Tag Archives: Durna teli» qolu

“KOROĞLU”. “DURNA TELİ QOLU”: “DƏLİLƏRİM, BU GÜN DAVA GÜNÜDÜ…”

Стандартный
“KOROĞLU”. “DURNA TELİ QOLU”: “DƏLİLƏRİM, BU GÜN DAVA GÜNÜDÜ…”

Dəlilərim, bu gün dava günüdü,
Müxənnəs ölkəsi talanmaq gərək!
Qoç iyidlər yarasından bəllənər,
Şərbət tək qanını yalanmaq gərək!

 
Mərd iyidlər nərə çəksin davada,
Şahin kimi şikar tutsun yuvada,
Misri qılınc cövlan vursun havada,
Bağırsaq cəmdəyə dolanmaq gərək!

 
Koroğlu içəndə düşmən qanını,
Mərd meydanda nərəsindən tanını,
Qırın vəzirini, tutun xanını,
Leş-leşin üstünə qalanmaq gərək!

«KOROĞLU”. “DURNA TELİ” QOLUNDAN GƏRAYLI

Стандартный
«KOROĞLU”. “DURNA TELİ” QOLUNDAN GƏRAYLI

Uca-uca dağ başında
Yaz bir yana, qış bir yana.
Titrəşir ağzım içində,
Dil bir yana, diş bir yana.

 
Nə edək, dəlilər, edək!
Düşmənin bağrını didək!
Xan Eyvaza kömək edək!
Dörd bir yana, beş bir yana.

 
Hər nə oldu mənə oldu,
Qaynadı paymanam doldu,
Gördün ki, düşmən güc gəldi,
Qov bir yana, qaç bir yana.

 
Koroğlunun yox əlacı,
Misirdən gəlir xəracı,
Çəkəndə Misri qılıncı,
Leş bir yana, baş bir yana.