Tag Archives: Biləsuvarlı şəhidlər

ŞƏHİDLƏRİMİZ: İQBAL ASLANLI

Стандартный

İlqar Aslanlı

Biləsuvarlı  İqbal İlqar oğlu Aslanlı. 27 sentyabr 2020-ci ildə Azərbaycan ərazisinin işğaldan azad edilməsi uğrunda başlanan döyüşlərdə həlak olub.

Allah rəhmət eləsin!

ŞƏHİDLƏR: BİLƏSUVARLI ŞAİQ KƏLBİYEV

Стандартный

KƏLBİYEV ŞAİQ

Şaiq Kəlbiyev (18 iyun 1971Aşağı CürəliPuşkin rayonu – 12 iyun 1993MərziliAğdam rayonu) — «Azərbaycan Bayrağı» ordeni ilə təltif edilmiş döyüşçü, Qarabağ müharibəsi şəhidi.

Şaiq Kəlbiyev 1971-ci ilin iyunun 18-də Biləsuvar rayonu Aşağı Cürəli kəndində anadan olmuşdur. 1977-ci ildə Aşağı Cürəli kənd orta məktəbin 1-ci sinfinə daxil olmuşdur. 1984-cü ilə həmin orta məktəbi bitirdikdən sonra Şaiq 146 saylı peşə məktəbində təhsilini davam etdirmişdir.

2 il Belarusanın paytaxtı Minsk şəhərində tank alayında hərbi xidmətdə olan Şaiq Biləsuvara qayıdaraq burada sürücülük peşəsi ilə təhsil alıb. Sürücülük təhsilini başa vuran Şaiq 1992-ci ilin oktyabrında Azərbaycan ordusunda xidmətə başlayıb. Şaiq Kəlbiyev 1993-cü ilin yanvarından motoatıcı taborda xidmətini davam etdirir. Şaiq Kəlbiyevin rus ordusu çəkiləndə yararsız hala saldığı bəzi texnikaların bir mütəxəssis kimi döyüş vəziyyətinə gətirilməsində böyük rolu olmuşdur. Read the rest of this entry