Tag Archives: Eldar İsfəndiyar oğlu Həsənov

ŞƏHİDLƏRİ UNUTMAYAQ: CƏLİLABADLI QƏHRƏMAN ELDAR HƏSƏNOV

Стандартный

ELDAR HƏSƏNOV

Eldar Həsənov  26 dekabr 1965-ci ildə Cəlilabad rayonunda anadan olmuşdur. 1983-cü ildə kənd orta məktəbini bitirmişdir.  1986-cı ildə xidmətini başa vurub Cəlilabad rayonunda sürücü işləyir. 1990-cı ildə Eldar Xüsusi Təyinatlı Polis Dəstəsinə üzv yazılır.

 Eldar Laçın döyüşlərində mühasirəyə düşən əsgərləri itkisiz çıxarmağa müvəffəq olmuşdu. Eldar Həsənov qurduğu plan haqqında əvvəlcədən danışmırdı. O kəşfiyyata tək gedər iki-üç əsirlə geri dönərdi. 1994-cü ilin yanvar ayında onun ikinci cəbhə həyatı başlayır. Füzuli cəbhəsində düşmənin bir neçə zirehli texnikasını, onlarla canlı qüvvəsini məhv edən Eldarın adı daha da əfsanəyə döndü cəbhədə hər kəs onun şücaətindən danışırdı. 1994-cü il 12 may… Horadiz qəsəbəsi uğrunda gedən döyüşlərdə Eldar həmişəki kimi ön cərgədə idi. Qəfil atılan mərmi onun arzularla dolu ürəyini əbədi olaraq susdurdu…

15 yanvar 1995-ci il tarixli 262 saylı fərmanla Həsənov Eldar İsfəndiyar oğluna ölümündən sonra «Azərbaycanın Milli Qəhrəmanı» adına layiq görülmüşdür.

Cəlilabad rayonunun Lallar kəndində dəfn edilmişdir.