Tag Archives: Balaxanı

“ƏKİNÇİ”: BALAXANADAN NEFT DƏMİR NOVÇAIARLA DAŞINACAQ

Изображение
“ƏKİNÇİ”: BALAXANADAN NEFT DƏMİR NOVÇAIARLA DAŞINACAQ

EKIN

Badkube uyezdinin Balaxana qəryəsində neft quyuları var ki, oradan nefti gətirib şəhərin yanında olan zavodlarda ondan cövhər çəkirlər. Zikr olan qəryədən zavodlaracan 7 verst yoldur ki, kirayəçi ərradəçilər neftin putunu 5 qəpiyə gətiririllər. Deyirlər keçən il ərrradəçilər zavod sahiblərinən 500 min manatacan kirayə alıblar. İndi Badkubə şəhərində iki kompaniya bina olub: birisi istəyir Balaxanıdan nefti yer altı ilə dəmir novçalar ilə gətirsin və birisi isə istəyir dəmir yolu təmir eləsin. Yer altı ilə neft gətirmək istəyənə dövlət tərəfindən izn verilib və bu bahar onu başlayacaqlar. Deyirlər buna 100 min manatacan xərc olacaq. Dəmiryolu ilə gətirmək istəyənə indiyəcən izn alınmayıb, amma bişəkk dövlət izn verəcək və izn barəsində ərizə göndəriblər. İndiyəcən dəmiryolundan ötrü 200 min manatacan cəm olub. Deyirlər onun 300 min manatacan xərci olacaq.  Neft cövhəri satanlar keçən il ziyadə nəf ediblər. Əvvəl onun putunu Moskva və qeyri  şəhərlərdə bir manat yarıma, iki manata satırdılar, amma keçən il 3-4, hətta 5 manata satıblar.

18yanvar 1877

СТАРЫЙ БАКУ 1

 

Реклама