Tag Archives: Erkin Qıdirli

ERKİN QƏDİRLİ İDDİA EDİR Kİ, PREZİDENTLƏ QUMAR OYNAYIR

Стандартный

Erkin Qədirli

Yeni deputat Erkin Qədirli fəal şəkildə açıqılama verən “millət vəkilləri”nə qoşulub və deyəsən tezliklə verməkdə bütün rekordları təzələyəcək. Bu açıqlamaları oxuyanda bəzən elə təsəvvür yaranır ki, Qədirlinin başına hava gəlib və elə öz-özüylə danışır. Son açıqlamasında Qədirli Müsavat başqanı (yəqin başçı seçiləndə başını vurub qanadıblar, ona görə başqan adlanır)  Arif Hacılıyla danışır. Elə bu da öz-özüylə danışmaq kimidir. Çünki Qədirli canlı, real Hacılıyla yox, xəyali Hacılıyla danışır. Hacılı uzaqdan buna sual verib: “Niyə İlham Əliyev məhz sizi seçdi?”

Burda haşiyə çıxmaq istəyirəm, çünki mahnı yadıma düşdü:

«Niyə sevdim mən səni,
Niyə vuruldum sənə..»

Əslində gərək Hacılı sualını İlham müəllimə erə, İlham müəllim də bəlkə bu mahnını oxuyardı…

Erkin Qədirli xəyali Hacılıya deyir ki, “biz açıq oynayırıq, ona görə İlham Əliyev bizi seçib”.

Mirzə Əlil bisavad adamdır, söz incə deyiləndə qalır məəttəl. Burda mən belə başa düşdüm ki, söhbət qumar oyunundan gedir. REAL partiyasına qumarbazlar yığılıb, ancaq açıq oynayırlar. Müsavat partiyasıını da rəhbərləri qumarbazdırlar, ancaq, Qədirlinin fikrincə, onlar kart basırlar…

Bunlar cəhənnəm. Qoy oynasınlar. Bizim millətdə qumarbazlıq həmişə olub. Salyanın Qələbə bağında gündüz günorta vaxtı aşıq atırdılar…

Yəni bunlar təbiidir. Məni darıxdıran ayrı şeydir. Belə çıxır ki, İlham müəllimın REAL-ı qeydiyyatdan keçirməkdə məqsədi onlarla qumat oynamaqdır?

Belə çıxır ki, əlahəzrət prezident qumar oynayır?

Vaveyla!

Belə şey olmaz! Olsa, mən adımı dəyişib qoyaram Mirzə Vəkil!

A kişi, vallah, sənin başın deyəsən xarab olub, get özünü  göstər Əli İnsanova. Prezidentə qara yaxma. Oyun nədir, qumar nədir!

Görəcəkli günlərimiz varmış. Şükür Siyavuş Novruzova!

Mirzə Əlil

06. 09. 2020