Tag Archives: Emil Rasimoğlu

EMİL RASİMOĞLU. AĞRILAR SEVDALISI

Стандартный

emil r.jpg

Həə, əziz oxucu! Bir az vaxtını alıb «Nəsimi ili»ndə sənə

                                                    “Hamı iftar açır günah içində…

Al, xışla hamını, al, xışla, Allah!

 Sənin sağlığına içmişəm, Allah…

   Bağışla sən Allah, bağışla, Allah!”

— deyib Nəsiminin Allahının yox, Peyğəmbərin Allahının sağlığına içən, bu günə kimi də sağ qalıb qalmamasından xəbəri olmayan, öz qəbrinə qısılan Əlisəmid Kürdən danışacağam. Deyəsən, tanımadın axı… Kür Əlsəmidi deyirəm də, alnının qırışından taleyin suvarı keçən, el-obası qan tər içində olan, bu şəhərdə bütün dilənçiləri tanıyan, qolları üstündə can verən, balabançı kor Əlisəmidin dostu Kür Əlisəmidi…

…Demək, yay aylarıdı…Günlərin bir günü özü ilə döyüşə-döyüşə ölümünə doğru gedən bu şərablar Tanrısı ilə bu şəhərdə qəfl rastlaşırıq. Üzündəki qırışlara salam verirəm…Nə başını ağrıdım…Stolu, stulu özümüzə tabe edib bir ağacın kölgəsinə bürünürük… Baxıram, qarşımdakı bu səhra adamına, tənhalıq aşiqinə…Yenə barmaqları saçlarında qaçışır, Allah boyda susqunluq ağuşunda dərin-dərin nəfəs alır… mənsə bu an eləcə Məmməd Arazı xatırlayıram; içində dünya müharibəsi, çölündə qurtula bilmədiyi sükut… Amma bir fərq var idi ki, onun sükutu təbiətin hökmü idi, önümdəki bu şərablar Tanrısının sükutu isə öz xarakterinin hökmü…  

Qayıdıram, müşahidəmi davam etdirməyə… gözləri havaya dikilib, qarşısındakı çay dolu stəkan da «Sonrası, sonrası nə ola, ola…» — deyib, ürəyi yana-yana qurbanlıq quzu tək bir ovcuna sığınıb.

…və özümü daha da toplayıb, yolumu taleyindən salıram bu susan köynəkli çovğunun. Başlayıram sükuta güllə ata-ata, xəfif-xəfif, oğrun-oğrun addımlaya-addımlaya ad günü keçirməyən həbsxanaların, 2400 kilometirlik həsrətin, köhnə divar saatında kəfgirdə yellənən qızın yanından keçməyə…

Bircə onu görürəm ki, hər sual verdikcə suallarımın əlindən tutub, gözündən öpüb gedir lap ömrünün unutduğu fəsillərinə.

Uzaqlaşdıqca dabanı yeyilmiş çəkmələrinin boğuq, kədərli səsini eşidirəm…

Zaman keçir… çay üşüyür… Daha sual da vermirəm… El bil ömrü bu saat bitəcək, eləcə ara vermədən özü danışır.. Gah həyatdan, gah ömürdən… gah da şeirdən… gözləri qızarır, dodağı səyriyir, nəfəsi təngiyir… siqaretlərin naləsi ərşə qalxır… və birdən dediyi bir neçə cümlənin içindən bir söz çınqıl daş kimi gözümə düşür; «Bax, gör nə deyirəm, ay Emil. Bilirsən, hazırkı çağımızda Salam Sarvan da şairdi, Ramiz Rövşən də, Rüstəm Behrudi də… Amma mən onları taleyimlə yemişəm, taleyimlə!»

 Amam Tanrım!!! Qəfl gözlərim titrəyir…»Taleyimlə yemişəm»… — bu sözün enerjisindən özümü bir canavar dişində hiss edirəm bu taleyi canavar adamın qarşısında… Bəli, taleyi canavar adam!

…Əlisəmid Kür şəhər-şəhər, içki-içki, dilənçi-dilənçi, şeir-şeir, yalquzaq-yalquzaq azan səsində öz taleyinə təslim olmağı bacardı, öz taleyinə uduzmağı bacardı amma taleyi yenə qələbə çala bilmədi ki, bilmədi bu qəribə və bir az da qərib adamın.

…Həə, əziz oxucu ! Bilirsənmi, bu il həmin o ağrılar sevdalısının, şərablar Tanrısının, SÖZ səhrasının 65 illiyidir. Heç bəlkə özünün də xəbəri yoxdu.Çünki o dünyanın əqrəbləri itmiş saatıdır… Ehh, nə bilim e… Görsən, bircə deyərsən ki -niyə dəyişmədin Cəfərin oğlu?!.

 

Emil Rasimoğlu

Реклама

   Emil RASİMOĞLU. «BİR AZDAN SƏHƏR AÇILACAQ…»

Стандартный

Emil RASİMOĞLU.jpg

***

Vətənə söykənən saat

qıpqırmızı əqrəbləri…

 

…Əvvəl

içində süd dişi itkin düşdü,

sonra bir evin otaqları,

sonra da özü.

 

…ağaclar böyüdükcə məzarlara tərəf,

uzaqlarda

bir qız qarımağı sevdi,

bir güzgü özünə tamaşa etməyi,

bir Allahsa unudulmağı…

…Hələ

kağızların məktub kimi ölməyini demirəm,

hələ

sobadakı buludların azadlığından danışmıram…

 

…bir tərəfdə

heykəllər qapıları döydükcə

bayraqlar quşların qanadını tanıdı,

balıqlar dilənçilərin ovcunu,

analarsa öz bədənini.

Bilirsənmi,

adam öz bədənini tanıdığı gündən başlayar qış fəsli…

 

…və bir gün

Vətənə söykənən saatın

qıpqırmızı əqrəbləri

bağışladı səngərlərin günahını…

 

…və

saatın içindən

nə süd dişi tapıldı,

nə də evin otaqları.

Bircə

özü tapıldı həmin adamın,

amma,

amma

ayaqlarına qədər…

Dedi;

Unudun gözlərinizi, bir azdan səhər açılacaq,

bir azdan darıxacaq göy üzünə atılmış siqaret kötükləri…

 Emil RASİMOĞLU. BAĞIŞLA…

Стандартный

EMİL

***
Bakirə otaqların üz tutduğu adamlardısa tənhalıq,
bütün qovuşanlar ayrılmağı bacarmayanlardı…
Çünki hələ də hamı ölür,
hələ də
fəsillərin çöl tərəfidi həyat…

…Əllərinin bətnindən hər gün ölü doğuluram
islanmış ağaclara balıqlar aldandıqca.
Daha qorxma,
tək adamlar qarımaz ki, dostum,
çək gözlərini saatdan,
bax, qollarına bükülən küçələrə…

…Sən demə,
bağışlamaq da xəyanət imiş,
qadın olmaq da,
elə azadlıq da…
Qəbirlər də diş çıxartdı görüş yerimizdə
Axı şəkillərimizin arxasından başladı uzaqlar…

…Bağışla,
bağışla qara paltarlı kibrit dənələrini !
İndi sənə qədər kim varsa- itgin payızdı…
…Səndən o yana bir qanad göy üzü də yox,
tərk etməyə vətən də,
gecələməyə bir kirayə adam da…

EMİL RASİMOĞLU: «ƏN GÖZƏL VƏTƏN PƏNCƏRƏLƏRİN ARXASIDI…»

Стандартный

em

Bir güzgü yanır üzü balıqlara sarı…

dənizdə boğulan kim varsa əl uzadır səhra rəsmlərinə.
Göz dəyir pianinodakı barmaqlara azan səsində…
Hamı bu şəhərdə saçları ağarmış heykəl ömrüdü,
yarıyuxulu siqaret qucağıdı…

Baxdım quşların qanadına
Bütün müharibələrdə göy üzü sağ qalıb.
…axı günəş üçün nə fərqi hansı fəsildi
Hansı ağaclara vurulur hansı yuvalar,
hansı yağışlar qarıyır hansı küçələrdə,
hansı günahlar böyüyür maestronun qollarında…

Uzaqda bir kişi tabutundan hər gün özünə yüyürməkdisə qadın,
həm də
hər gün özünü doğmaqdı edam səhnələrində.
Hər adamın alnından bir divar uçar unutduğu birisinin ömrünə…
…Sevgi- payızın ayaqlarını qucaqlayan yarpaqlarmış, dostum !
Ört qapını, gözləri böyüyür şəkillərin
Boş otaqlar qadın məzarıdısa
ən gözəl Vətən pəncərələrin arxasıdı

EMİL RASİMOĞLU. «HƏLƏ ŞAM İŞIĞINDA…»

Стандартный

Emil_Rasimoğlu.jpeg

Allahın üstünə it hürür otağımın küncündə…
Məktubları yandırma,
külünə vurularsan barmaqlarımın,
allah eləməsin yıxılarsan bu qapqara payızdan,
birdən ölərsən sonuncu şəklimdə… Read the rest of this entry

EMİL RASİMOĞLU. «HARDASA ŞƏKLİN QOCALIB…»

Стандартный

emil _r.jpeg

EMİL RASİMOĞLU

Əlisəmid Kürə ünvanlanan sətirlər)

 

Yarı adam, yarı at
söykənib uçmuş divara.
Sən hansısan, Əlisəmid Kür…?!
Bəlkə də heç biri deyilsən,
Elə Allah kimi
bəlkə də hamısısan, Əlsəmid Kür!

Hər «sağlıq» dedikcə ölürsən bir badənin dibində,
Öldükcə,
qaçıb gizlənib özündən
Gülürsən bir badənin dibində…
Sən demə,
hər gün əlil olmuş taleyini qucaqlayıb
Əlisəmid- Əlisəmid ağlamaqmış bu həyat…
Nə bilim, ay yarı adam, yarı at.

Hardasa şəklin qocalıb
bir qadının qarğışında…
Nə bilim ee, nə bilim,
bəlkə də qəbrində,
bəlkə də sonuncu qışında…

Dişləri vətənimə bənzəyən şair, eşidirsənmi…
Tanrı həbsxanaları öldürə bilmir.
Sən ömründə neçə həbsxana öldürmüsən,
Qanına oğlun, qızın bulaşıb…

Yarı adam, yarı at
söykənib uçmuş divara.
Sən hansısan, Əlisəmid Kür…?!
Bəlkə də heç biri deyilsən,
Elə Allah kimi
bəlkə də hamısısan, Əlsəmid Kür !

 

…Səni Vətən unudacaq,
dilənçilər unutmayacaq.
Bir ağac tap, bir də kəndir,
bir də ağlamağı sevən adam.
Allaha ümid olma…