Tag Archives: ermənilər

NAMUS ORDENİ

Стандартный

 

Hər eşidəndə ki kiməsə fəxri ad veriblər, orden ya medal veriblər,  düzü, bir az darıxıram,  Mirzə Əlil paxıl adam deyil, bunu hamı bilir, ancaq çoxdan arzum var ki, mənə də ya əməkdar artist adı, ya bir medaldan-zaddan versinlər. Mənim burda bir gürcü dostum var, mənə Şevardnadze vaxtından söz veirirdi ki, Mirzə, heç ürəyini sıxma, sənin üçün əla bir orden təşkil eləyəcəm, özü də elə-belə orden yox, namus ordeni. Bu-gün sabaha saldı, sonra Şevardnadzeni işdən qovladılar, gürcü dostum da dedi ki, Mirzə, bir az səbr elə, bu Saakaşvili təzədir, adamları yaxşı tanımır. Gərək ətraflı məlumat yığa, sonra orden verə. Ancaq ürəyini sıxma, elə bil ki, namus ordeni cibindədir, yəni yaxandadır…

Mən səbrli adamam, razıyam ki, sağlığımda olmasa da, heç olmasa, öləndən sonra təltif eləsinlər. Qəbrimin daşına yazarlar ki, bəs namus ordeniylə təltif olunub. Oxuyan da bilər ki, Mirzə Əlil namusla yaşayıb, gürcülər isə bunu təstiq ediblər. Namus məsələsini də gürcülərdən yaxşı başa düşən yaxşı millət yoxdur. Ancaq bu yaxınlarda eşidəındəı ki, cənab Saakaşvikli erməni prezidenti Sərkisyana namus ordeni verib, çaş-baş qaldım. Birincisi, özüm də arxayın deyiləm ki, indi mənə ermənidən sonra bu namus ordenini almaq yaraşar ya yaraşmaz. İkincisi, mənə aydın deyil ki, niyə Sərkisyana namus ordeni verilir. Əgər bu orden ona Qarabağı aldığına görə verilirsə, niyə Saakaşvili bizdən utanmır, axı bu adam bizim qazımızın istisinə qızınır.  Əgər Azərbaycan xalqından utanmırdısa, gərək milli öndərimizin Tiflisdə qoyulmuş heykəlindən utanaydı, bircə möhtərəm prezidentimiz bilir ki, o heykəl azərbaycanlılara neçəyə başa gəlib.

Burda bir naxçıvanlı tanışım var, deyir Mirzə, ürəyini sıxma, gürcülərinn namus ordenini ermənidən qabaq bizim prezidentimiz alıb. Bunu eşidib lap bikef oldum: məgər erməni namusuyla azərbaycanlı namusu birdir ki, bunların ikisinə də eyni orden verələr? Başınız haqqı, indi Saakaşvili mənə namus ordeni verə, mən o ordeni burdakı gürcü dostumun başına çırpmasam, heç Mirzə Əlildən binamus adam yoxdur və qoy dünyada nə qədər binamusluq adı və binamusluq ordeni varsa, məni onların hamısıyla təltif eləsinlər…

Hə bir də eşitdim ki, 2014-cü iləcən Yardımlıya qaz çəkiləcək. Yəni ki, gürcülərdən artıq qalan qaz bəlkə Yardımlıya da gedib çıxdı. Ancaq qorxuram o vaxtacan heç Yardımlıda adam qalmaya, hamısı qaçıb dağıla Rusiyaya-zada. Ay Yardımlı camaaatı, gözdə-qulaqda olun, başınız qarışar orda-burda çörək qazanmağa, bir də görərsiniz 2014-cü il gəlib çatıb. Vaxt yetişən kimi yurda heç olmasa bir adam göndərin. Gələrlər qaz çəkməyə, adam tapmazlar, qayıdıb gedərlər. Sonra da deyərsiniz ki, bəs prezident bizim qayğımıza qalmır.

Evdə olun da, a kişilər. Onda torpağımız da özümüzdə qalar, qazımız da.

Bir də, eşitdiyimə görə, prezident aparatında deyiblər ki, əgər Yardımlı camaatı 2014-cü ilə qazına yiyə durmasa, acıqca verəcəklər bu qazı ermənilərə.

Yalan deyirəmsə, yaxam namus ordeni görməsin!

Mirzə Əlil,oktyabr2008, Samara

 

 

Реклама

CORAB

Стандартный

                                                      

vodevil

Yeri: dükan

İştirakçılar: dükançı və alıcı, hər ikisi ahıl

 

Alıcı.(içəri girib öskürür) Sakaməleykim!

Dükançı. Ay salaməkeykim! Xoş görmüşük səni, qağa, qulluğunda olum!

Alıcı. Qulluq sahibi olasan. Corabın var?

Dükançı. Bu nə sözdür, ə? Necə yəni corabın var? Bu ayaqqabıları görürsən?

Alıcı. Görürəm, ay qağa, niyə görmürəm, kor deyiləm ha. Mən corab soruşdum.

Dükançı. Ə, corab nə sovxadır ki, o məndə tapılmaya?

Alıcı. Ə, sovxa niyə deyirsən coraba mən almamış…

Dükançı. Qağa, sənin şübhə etməyin məni yandırır ey! Başın haqqı, əgər bir gün eşidəsən ki, bazara qılça çəxıb, bil ki, mənim dükanımdadır. Gələrsən, peşkəş elərəm.

Alıcı. Ə, qılçanı neynirəm? Allaha şükür, özümünkülərə nə gəlib?

Dükançı. Allah qılçalarına qüvvət versin, qağa! Mən demədim ki, elə indi gəl al. Şeydir də, bilmirsən haçan gərək olur.

Alıcı. Qağa, sən məni lap dolaşdırdın. Mən səndən corab istədim…

Dükançı. Ə, corab nə matahdır ki, sən onu məndən istəyəsən. Götür ürəyin nə qədər istəyir. Qızırqanan kişi deyil.

Alıcı. Qağa, sənin bir çöpün də mənə lazım deyil.

Dükançı. Nə çöp, ə? Dükan sənə peşkəşdir, başın haqqı!

Alıcı. Ə, mənim alacağım bir cüt corabdır. Bu şoğərib üçün başa and içərlər?

Dükançı. Ə, istədiyimdən içirəm dana! Millətimsən, can-ciyərimsən. Səni görəndən ürəyim şan-şan olub ey!

Alıcı. Hörmətin artıq olsun!

Dükançı. Ə, bə nə bilmisən? İndi olmazdan bura bir erməni dığası gəlib çıxa, heç mən onun başına and içərəmmi?

Alıcı. Ə, ermənini niyə gətirib bura soxursan?

Dükançı. Ə, məsəl üçün deyirəm dana! Erməni burda nə qələt eləyir? İndi qəzadır, gəlib dükanıma baş soxsa, bilirsən mən ona neynərəm?

Alıcı. Neynərsən?

Dükançı. Ə, ecə neynərəm? O burdan sağ çıxmaz ki!

Alıcı. Yəni öldürərsən ermənini?

Dükançı. Necə öldürərsən, ə? Canını alaram!

Alıcı. Ağ eləmə, qağa, erməni öldürmək qoz qırmaq deyil.

Dükançı. Qağa, öldürməsəm də, cıraram. Buna yüz faiz arxayın ol.

Alıcı. Necə cırarsan, ey?

Dükançı. Kağız kimi, qağa. Gətirib qoyaram qulağının dibində.

Alıcı. Qağa, cırmağına bəlkə cırarsan, ey, ancaq sənə məlum olsun ki, Əlyof belə şeylərə protifdi.

Dükançı. Əlyof kimdi, ə? Mən Əlyof-zad tanımıram!

Alıcı. Necə Əlyofu tanımıram, ə? Heydər Əlyofu tanımırsan?

Dükançı. A kişi, əvvəldən adıynan deyəydin də. Əlyof nə çox. Neynək, qoy gəlsin o erməni bura. Başın haqqı, sağ çıxsa da, umsuq gedəcək mənim mağazamdan.

Alıcı. Qanmadım, qağa.

Dükançı. Yəni ki, mən mal satmayacam erməniyə. Çöpün özünü də.

Alıcı. Ə, pulunu verəcək dana. Niyə satmırsan?

Dükançı. Belə satmıram da, qağa! Bə qeyrətim yoxdu? Bə mən oğraşam? Bəlkə mən başıma şal bağlamışam? Başın haqqı, gətirib bütün erməni banglərinin pulunu, qızılını tökə bu dükana, bir ispiçkə də satmaram dığaya. Ə, nə şübhəli-şübhəli baxırsan? Bə inanmırsan?

Alıcı. Ə, niyə inanmıram, ə, kafir deyiləm ha.

Dükançı. Vallah, bu dükanın bi qara qəpik qiyməti yoxdu gözümdə. Həzrət Abbas haqqı, od vurub yandıram, ürəyim “uf” deməz.

Alıcı. Dükanı niyə yandırırsan, ə?

Dükançı. Ə, dükan mənimki deyil? İstərəm, yandıraram. İndi day Əliyof buna da protif çıxmayacaq ha!

Alıcı. Ə, Əlyofluq deyil ey. Hayıfdır dana. Min adamın bu dükandan ehtiyacı keçir. Biri elə mən. Bir cüt corabın məəttəliyəm.

Dükançı. Məəttəl niyə olursan, ə? Məttəl düşmənin olsun. Gör nə deyir ey…

Alıcı. Qağa, iş elə gətirib ki, bu gün ayaqqabıları yalın geymişəm. Ayaqlarım yaman narahatdır.

Dükançı. Ə, narahat niyə olursan? Otur dana! Otur bax burda. Otur ə, səndən artığı oturmayacaq ha.

Alıcı. Qağa, bir cüt corab…

Dükançı. Ə, corab nə zibildir onunçun qan qaraldasan. Dükan sənə peşkəşdir.

Alıcı. Qağa…

Dükançı. Ə, canım sənə qurbandı ey! Başın haqqı!

17. 09. 2001 Samara