Tag Archives: Ceyhun Məmmədov

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: CEYHUN MƏMMƏDOV

Стандартный

Ceyhun Qafar oğlu Məmmədov (20 oktyabr 1996QaraxanlıAğcabədi rayonuAzərbaycan — 25 oktyabr 2020QarabağAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Ceyhun Məmmədov 20 oktyabr 1996-cı ildə Ağcabədi rayonunun Qaraxanlı kəndində anadan olmuşdur.  2004-2014-cü illərdə Ağcabədi rayon Qaraxanlı kənd tam orta məktəbdə təhsil almışdır.  2014-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət etmişdir.  2018-ci ildən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Beyləqan rayonunda yerləşən minaatan korpusda xidmət etirdi.

Ceyhun Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir.  25 oktyabr 2020-ci ildə döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Ağcabədi rayonunun Qaraxanlı kəndində dəfn edilmişdir.