Tag Archives: «Bizim qız» şeiri

25 MART — GÖRKƏMLİ SATİRİK ŞAİR RÜFƏT ƏHMƏDZADƏNİN DOĞUM GÜNÜ

Стандартный
25 MART — GÖRKƏMLİ SATİRİK ŞAİR RÜFƏT ƏHMƏDZADƏNİN DOĞUM GÜNÜ

Azərbaycan yazıçısı, satirik şair, ssenari müəllifi Rüfət Əhmədzadə 1933-cü ildə Bakıda anadan olmuşdur. Atası Zülfüqar Əhmədzadə xalq düşməni kimi həbs edilir və ailə Azərbaycanın Balakən rayonuna köçür. 13 yaşında orada səyyar kinomexanik vəzifəsində çalışır. Bakıya döndükdən sonra pionerlər evində direktor vəzifəsində çalışır və mətbuatda müxtəlif şerləri ilə çıxış edir.

«Kirpi» satirik jurnalının redaktoru Əvəz Sadıq onu jurnala dəvət edir və o, ömrünün sonuna qədər bu jurnalda çalışır.

Korrektor vəzifəsindən baş redaktorun müavini vəzifəsinə qədər yüksələn Rüfət Əhmədzadə 1988-ci il dekabrın 15-də 55 yaşında vəfat edib.

11 kitab, 4 musiqili komediya («Sizin ilə, gülə-gülə», «Bildirçinin bəyliyi», «92 dəqiqə gülüş», «Hələlik»), 3 televiziya tamaşası («Sonuncu məhəbbət», «Gülüş sanatoriyası», «Şirbalanın məhəbbəti») və yüzlərlə satirik televiziya novella-səhnəciklərin müəllifidir. Bir çox tanınmış mahnılar onun şerlərinə bəstələnmişdir.

 Jurnalist, prodüser Zülfüqar Rüfətoğlunun atasıdır.

       BİZİM QIZ

Düz qəddimi döndərdi mənim yaya bizim qız,
Hey danlayıram eyləməyir haya bizim qız.

Tale ona bəxş etmiş əzəldən qara gözlər, 
Göy rəngi çəkib, sanki olubdur yara gözlər,
Baxdıqda bilinmir ki, baxırlar hara gözlər,
Almır sözümü zərrə qədər saya bizim qız,
«Düz qəddimi döndərdi mənim yaya bizim qız”.

Yoxdur köməyi, evdə də boşqab belə silmir,
Candan üzülüb bir dəfə ölmür ya dirilmir,
Dar yubka geyibdir, pilləkəndən düşə bilmir,
Hardan, necə girmiş belə yubkaya bizim qız?
«Düz qəddimi döndərdi mənim yaya bizim qız”.

Boynun uzadıb şəst ilə dingildəyir hərdən,
Bilməm oxuyur, yoxsa ki, zingildəyir hərdən,
Cır səs çıxarıb eylə ki, cingildəyir hərdən,
Bir anda dönür sanki tramvaya bizim qız,
«Düz qəddimi döndərdi mənim yaya bizim qız”.

Öz doğma balan hətta, olub yad, dəyişərmiş,
Allah, necə  birdən-birə övlad dəyişərmiş?
Rəftarı cəhənnəm, demə sən ad dəyişərmiş,
Fəxrəndə idi, indi olub Faya bizim qız.
Bir daş o günə, gəldi bu dünyaya bizim qız,
«Düz qəddimi döndərdi mənim yaya bizim qız”.

 

Tanınmış satirikin oğlu: “Öləcəyi günü bilirdi…” ATAMIN XATİRƏSİ

http://kulis.lent.az/news/12380

Kulis “Atamın xatirəsi” layihəsindən tanınmış satirik şair Rüfət Əhmədzadənin oğlu, Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədzadə ilə müsahibəni təqdim edir.

— Ənənəvi sualımız var: sizi bu layihəyə dəvət edəndə atanızla bağlı ilk olaraq nəyi xatırladınız?

 

— Övlad atanı hər şeydən əvvəl ata kimi xatırlayır. Atamı sadə, sakit, mülayim insan kimi xatırlayıram. Tanımayan adamlar rast gələndə deyirdilər ki, yazdıqları ilə müqayisədə həddindən artıq mülayim adamdır.

Read the rest of this entry