Tag Archives: Azerfreedom TV

BURBON MƏMMƏDOV: AZERDURDOM TV EFİRDƏDİR!

Стандартный

qurban_məmmədov

Burbon MƏMMƏDOV:  Salam, mənim əziz həmvətənlərim! Azerdurdom TV efirdədir. Eşq olsun Rəcəb Teyib Ərdoğana! İlham Əliyevə ar olsun! Deyəsən, bizə Rusiyanın Kislovodsk şəəhərindən zəng edən var. Buyurun, Əhməd bəy!

ƏHMƏD: Burbon bəy, mən bir az içkiliyəm, proşu proşeniya. Ancaq mən Azərbaycana gedib canımı qurban verməyə hazıram. Zakir Həsənov yol pulumu versin, gedirəm.

Burbon MƏMMƏDOV: O boynunu qucaqlayan arvad kimdir? Rusdur?

ƏHMƏD: Yox, Burbon bəy, urus bizim düşmənimizdir. Bu arvad mordovkadır. Anam-bacım olsun, çox şirin arvaddır.

Burbon MƏMMƏDOV: O da səninlə gedir cəbhəyə?

ƏHMƏD: Niyə getmir, Burbon bəy. Gülə-gülə gedəcək. Orda mənim yaramı sarıyacaq dana. Burbon bəy, vururam sənin sağlığına!

Burbon Məmmədov: Vur, qadan alım! Eşq olsun! Görürsünüzmü, mənim əziz həmvətənlərim, mordovka türk oğluna qoşulub Qarabağa gedir. Eşq olsun. Daha bir zəngimiz var. Samaradandır. Buyurun, Afa bəy!

AFA: Burbon bəy, Samarada yaşayan azərbaycanlılar Azerdurdom ailəsini salamlayırlar! Bizim də ürəyimiz Qarabağda döyüşən əsgərlərin yanındadır.

Burbon MƏMMƏDOV: Bəs sənin yanındakı kimdir? Dizinin üstündə oturub. Bu da mordovkadır?

AFA: Burbon bəy, bu, xalis türk arvadıdır. Çuvaşkadır. Mənim satıcımdır. Məni hər yerdə dəstəkləyir.

Burbon MƏMMƏDOV: Yaxşı dəstəkləyir, görürəm əli hardadır… Eşq olsun! Əziz həmvətənlərim, Moskvadan zəng var, daimi izləyicimizdən. Buyurun, Qafar bəy!

QAFAR: Burbon bəy, mən Azerdurdom ailəsini Pud sitidən salamlayıram. Burda biz hamımız Azərbaycan ordusunu dəstəkləyirik.

Burbon MƏMMƏDOV: Eşq olsun! Bizi də dəstəkləyin! Azerdurdom ailəsi Qarabağ uğrunda Azərbaycan ordusundan da fəal vuruşur. Sizin malıiyyə dəstəyinizə ehtiyacımız var. Qafar bəy, görürəm tək deyilsiniz, yeyib-içirsiniz. O yekəburun kişi gözümə şirin gəlir. Kimdir o? Bayaqdan onunla qızğınlıqla öpüşürsünüz.

QAFAR: Burbon bəy, bu bizim erməni dostumuz Xaçaturdur. Sizdən yaxşı olmasın, yaxşı oğlandır. Bayaqdan neçə dəfə bizə qoşulub Azərbaycan ordusunun sağlığına içib. Biz də iki dəfə erməni ordusunun sağlığına içmişik. Əlahəzrət İlham Əliyein dediyi kimi, gərək tolerant olaq.

Burbon MƏMMƏDOV: Eşq olsun! Xaçatura salamlar! Əziz Həmvətənlər! Bizə Moskvadan zəng var. Rusiyanın paytaxtından bizə Hacı Seyidağa qoşulur. Seyid! Cəddin ordumuza kömək olsun. Buyur, sözünü de!

Hacı: Qurban bəy, ağzım söz tutmur, stress keçirirəm, gözümün yaşını saxlaya bilmirəm.

Burbon Məmmədov: Seyid, hamımız ağlayırıq, biz indi sevinc yaşları axıdırıq.

HACI: Qurban bəy, mən sevincdən ağlamıram, dərddən ağlayıram.

Burbon MƏMMƏDOV: Niyə, ay Seyid, ordumuzun qələbəsinə sevinmirsən?

HACI: Qurban bəy, mən ordu hayında deyiləm. Padruqam məni qoyub qaçıb.

Burbon MƏMMƏDOV: Nə padruqa, a kişi? Biz nə haydayıq, sən nə haydasan? Hara qaçıb?

HACI: Müharibə başlayan kimi nə yolnansa sərhədi keçib, gedib vuruşmağa. Məni buraxmırlar. Qurban bəy, məni sərhəddən keçir, mən o arvadsız qala bilmərəm..

Burbon MƏMMƏDOV: Mən səni necə keçirim a kişi? Mən İlham Əliyyevlə qanlı-bıçaqlıyam. O mənim evimi dağıdıb, bilmirsən? Sənə öz cəddinə and verirəm, İlham Əliyevi mənə söydürmə!

HACI: Qurban bəy, burda Əliyelik bir iş yoxdur. Mənim padruqam Ermənistana qaçıb.

Burbon MƏMMƏDOV: Ermənistan nədir, a kişi? Azərbaycanlı arvad gedib ermənilərin tərəfində vuruşsun?

HACI: Sən məni düz başa düşmədin, Qurban bəy. Mənim padruqam ermənidir…

Burbon MƏMMƏDOV: Mən doğrudan da başa düşmədim. Sən gedirsən Ermənistana arvadın dalınca?

HACI: Gedirəm, Qurban bəy. Mən Kərəm kimi yanıram…

Burbon MƏMMƏDOV: Seyid, sənin yanan yerini mən… Hörmətli izləyicilər, uşaqları ekrandan uzaqlaşdırın, mənim bu Hacıya beş-altı kəlmə yaxşı sözüm var…

Mirzə ƏLİL

29. 09. 2020, Samara