Tag Archives: Elcan Namazov QAzax

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ELCAN NAMAZOV

Стандартный

Elcan Hidayət oğlu Namazov (1 iyun 1997DəmirçilərQazax rayonuAzərbaycan — 9 oktyabr 2020Füzuli rayonuAzərbaycan) — Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kiçik giziri.

Elcan Namazov 1997-ci il iyunun 1-də Qazax rayonunun Dəmirçilər kəndində anadan olub. 2003-2014-cü illərdə E. Qurbanov adına Dəmirçilər kənd tam orta məktəbində təhsil alıb. Subay idi.

Elcan Namazov 2015-2017-ci illərdə Dövlət Sərhəd Xidmətinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2019-cu ildən isə «gizir» hərbi rütbəsində xidmət edirdi.

Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan Elcan Namazov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Elcan Namazov oktyabrın 9-da Füzuli döyüşləri zamanı həlak olub. Qazax rayonunun Dəmirçilər kəndində dəfn edilib.