Tag Archives: Bəhram Bağırzadə evə buraxıldı

BƏHRAM BAĞIRZADƏ TOVUZ QUŞUNA DÖNDÜ…

Стандартный

2

Tovuz döyüşlərində erməni snayperinin atdığı koronovirusla ağır yaralanmış Bəhram Bağırzadə sağalıb və hərbi hospitalı “ura, ura” sədaları altında tərk edib. Tovuz qəhrəmanı Bəhram indi özü də Tovuz quşuna dönüb, çünki onun hospitalda yatdığı hər gün prezident ona orden, Mehriban xanım isə medal verib.

Məlum olub ki, Bəhram Bağırzadəyə yunan filosofu Sokrat özü tez-tez dəyməyə gəlirmiş. Çünki Sokrat da müharibələr qəhrəmanıdır və döyüşlərdə dönə-dönə şücaət göstərib. Sokrat Bəhrama deyib ki, Bəhram, üç peşə Tanrıdandır: müəllim, həkim, hakim. Bəhram deyib ki, Sokrat müəllim, mənim hakimlərə işim düşməyib, ancaq Azərbaycanda hakimlərə işi düşənlər yaxşı bilirlər ki, bu peşə doğrudan da Tanrıdandır. Kimə nə qədər iş lazımdır, verirlər…

Bəhram Bağırzadə hospitalı Mehriban xanımın bağışladığı qırmızı başmaqlarda tərk edib. Çünki qırmızı ayaqqabı düşmən gözü çıxarandır. Şübhəsiz, ermənilər Bəhramın şəklini görən kimi şalvarlarını isladacaqlar. İndidən kirvələr Çinə nota veriblər ki, sizdən aldığımız koronoirus niyə belə zəif oldu, niyə Azərbaycanın Çarli Çaplinini, Azərbycanın Levitanını öldürmədi…
Deylənlərə görə, prezidentin fərmanıyla Bəhram Bağırzadənin hospitaldan çıxdığı gün milli bayram elan olunacaq və “Qırmızı başmaqlar” hərbi ordeni təsis ediləcək. Şayiə var ki, həmin orden artıq təsis olunub və bir nəçə görkəmli insan, o cümlədən Siyavuş Novruzov, onu alıb döşlərinə taxıb…

Belə-belə işlər…

Azərbaycanda tolerantlığın və multikulturalizmin olmadığı vaxtlar bunun dalıycan deyərdilər: “Qırılsın keşişlər”.

Ah, getsin o günlər, gəlməsin…

Mirzə ƏLİL

27.07. 2020, Samara