri ondan üstün deyillər. Onların da danışdıqları, elədikləi eşşəklikdir.

Əlbəttə, cahillik və hampazorluq mənasında…

Mirzə ƏLİL

11.09. 2020, Samara

RAMİZ MEHDİYEVİN KÜRƏKƏNİ HƏBS DÜŞƏRGƏSİNİ TƏRK EDİB

Стандартный

Ramiz Mehdiyevin kürəkəni

Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev həbs düşərgəsindən azadlığa buraxılıb və jurnalistlərə açıqlama verib. Kürəkən İlham Əliyev deyib ki,  əvvəlki kimi əlahəzrət prezidemtin dalında durur və möhtərəm birinci xanımın qabağında acizanə üzr istəyir. Kürəkən çəkdiyi cəzaya görə prezidentə və onun xanımına hədsiz təşəkkürünü bildirib.

Kürəkən İlham Əliyev deyib ki, “İlham” adını daşımağa layiq deyil və tezliklə adını dəyişdirəcək.

Kürəkən İlham Əliyev millət vəkili Fəzail Ağamalını “şərəfsiz” və “maygülü” adlandırıb.

Kürəkən İlham Əliyev açıqlama prosesində göz yaşlarına hakim ola bilməyib.

Bəzi müşahidəçilər kürəkənə həbs düşərgəsində işgəncələr verildiyini və üzərində qanunsuz eksperimentlər aparıldığını istisna etmirlər.

Tələqraf.com-a istinadla

Mirzə ƏLİL

06. 09. 2020, Samara

FƏZAİL AĞAMALI QURGENİN MAMOĞLUSUDUR?

Стандартный

Без имени-1

Sosial şəbəkələrdə Qurgen Alaverdyanın Fəzail Ağamalı ilə yaxın qohum çıxması barədə məlumat yayılmaqdadır. Guya AzTV-yə baxan Qurgen Fəzail Ağamalını görəndə «Vax, mamaoğlum!» — deyib və sevincindən göz yaşlarına hakim ola bilməyib. Təsdiq olunmamış xəbərlərə görə, Fəzail Ağamalı öz qohumu ilə görüşüb və onu özünə köməkçi təyin edib. Hətta onlar bir yerdə Salyana gedib Kürün üstündə ağbalıq kababı da yeyiblər. Hələlik rəsmi dairələr bu xəbərlərə münasibətlərini bildirməyib.

Mirzə Əlil

01.09. 2020, Samara

FƏZAİL AĞAMALI ALTINI DOLDURUB, KASIB UŞAQLARINI ÖLÜMƏ GÖNDƏRİR

Стандартный

fea

“Azərbaycan genişmiqyaslı hərbi əməliyyatlara başlayaraq Rusiyanın hər hansı bir təpkisini, xahişini, təzyiqini nəzərə almadan sona qədər getməlidir”.

Bunu Fəzail Ağamalı deyib.  Fəzail Ağamalı, Dostoyevskinin ifadəsiylə desək, Azərbaycan həyatının ən rəzil, rüsvayçı zühurlarından biridir. Bu adam tamamilə qanunsuz və hampazorluqla qazandığı deputat səlahiyyətərindən istifadə edib altını dolduranlardandır. “Altını dolduran” deyəndə, əlbəttə, altını buladığını yox, sərvət yığdığını nəzərdə tuturam. “Azərbaycan ordusu sona qədər getməlidir” deyəndə bu şərəfsiz, şübhəsiz ki, özünü, yaxın adamlarını nəzərdə tutmur, çünki Fəzail Ağamalı nəinki Martuni və HadRut, hətta Şuşa və Ağdam uğrunda da ölmək istəmir, çünki öz altını doldurub, arvadının, uşaqlarının, nəvələrinin də altını doldurub, bu qədər varı yeməyə min il lazımdır və Şuşa uğrunda ölməklə bu məqsəd uyğun gəlmir.

Və əgər Fəzail Ağamalının, bu quldur yerazın Şuşadan ötrü ürəyi yanırsa, mən adımı dəyişib Mirzə Zəlil qoyaram. Möcüzə baş versə və rayonlardan qaytarılan olsa, Fəzail Ağamalı elə həmin gündən başlar orda ermənilərdənn qalanları talamağa.

Nəinki Fəzail Ağamalıda, bütün başqa oğru məmurlarda və deputatlarda bir qaram vətənpərvərliyin olduğuna inanmaq mümkün deyil. Vətənpərvər insan öz övladını kefə,  kasıbın uşağını ölümə göndərməz, xalqın malını, torpağını mənimsəməz. Bəlkə də xalq qalxıb Şuşanı alar, ancaq beə biqeyrət və oğru deputatlarsız və məmurlarsız.

Buna deyəsən ki, a vələdəzzina, sənə Martuni lazımdır? Niyə özün getmirsən, arvad-uşağın getmir, qohum-əqrəban getmir? Niyə sənin sərvətini artırmaq üçün lənkərənlı, salyanlı, lerikli, tərtərli, şamaxılı, qusarlı kasıbların uşaqları ölməlidirlər? Bəlkə Milli Məclisdə, Azərbaycanən bu ən pozğun guşəsində, öz övladlarınızdan ibarət bir taqım yaradıb göndərəsiniz Qarabağa?

Gərək ümidimizi üzməyək… Bəlkə elə gün gələcək ki, Fəzail Ağamalı və onun kimilər altlarını sözün tibbi-sanitariya mənasında dolduracaqlar…

Mirzə ƏLİL

01.09. 2020, Samara

ƏSİR ERMƏNİ ZABİT QURGEN ALAVERDYANIN ÇIXIŞININ TAM MƏTNİ

Стандартный

1

Əziz tamaşaçılar! Qəhrəman Azərbaycan xalqı!

Mən boynuma alıram ki, Azərbaycan ərazisinə təxribat törətməyə girmişəm və qəhrəman Azərbaycan ordusu məni əsir götürüb. Məqsədim Bakıya getmək və “Paşa holdiq” və «Paşabank» kimi strateji obyektləri partlatmaq idi. O obyektlər kimindirsə, mən o gözəl  insandan üzr istəyirəm.

Mənə burda çox yaxşı baxırlar, Emin Ağalarovun otelində qalıram, yeməyim Nərgiz Paşayevanın restoranından gəlir. Darıxmıram, çünki axşamlar Leyla Əliyevanın şeirlərini oxuyuram və AzTV-nin verilişlərinə baxıram.

Tutulmağıma həm də ona görə sevinirəm ki, burda uşaqlıqdan ayrıldığım mamoğlumu tapmışım. Bilmirdim ki, mamoğlum Fəzail Ağamalı böyük adam olub, deputatdır. İndi mənə hər gün dəyir. Evinə qonaq çağırıb.

Qəhrəman Azərbaycan xalqı! Qarabağ sizindir! Ağdamın, Cəbrayıılın, Kəlbəcərin də ermənilərdə olduğu yalandır. Bu rayonları qəhrəman Azərbaycan ordusu çoxdan alıb.

Dolma Azərbaycanındır. Ermənilərdə nə ət olub, nə də yarpaq. Ona görə də dolma ola bilməzdi.

“Sarı gəlin” sizindir. Çünki ermənilərdə sarı rəng olmur. Ermənilərdə gəlin də olmur. Qız ərə gedən kimi olur arvad. Bəzi erməni qızları indi ərə getməmişdən arvad olurlar. Azərbaycan qızları heç vaxt ərə getməmiş arvad olmazlar. Bunu mənə burda başa saldılar.

Azərbaycanda demokratiya var, Ermənistanda yoxdur. Mən burda Paşinyanı nə qədər çox söysəm, hörmətim o qədər artır. Mən Ermənistanda Paşinyanı bu qədər söysəydim, bəlkə mənə iş açardılar.

Mən Azərbaycanda yaşamaq istəyirəm. İstəyirəm məni şeyx  Allahşükür Paşazadə öz əliylə sünnət eləsin. İstəyirəm Paşa holdinqdə işə girəm, deyirlər orda yaxşı maaş var.

Paşinyan – maygülüdür. Sarqsyan da maygülüdür. Mən burda bütün erməni maygülülülərinin siyahısını tutmuşam. Siyahı çox uzundur, ona görə oxumuram. Bu sənədi Azərbaycanın azad və müstəqil mətbuat orqanları çap edəcək.

Yaşasın demokratik Azərbaycan!

Yaşasın Fövqəladə Hallar Nazirliyi!

Yaşasın Paşa holdinq!
Yaşasın AzTV!
Yaşasın Mirşahin!
Yaşasın Eynulla Fətullayev!

Türkün məsəli, hamınızı öpürəm!

Tələqraf.com-a istinadla:

Mirzə ƏLİL

27.08. 2020, Samara

TOYDA İŞTİRAKINA GÖRƏ YAP SİYAVUŞ NOVRUZOVA 40 ŞALLAQ VURUB

Стандартный

Siyavuş_Novruzov

Yeni Azərbaycan Partiyasının rəhbərliyi Siyauş Novruzovun yapçıya yaraşmayan hərəkətini , yəni Ramiz Mehdiyein nəvəsinin toyunda iştirakını müzakirə etmişdir. Məhərrəmlik olduğuna görə Siyavuş Novruzovu müsəlman qaydası ilə cəzalandırmaq qərara alınıb və millət vəkilinə elə Milli Məclisdə 40 (qırx) şallaq vurulub. Şallağı şəxsən intizam komitəsinin sədri Fəzail Ağamalı vurub. Hər şallaq vurulanda Siyavuş “Ay nənə!” deyirmiş. Qənirə Paşayeva həyəcanından yaxasını cırıb və kişi vəkillər yığılıblar onun başına. Zeynəb Xanlarovanın bir neçə dəfə ürəyi gedib. Rus vəkil Zabelin hər şallaq vurulanda Siyavuşa deyirmiş: “Terpi, kazak, atamanom budeş!”

Cəzanın icrasını əlahəzrət prezident öz kabenetində canlı yayımla müşahidə edib.

Mirzə ƏLİL

22.08. 2020, Samara

ERMƏNİ LOBBİSİ NİYƏ NAQİF HƏMZƏYEVƏ İANƏ GÖNDƏRMİR?

Стандартный

1

Millət vəkili Naqif Həmzəyev Teleqraf.com-a qatıqlamasında deyib ki, Ermənistan dilənçi günündədir və xaricdəki erməni lobbisinin göndərdiyi ianə ilə dolanır.

İndi mən gözümün qabağına Bakıda metro syansiyalarının birinin qabağında oturmuş bir dilənçi gətirdim. Birdən bu dilənçinin yanından geyimli-keçimli, güləş ya boks üzrə olimpiya çempionu keçir. Bu dilənçi durur ayağa, olimpiya çempionunu yıxır yerə, bir neçə qabırğasını sındırır və paltarının da iyirmi faizini və ayaqqabısının bir tayını çıxarıb yola salır…

Mən bunu təsəvvürümə gətirdim və öz təsəvvürümdən dəhşətə gəldim.

Ancaq bu cüvəllağı Naqifin dediyindən məhz belə çıxır.

Bəlkə ermənilərin lobbidən aldığı dilənçi payda sehrli bir şey var? Misri qılıncda olan sehrdən. Ona görə erməniər o ianəni alan kimi dönürlər şirə, düşürlər üstümüzə, generalımız, polkovnikimizi öldürürlər.

Ah, o ianədən bizimkilər də alaydı!

Əslində bizim yerazlara da o ianədən düşür. Elə bu Naqif Həmzəyevə. Ermənistanda anadan olub. Erməni lobbisi ona ianə verməlidir! Bu Naqif Həmzəyev lobbi ianəsi alsa, bəlkə qeyrətə gələr, gedər heç olmasa, Ağdamdakı ermənilərə “kiş!” deyər…

Soruşa bilərsiniz ki, mən niyə  Naqifə “cüvəllağı” deyirəm. Siz soruşa bilərsiniz, mən də deyərəm ki, əcəb eləyirəm.

Çünki bu cüvəllağı Nafiq Məmmədəmin Rəsulzadəyə “vətən xaini” demişdi. İndiyəcən buna görə onun yağlı sifətinə bir şillə çəkən olmayıb. İndi qoyun heç olmasa uzaqdan-uzağa ona “cüvəllağı” eyib hayıfımı alım.

Ancaq bu Naqif cüvəllağı olsa da, onun hüquqları qorunmalıdır. Ona görə üzümü erməni lobbisinə tutub təkidlə deyirəm: Naqif Həmzəyevin ianəsini təcili göndərin!

 Mirzə ƏLİL

01.08. 2020, Samara