Tag Archives: Bankə qəsəbəsi

ŞƏHİDLƏR: BANKƏLİ RÖVŞƏN AĞAMALIYEV

Стандартный

BANKƏLİ.jpeg

Rövşən Ağamalıyev Baloğlan oğlu 1975-ci ildə Neftçala rayonu Bankə qəsəbəsində anadan olmuşdur. Bankə qəsəbə 1 nömrəli orta məktəbində və Neftçala texniki-peşə məktəbində təhsil almışdır.

15 yaşıda Qarabağ müharibəsi başlayan vaxtı 3 yoldaşı ilə birlikdə evdən gizli qaçıb Zəngilana getmiş və könüllü olaraq ordu sıralarına qoşulmaq istədiklərini bildirmişdi amma yaşlarının az olduğundan komandanlıq onları geri qaytarmışdı. 17 yaşında yenidən könüllü olaraq ordu sıralarına qoşulmuş və Ağdamın Mərzili , İsmayılbəyli , Bağmanlar kəndləri uğrunda gedən döyüşlərdə xüsusi igidliklər göstərmişdir.

1993-cü il 23 iyulda Ağdam rayonundakı Atçılıq sovxozunun azad olunması uğrunda gedən döyüşlərdə piyadalarımızın döyüş mövqeyində normal dayanmalarından ötrü zədələnmiş döyüş maşınını özü təmir etmiş, texnikanın üstündə düşmənlərə hücum etmiş, döyüş bölgəsi önündə yerləşən 13 saylı postda olmuş, düşmən texnikasının irəliləməsinə imkan verməmiş, düşmən piyadalarını məhv etmiş, yaralanmış döyüşçülərimizin döyüş mövqeyindən çıxması üçün bütün hərbi tədbirləri görmüş, işğalçıların güclü hücumuna baxmayaraq döyüş mövqeyini tərk etməmiş, düşmən əsgərlərinin irəliləməsinin qarşısını almışdır və sonda qəhrəmanlıqla həlak olmuşdur.

 

ПАВШИЕ: ИБРАГИМ МЕНЕФОВ

Стандартный

19 января 2018 года погиб военнослужащий азербайджанской армии Ибрагим Менефов.

Ибрагим Мовсум оглы Манафов родился в 1995 году в поселке Банк Нефтечалинского района. Окончил национальную академию авиации.

İBRAHİM MƏNƏFOV.jpg