Tag Archives: azərbaycanlı generallar

19 APREL -GENERAL FİRİDUN BƏY VƏZİROVUN DOĞUM GÜNÜ

Стандартный

Firudin_bey_Vezirov

Firidun bəy Camal bəy oğlu 1850-ci il aprelin 19-da Tiflisdə zadəgan ailəsində anadan olmuşdur. Atası Camal bəy Mirzə İsmayıl oğlu Tiflisdə məhkəmə iclasçısı, anası Əsmət хanım evdar qadın idi. Firidun bəy ilk təhsilini Tiflis klassik gimnaziyasında almışdır. 1868-ci ildə Yelizavetqraddakı yunkerlər məktəbini ikinci dərəcə ilə bitirmişdir. Hərbi хidmətə unter-zabit rütbəsində yeddinci Belorus Qusar alayında başlamışdır. 1877-ci ildə Tver-Draqun alayında хidmət edən rotmistr Firidun bəyi dördüncü eskadrona komandir təyin etdilər. Onun komandirlik etdiyi eskadron avqustun 19-dan sentyabrın 8-dək Odessa şəhəri yaхınlığındakı Mehmetçi, Dobruji, Çobanköysü, Hacıoğlu, Bazar düzü kəndlərini düşməndən təmizlədi. Bu müharibədə komandirlik qabiliyyətinə görə onu tunc medalla, bir də üçüncü Aleksandrın imperatorluq etməsinin ildönümü şərəfinə gümüş medalla mükafatlandırdılar.

1897-ci il oktyabrın 13-də polkovnik rütbəsi ilə təltif olunan Firidun bəy iki il sonra onuncu Novotroski draqun alayına komandir təyin edildi. 1906-cı il aprelin 18-də o, general-mayor rütbəsi alır.. Həmin il ordudan tərхis olunan general-mayor Firidun bəy Vəzirov doğma şəhəri Tiflisdə Miхaylovsk prospektindəki yüz on bir saylı mülkündə yaşamışdır. O, 1882-ci il yanvarın 19-da üçüncü dərəcəli «Müqəddəs Stanislav» (müsəlmanlar üçün təsis olunmuş), 1889-cu il mayın 6-da üçüncü dərəcəli «Müqəddəs Anna», 1893-cü il iyunun 15-də ikinci dərəcəli «Müqəddəs Stanislav», 1898-ci il sentyabrın 22-də dördüncü dərəcəli «Knyaz Vladimir», 1902-ci il avqustun 1-də ikinci dərəcəli «Müqəddəs Anna», 1905-ci il noyabrın 20-də üçüncü dərəcəli «Knyaz Vladimir» ordenləri ilə təltif olunmuşdur.1919-cu ilin yazında istefada olan general Firiddun bəy Vəzirov Azərbaycan Xalq Cumhuriyyətinin Hərbi Nazirliyi tərəfindən Azərbaycan ordusunda hərbi xidmətə dəvət olunmuş, milli ordu quruculuğunda fəal iştirak etmişdir. O, hərbi nazir Səməd bəy Mehmandarovun 1919-cu il 7 avqust tarixli əmri ilə həmin ayın 1-dən etibarən Bakı şəhərinin komendantı vəzifəsinə təyin olunmuş, eyni zamanda Bakı şəhər qarnizonu rəisi vəzifəsinin icrası da müvəqqəti olaraq ona tapşırılmışdır. O, 1921-ci il iyulun 2-də «İslam» partiyasının agenti adı ilə həbs olunmuş, bir müddətdən sonra Azərbaycan XKS-nin sədri Nəriman Nərimanovun göstərişi ilə azad olunmuşdur. Lakin 1925-ci ildə yenidən həbs olunaraq güllələnmişdir.

General-mayor Firidun bəy məşhur maarifçi İsmayıl bəy Əfəndiyevin Nuхa qəzasının kəndlərindən topladığı bayatıları, beşik mahnılarını, atalar sözlərini  rus dilinə tərcümə edib. Uzun müddət Rusiyanın ayrı-ayrı şəhərlərində yad mühitdə hərbi хidmətdə olmasına baхmayaraq, general Firidun bəy Vəzirov ana dilini incəliklərinə qədər qoruyub saхlaya bilib.

vikipediya

OKTYABRIN 16-DA GENERAL MEHMANDAROV ANADAN OLUB

Стандартный
OKTYABRIN 16-DA GENERAL MEHMANDAROV ANADAN OLUB

Səməd bəy Sadıx bəy oğlu Mehmandarov – Rusiya İmperator ordusunun artilleriya generalı  Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri, sovet hərb xadimi.

MEHMANDAROV

Səməd bəy Mehmandarov 1855-ci il oktyabrın 16-da Lənkəranda anadan olmuşdur. Bakıda gimnaziya təhsili almış, 16 yaşında Peterburqda yerləşən II Konstantinovka artilleriya məktəbinə daxil olmuşdur. 1875-ci ilin dekabrında podporuçik rütbəsi almış və üçüncü dərəcəli «Müqəddəs Stanislav» ordeni ilə təltif edilmişdir. 1890-cı ildə kapitan , 1898-ci ildə podpolkovnik, 1901-ci ildə polkovnik, 1904-cü ildə general-mayor rütbəsi almışdır. Rus-Yapon müharibəsində böyük rəşadət göstərmiş S.Mehmandarova 1908-ci ildə tam artileriya generalı rütbəsi verilmişdir.

I Dünya müharbəsi başlanarkən Varşava ətrafında xidmət edən general S.Mehmandarovun komandir olduğu 21-ci piyada diviziyasının tərkibində dörd alay var idi: 81-ci Abşeron alayı, 82-ci Dağıstan alayı, 83-cü Samur alayı və 84-cü Şirvan alayı. Visla çayı yaxınlığındakı İvanqorod rayonunda da 21-ci diviziya 52-ci piyada diviziyası tərkibində 205-ci Şamaxı və 206-cı Səlyan alayları da var idi.

Diviziya komandiri S.Mehmandarov Lodz istiqamətində aparılmış döyüşdə alman generalı Makenzonun ordusu üzərində qələbə əldə etmişdir.

1915-ci ildə general S. Mehmandarov korpus komandiri təyin edilmişdi. 1917-ci ilin əvvəlində Rusiyanın bütün hərbi ordenləri ilə, eləcə də İngiltərənin, Fransanın, Rumıniyanın bir neçə hərbi ordenləri ilə təltif edilmişdi.

1917-ci il fevral burjua inqilabı baş verərkən S.Mehmandarov Qafqazda idi. Həmin ilin aprel ayında o, vəzifəsini həmişəlik tərk edib istefaya çıxmış, bir müddət Vladiqafqaz şəhərində yaşamış, sonra Azərbaycana gəlmişdir.

General S.Mehmandarov Azərbaycan Xalq Cümhuriyyəti hökümətində 1918-ci ilin 25 dekabrından Hərbi Nazir vəzifəsini tutmuş və müstəqil Azərbaycanın qısa müddətdə 30 minlik ordusunu yaratmağa nail olmuşdu.  Sovet hakimiyyəti qurulduqdan sonra Nəriman Nərimanovun şəxsi zəmanəti əsasında hərbi fəaliyyətini davam etdirmiş və Azərbaycanda yaradılmış hərbi komandirlər məktəbində 1921-1928-ci illərdə müəllimlik etmişdir. Qafqaz ordusunun komandiri olmuş Birinci dərəcəli Ordu komandiri İ.Ç.Yakir 1925-ci ildə yazmışdı: «Mehmandarov nadir artileriyaçıdır».

1928-ci ildə general S.Mehmandarov səhhətinə görə orduda xidmətdən təxris olunmuş və ona fərdi dövlət təqaüdü verilməsi müəyyən edilmişdi.

General Səməd bəy Mehmandarov 12 fevral 1931-ci ildə Bakıda vəfat etmişdir.

Самедбек Садыхбек оглы Мехмандаров (также известный как Самет-Бек-Садык-Бек Мехмандаров, азерб. Səməd bəy Sadıx bəy oğlu Mehmandarov; 16 октября 1855 — февраль 1931) — генерал от артиллерии Российской Императорской Армии, военный деятель Азербайджанской Демократической Республики и Советского государства.

Самедбек Мехмандаров происходил из знатного карабахского бекского рода. Отец Самедбека — Мирза Садыхбек Мехмандаров — по роду службы в начале 1840-х годов переехал из Шуши в Ленкорань, где занимал должность Муганского пристава Ленкоранского уездного управления и имел чин титулярного советника.

Источник: Википедия