Tag Archives: deputat Jalə Əhmədova

YƏQİN GENERAL ƏFƏLLƏYİB, DEPUTAT XANIM JALƏ ƏHMƏDOVA KÖNÜLLÜ AXTARIR…

Стандартный

Xanım deputat Jalə Əhmədova elan verib ki,  könüllü yığır.

Yüksək rütbəli xanımların könüllülər yığdığı  tarixdən məlumdur. Misir kraliçası Kleopatra, rus çariçası İkinci Yekaterina da könüllülər yığıblar. Bu elanı görən kimi istədim mən də CV göndərəm, məni burda başa saldılar ki, Mirzə, sən bu könüllülüyə yaramırsan. Dedilər yaşın çoxdur, özün də əfəlləyib getmisən, sən bir könüllə xanımın nəyinə yarayacaqsan, belə işdə əsas könül deyil, Mirzə, əzələdir…

Məsələni başa düşüb çox utandım…

Və məsələ orasındadır ki, Jalə Əhmədovaya deputat mandatını salyanlılar verməyiblər, mandatı ona bir salyanlı verib və o salyanlının adı lplastik kütlə generalı Vaqif Axundovdur. Və bu general ona görə plastik kütlə generalıdır ki, Salyanda Sovet hökumətinin on milyonlarla qızıl rubla tikdiyi plastik kütlə zavodunu özəlləşdirib. Yox, “özəlləşdirib”  yox, özəlləşdirib” abırıl sözdür. Çırpışdırıb…

Bu zalım oğlu, yəni Salyanda milis maşınının sürücüsü olmuş mərhum Əlibalanın oğlu bu zavodu çırpışdırmaqla məhdudlaşsaydı, dərd yarı idi. Dərd isə yarı deyil, boğazacandır. Plastik kütlə generalı yanında işləyən gözəşirin xanımı aparıb oturdub deputatxanada…

“Xanım sənə, xanım sənə mandat alım…”

Azərbaycanda bir adamın bir düyməsi yox, iki düyməsi açıq olanda hoydu-horduya götürürlər. Yəni ki, xalqın qeyrətinə, namusuna toxunmur.

Bəs parket ya plastik kütlə generallarının cavan xanımları oturtduğu parlament namusa toxunmur?

Əldəqayırma məhkəmələr xalqın namusuna toxunmur?

Hampazor, quldur icra başçılar xalqın namusuna toxunmur?

Yox, mən mövzudan yayındım. Cəhənnəmə toxunsun, gora toxunsun. Ölkə onsuz da başdan-ayağa, qarabağlıların ya gəncəlilərin dediyi kimi, “xajalatdır”…

Qayıdaq Jalə xanımın könüllü yığmağına…

Və əgər mən  yaşıma görə bu könüllülüyə yaramıramsa, deməli, plastik kütlə generalı Axundov da yaramır, çünki bu general elə mən yaşdadır..

İndi başa düşdünüz Jalə Əhmədova niyə könüllü axtarır?

Yəqin indi boksçular, güləşçilər, gimnastlar Jalə xanımın qapısında növbəyə düzülüblər… Jalə xanım da onları İkinci Yekaterina kimi çeşidləyir…

Bu işin ən yaxşı tərəfi odur ki, Azərbaycan elminə, mədəniyyətinə görə tarixlərə düşməsə də, belə xanımların hesabına düşəcək. Bəlkə Jalə xanımm adını İkinci Yekaterina ilə yanaşı çəkəcəklər.

Fəxrimizdir…

Mirzə ƏLİL

30.01. 2022, Samara

ERMƏNİLƏR DEZİNFORMASİYA YAYIRLAR: ŞANLI GENERAL MƏHƏRRƏM ƏLİYEV SAĞDIR!

Стандартный

məhərrəm_əliyev

Ermənilərin ordumuzda və mülki əhalidə çaşqınlıq yaratmaq cəhdləri davam edir. Bu gün səhər Ermənistanın kütləvi informasiya vasitələri Azərbaycanın şanlı sərkərdəsi, ali baş komandanın ali baş müşaviri general Məhərrəm Əliyevi cəbhədə öldürdükləri barədə xəbər yayıblar.

Etibarlı mənbələlərdən Mirzə Əlilə məlunm olub ki, bu xəbər ağ yalandır. General Məhərrəm Əlieyv sağdır! General Məhərrəm Əliyev ali baş komandana sutkada 24 saat məsləhər verməkdə davam edir. Yəni şanlı Məhərrəm Əliyev baş komandanın yanında durub əlini xəritəyə uzadaraq deyir: “Burdan keçək! Ordan qabaqlayaq! Türkün məsəli, daldan vuraq!” Ali baş komandan da başını yelləyib bəyəndiyini bildirir.

General Məhərrəm Əliey ölməzdir!

Yaşasın maxtalı sərkərdə Məhərrəm Əliyev, onun uşaqları, nəvələri!

Yaşasın fövqəladə hal naziri Kəmaləddin Heydərov və onun oğul-uşağı!

Yaşasın plastik kütlə generalı Vaqif Axundov, onun oğul-uşağı, qohumları və deputat məşuqəsi!

Yaşasın Paşa holdinq!

Yaşasın Paşa bank! (Paşa tank kimi başa düməyin, belə tank yoxdur!)

Mirzə Əlil ölsün! Şəhidlərin şəklinə baxmağa xəcalət çəkir…

Mirzə Zəlil

15. 10. 2020, Samara

XANIM DEPUTAT JALƏ ƏHMƏDOVA O QƏDƏR MƏSUMDUR Kİ, ASLANIN DİŞİLİ-ERKƏKLİ OLDUĞUNU BİLMİR…

Стандартный

jale_ehmedova-2

Teleqraf.com “xanım deputat” Jalə Əhmədova ilə “açıqlama” təqdim edir.

Biz azərbyacanlılara gərək ən azı alt ay danışmaq, yazmaq qadağan edilə. Ruslar bizdə olanı bilirdilər ki, dilimizi məhdudlaşdırırdılar.

“Xanım deputat” nədir?

Əgər “xanım” “qadın” əvəzində işlədilirsə, onda gərək ardıcıl olaq:

Xanım müəlim;

Xanım həkim;

Xanım pambıqçı;

Xanım alverçi;
Xanım satıcı;

Xanım süpürgəçi;

Xanım fahişə və s.

Belə deyilmi?

Bizim niyə abrımız yoxdur?…

Bu bir yana.

Bu “xanım” niyə deputatdır? Özü də Salyandan. Salyanda deputatlığa layiq bir “xanım” tapılmadımı? Hələ kişiləri demirəm…

Əlbəttə, Salyanda xanım, bəy, çoxdur, yəni erkəyi də var, dişisi də. Ancaq bu Xanım Jalə “Xüsusi Dövlət Mühafizə Xidmətində baş hüquqşünas vəzifəsində çalışır”.

Vallah, mənim kəndçim Vaqif Axundoun gözəl zövqü var. Bərəkallah!

Şeyx Nəsrulla deyirdi: Şeyx Əhməd, mən xəstəyəm, özün bilirsən nəyin xəstəsiyəm…

Eh, mən Axundov kimi vəzifədə olsaydım və bu xanım mənin işçim olsaydı, onu heç gözümdən uzağa qoymazdım…

Yəqin Vaqif Axundov beş-altı zırpı zabiti təhkim edib Milli Məclisə, onun xanım işçisini güdürlər. Çünki Milli Məclisdə Aqil Abbas kimi, Siyavuş Novruzov kimi, Fəzail Ağamalı kimi pozğun adamlar var…

Xanım deputat 2018-ci ildən Vinq Çun döyüş sənəti federasiyasının təsisçisi və I-ci vitse-prezidentidir.

Mənə elə gəlir ki, bu, düz deyil. Salyan deputatı, Vaqif Axundovun işçisi gərək bıçaq federasiyası təsis edəydi. Çünki bıçaq vurmaq salyanıların qədim milli ənənəsidir.  Mən o bıçaq federasiyasında xanım Jalənin müavini olmağa hazıram. Yəqin xanım Jalənin canısulu xanım kənizləri də olar. Darıxmazdım…

Xanım Jalə Əhmədova təklif edib ki, sosial şəbəkələrə giriş şəxsiyyət vəsiqəsiylə girsinlər.

Dəstəkləyirəm! Üstəlik arayş təqdim etsinlər ki, başları xarab deyil və İlham Əliyevin daxili və xarici siyasətini dəstəkləyirlər.

Jalə xanım deyir: “Köməkçim Salyandan olan ağsaqqal və nüfuzlu bir insandır”. Qalmışam məəttəl: mən Salyanda bir nüfuzlu ağsaqqal tanıyırdım: Yavər Cəbrayılov. Onu bütün Azərbaycan tanıyır. Analoqu yoxdur. Bəlkə də ayrı adamdır. Bəlkə Cəbrayılov ölüb. Bəlkə də Axundovlar öz içlərindən “ağsaqqal və nüfuzlu insan” yetiriblər…

Ah, yazıq Salyan… O qədər bıçaqlar vurulub, o qədər qanlar axıdılıb, bəs hanı ədalət, hanı qeyrət, hanı demokratiya…

Jalə deyir: “Aslanın erkəyi, dişisi olmaz”.

Bircə bununla razı deyiləm. Jalə xanım o qədər məsumdur ki, bilmir dişi-erkək olmasa, nəsil artmaz…

Cavandır, öyrənəcək…

Sonda xanım Jalə deyir: “Prezidetə dəstək olaq lazımdır”.

Bununla qismən razıyam. Dəstək lazımdır, ancaq on milyon dəstək çoxdur.

Xanım Jalə, icazə verin Mirzə Əlil prezidentə qulp olsun. Avropa alimləri sübut ediblər ki, qulp qoyulmayan rəhbərin ağlı çaşır.

Bıçaq federasiyasını yaddan çıxarmayın.

Poka, poka, milaya!

Mirzə ƏLİL

20. 09. 2020, Samara