7 sentyabr 1991 – Erməni təxribatçı dəstələri Dağlıq Qarabağın azərbaycanlı əhalisinə qarşı növbəti terror aktları həyata keçiriblər.
Dağlıq Qarabağ Muxtar Vilayətinin Hadrut (indi Xocavənd rayonun tərkibindədir) rayonunun azərbaycanlılar yaşayan Tuğ kəndinə silahlı basqın nəticəsində kəndin 2 sakini öldürülüb.
Xankəndi yaxınlığında sərnişin avtobusunun atəşə tutulması nəticəsində isə 3 azərbaycanlı öldürülüb, 4 nəfər yaralanıb.
Для отправки комментария необходимо войти на сайт.