Azərbaycanda böyük jurnalist və dahi nasir Əvəz Zeynallınn anadan olmasının 52-ci ildönümü ilə bağlı ümumxalq şənlikləri davam edir. Bu mühüm hadisə ilə əlaqədar İlham Əliyev covidlə bağlı bütün məhdudiyyətləri müvəqqəti götürüb. Millət Bakının meydanlarına, parklarına axışır, üstünə “Əvəz Zeynallı – 52” yazılmış milyonlarla şara qaz vurub göyə uçurdur. Şarların üç yüz minə qədəri Əvəz Zeynallının ana vətəni Ermənistan ərazisinə düşüb. İndi ermənilər bu şarlarıın hər birini qara bazarda 1000 drama satırlar.
Bakı şəhərinin rəhbəri Eldar Əzizov təklif edib ki, Əvəz Zeynallının şəninə 52 metr uzunluğunda tort bişirtdirsin. Söz verib ki, yumurta tədarükü ilə şəxsən məşğul olsun və hətta özünün toxunulmaz fondundakı yumurtaları da versin. Əvəz Zeynallı Eldar Əzizova təşəkkür edib deyib ki, o, müxalifətçi olsa da, möhtərəm prezidentə, müzəffər komandana böyük sayqı ilə yanaşır və onun tortlarının qabağına tort çıxarmaq istəmir. Buna görə qərara gəliblər ki, Əvəz Zeynallıya töhfə kimi onun əsərlərinin 52-ci cildi buraxılsın. Bu cild çox gözəl nəşr olunub, hər nüsxənin çantası var, hər çanta da təkərlidir. Kitab pultla idarə olunur, yəni əziyyət çəkib oxumaq lzım deyil, bu möcüzə kitab elə öz-özünə oxunur.
Əvəz Zeynallıya dünyanın bütün görkəmli yazıçıları təbriklər göndərirlər. Böyük Amerika yazıçısı Heminquey cənab Zenallıya şəxsən məkub yazıb. Məktubda deyir ki, “…insanı məhv etmək olar, ancaq yenmək olmaz”.
Yeri gəlmiişkən, Əvəz Zeynallı görkəmli türkçü Cahandar Bayoğlu ilə birgə tədqiqatları nıticəsində aşkar ediblər ki, Heminquey türk mənşəlidir, əsl soyadı “Həminbuey”dir.
Böyük Britaniyanın baş naziri və keçmiş jurnalist Boris Conson “Azerfreedom” kanalı vasitəsilə canlı yayımda həmkarı və köhnə dostu Əvəz Zeynallını təbrik edib və onu Oksford tələbələri qarşısında çıxışlar üçün Londona dəvət edib. Hazırda səfərin texniki tərəfləri müzakirə olunur. Şahzadə Çarlz Əvəz Zeynallıya təbrikini Qurban Məmmədovunn efirində səsləndirib.
Yeri gəlmişkən, Əvəz Zeynallı külliyatının (“kül” sözündən deyil, “küll” ərəb sözündəndir) 52-ci cildi çıxandan sonra türk dünyasının yazıçıları arasında ikinci yerə çıxıb. Hələlik birinci yerdə Türkmənistan rəhbəri, Arxadağ Qurbanquludur. Qurbanqulunun külliyatı hələləlik 152-cilddən ibarətdir.
Azərbaycanda şənliklərin qızğın vaxtıdır. İlham Əliyev öz fərmanıyla 2022-ci ili “Əvəz Zeynallı ili “elan edib və yumurtanın qiyməyini aşağı salıb.
Birinci xanım bu münasibətlə Facebool-da paylaşım edib.
Mirzə ƏLİL
20.12. 2012
Samara
Для отправки комментария необходимо войти на сайт.