Tag Archives: azərbaycanlılar Dağıstan sərhəddində

AZƏRBAYCANDA ƏSİL AZƏRBAYCANLI BİR MİLYON OLA YA OLMAYA…

Стандартный

1

Möhtərəm prezidenti möhtərəm İlham Əliyev deyib ki, Azərbaycan dünyanın 29 ölkəsinə pandemiya ilə bağlı yardım göstərib. Bunu eşidib böyük qürur hissi duydum,  çox sevindim və hətta ürəyimdən keçdi ki, kaş mən də o 29 ölkədən birində yaşayaydım, onda mənə də o yardımdan düşərdi…

Ancaq antimilli ünsürlər hay-küy salıblar ki, Azərbaycan o yardımı niyə öz vətəndaşlarına göstərmir? Niyə o yardımı aylarla Dağıstanda həbs düşərgəsi həyatı yaşayan azərbaycanlılar almırlar və niyə onlar öz vətənlərinə buraxılmırlar.

Möhtərəm przident isə ürəyinin yumşaqlığından və toleratntlığından qayıdıb demir ki, elə hər Azərbaycanda yaşayanı ya Azərbaycan pasportu olanı azərbaycanlı saymaq olmaz. Prezident demir, ancaq Mirzə Əlil prezidentə dərin sevgisindən onun fikirlərini uzaqdan-uzağa oxuyur və onunla tamamilə razıdır. Yoxlamamış hardan biləsən ki, Dağıstanda həbs düşərgəsinə qatılanlar nə yuvanın quşudurlar?

Özünüz baxın.

“Meydan” adlı antimilli bir televiziyanın Feysbuk səhifəsinə 561 min adam “layk” qoyub. Yəni ki, yarım milyondan çox azərbaycanlı “Meydan”ın antimilli fəaliyyətini bəyənir və dəstəkləyir. Bu adamları əsil azərbaycanlı saymaq olarmı?

Yox, olnaz! 561 min adamı çıxırıq azərbaycanlıların siyahısından!

Antimilli, fikri-zikri Azərbaycanda siyasi və iqtisadi sabitliyi pozmaq olan “Azalıq” radiosunun səhifəsinə 491 mim “layk” qoyulub. Bu layk qoyanları da çıxdaş edirik.

Yarım milyon da belə getdi.

BBC-nin səhifəsinə 335 min layk. Yəni 335 mini də yazırıq qara siyahıya.

“Azadlıq” qəzetini 263 min bəyənir. Rus demişkən, vot, urodı!

Əli Kərimin səhifəsini 229 min adam bəyənir. Yəni 229 min insan Əli Kərimə qoşulub sabitliyi pozmaq, hakimiyyəti ələ keçirmək və Azərbaycanın sərvətlərini talamaq, Londonda, Dubayda əmlak almaq istəyir.

İstəkləri ürəklərində qalsın!

229 min də belə getdi!

Hələ mən YouTube-dakı laykları saymamışam.

Və bütün bu laykları izləsən, görərsən ki, Azərbaycanda əsil azərbaycanlıların sayı bir milyondan çox olmaz. Yəni mən götürürəm yapçıları, gənc yapçıları, yapçı trolları, millət vəkillərini, icra başçılarını, prokurorları, polisləri və s. Onların sayı bir milyonu aşmaz.

Ancaq Azərbaycanda ən saf, ən təmiz vətəndaşlar Bakıda yaşayan ermənilərdir. Çünki onlar heç vaxt gedib “Azadlıq” radiosuna ya Meydan TV-yə layk qoymazlar.

Yalan təvazö nəyə gərək, Mirzə Əlil də özünü əsil azərbaycanlı sayır. Çünki heç vaxt heç bir antimilli mətbu orqanına ya antimilli ünsürün səhifəsinə “layk” qoymaz. Düzdür, mənə şər atanlar var ki, guya qoyuram. Qoyanın da, yalançının da…

Ona görə Azərbaycan prezidentindən şəxsi yardım almağa tam haqqım var.

Bir də istərdim ki, prezident mənə əməkdar artist adı versin. Ölürəm addan ötrü. Mənə deyirlər ki, ay Mirzə, axı sən artist deyilsən, sənə prezident bu adı necə versin. Mən də deyirəm ki, Ramiz Mehdiyev də alim deyil, ancaq prezident onu qoyub akademiyanın prezidenti. Məhərrəm Əliyev hərbçi deyil, prezident onu qoyub baş hərbi müşavir. İndi mənə niyə əməkdar artist adı verməsin.

Verməsə, bəlkə mən də gedib qoşuldum antimilli ünsürlərə…

18.06. 2020, Samara