
Hesablamalara görə, Qarakənd üzərində üç yüz metr yüksəklikdə uçan Mİ-8 N72 helikopteri 1991-ci il noyabrın 20-də saat 14:42 dəqiqədə vurulub. Faciə haqqında ilkin məlumat Prezident Aparatına saat 19:55-də çatıb. Lakin nə qədər maraqlı olsa da bu faciə haqqında xəbər Xankəndindən erməni dilində yayımlanan «Vətən və vətəndaş» verlişinin xəbərlər bölümündə, saat 15:30-də yayımlanmışdı. Həmin gün İrəvan radiosu saat 16:15-da Tehran radiosu, 17:00-da Moskva radiosu açıqlayıb.
Əvvəl rəsmi variant səsləndi: helikopter dumanlı havada qayalara çırpılıb. Amma onun vurulduğunu bir neçə gün sonra etiraf etdilər. Bütün şübhələri aradan qaldırmağa və Mi-8-i vuran raketin erməni mövqelərindən çıxdığını elan etməyə isə bizə bir neçə il lazım oldu. Lakin Mi-8-in son uçuş tarixində həddindən artıq çox «ağ ləkələr» var.
Ümumilikdə qəza nəticəsində 22 nəfər həlak olub:
— Tofiq Kazım oğlu İsmayılov — dövlət katibi
— İsmət İsmayıl oğlu Qayıbov — Baş prokuror
— Məhəmməd Nəbi oğlu Əsədov — dövlət müşaviri
— Zülfi Saleh oğlu Hacıyev — Baş nazirin müavini
— Vaqif Cəfər oğlu Cəfərov — millət vəkili
— Vəli Hüseyn oğlu Məmmədov — millət vəkili
— Osman Mirzə Hüseyn oğlu Mirzəyev — Prezident Aparatında şöbə müdiri
— Qurban Hüseyn oğlu Namazəliyev — nazir müavini
— İqor Aleksandroviç Plavski — DQMV-nin prokuroru
— Vladimir Vladimiroviç Kovalyov — DQMV Daxili İşlər İdarəsinin rəisi
— Sergey Semyonoviç İvanov — Dağlıq Qarabağ üzrə Milli Təhlükəsizlik Şöbəsinin rəisi
— Nikolay Vladimiroviç Jinkin — fövqəladə vəziyyət rayonunun komendantı
— Sanlal Dasumoviç Serikov — Qazaxıstan DİN-in müavini
— Mixail Dmitriyeviç Lukaşov — milis general-mayoru
— Oleq Nikolayeviç Koçerev — polkovnik-leytenant
— Rafiq Məmməd oğlu Məmmədov — dövlət katibinin köməkçisi
— Alı Mustafa oğlu Mustafayev — telejurnalist
— Arif İsmayıl oğlu Hüseynzadə — AzTV-də işıqçı
— Fəxrəddin İbrahim oğlu Şahbazov — video-operator
— Vyaçeslav Vladimiroviç Kotov — helikopter heyətinin komandiri
— Gennadi Vladimiroviç Domov — helikopter heyətinin üzvü
— Dmitri Borisoviç Yarovenko — helikopter heyətinin üzvü
Для отправки комментария необходимо войти на сайт.