Tag Archives: bakı universitetinin təsis komissiiyası

19 MAY 1919 — BAKI UNİVERSİTETİNİN TƏSİS KOMİSSİYASI YARADILIB

Стандартный
19 MAY 1919 — BAKI UNİVERSİTETİNİN TƏSİS KOMİSSİYASI YARADILIB

Azərbaycan hökuməti 1919-cu ilin mayın 19-da Azərbaycan Xalq Maarifi Nazirliyi nəzdində Hökümət komissiyanı təsdiqlədi. Komissiyanın tərkibinə Prof. Razumovski (sədr), prof. A.M.Levin, prof. N.A.Dubrovski, İ.A.Babuşkin (katib) ilə yanaşı Xalq Maarif Nazirliyində V.İrzayev, M.A.Şahtaxtinski, şəhər ozünüidarəsindən şəhər idarəsinin üzvü Əlicabbar Orucəliyev, “Neft sənayeçiləri qurultayı” şurasından A.N.Sarapov, M.Sultanov daxil edildi. Bundan başqa, Bakı müalicəxanalarının üç baş həkimi – kimyaçı L.Q.Qurviç, zooloq A.N.Derjavin, əczaçılıq magistri İ.K.Qolberq də universitet komissiyasının fəaliyyətinə cəlb olundular.

Komissiyaya geniş hüquqla verilmişdi. Belə ki, komissiya üzvləri Hökümət başçısınadək hər bir yüksək vəzifə sahibinə birbaşa müraciət etmək səlahiyyətinə sahib idilər.

Hökümət iyunun 16-da universitet komissiyasının ştatlarını təsdiq edib, maaşları müəyyənləşdirdi. Ölkənin iqtisadi vəziyyətinin mürəkkəb olduğu bir şəraitdə universitet üçün tələb olunan maliyyə vəsaiti komissiyanın təklif etdiyi 3,5 milyon manatdan 5 milyon manata qədər artırıldı. Amma 1919-cu il avqustun 21 də Parlamentdə universitetin təsis edilməsi haqqında qanun layihəsinin ilkin müzakirəsi göstərdi ki, universitetin açılmasına əksəriyyətin tərəfdar olması ilə yanaşı, bunun əleyhdarları da var. Onlar rus dilində açılacaq universitetin ruslaşdırma ocağı olacağından ehtiyat edirdilər. Amma belə fikirlərə baxmayaraq, 1919-cu ilin sentyabrın 1-də Parlament “Bakı şəhərində dövlət universitetinin təsis edilməsi haqqında qanun” layihəsini qəbul etdi.

1919-cu ilin sentyabrın 1-də Parlament “Bakı şəhərində dövlət universitetinin təsis edilməsi haqqında qanun” layihəsini qəbul etdi.

Реклама