Tag Archives: «Azərbaycanım» mahnısı

1 APREL — DÖYÜŞÇÜ VƏ ŞAİR ƏNVƏR ƏLİBƏYLİNİN 100 İLLİYİ

Стандартный

Ənvər_Əlibəyli

Ənvər Əlibəyli 1916-cı il aprel ayının 1-də Bakıda dünyaya göz açmışdır. Əvvəl Tibb Texnikumunda, sonra ADU-nun fəhlə fakültəsində, APİ-nin filologiya fakültəsində təhsil almışdır. 1938-ci ildən İkinci Dünya müharibəsi başlayana qədər Azərbaycan radiosunda çalışmışdır. Tiflisdə Topçular Hərbi məktəbini bitirib, leytenant rütbəsi ilə könüllü olaraq ön cəbhəyə getmişdir.  Müharibənin ilk günlərindən ordu sıralarında olan Ənvər Əlibəyli artileriya batareyasının komandiri olmuş, məşhur 416-cı Taqanroq atıcı diviziyasında ağır döyüş yolu keçmişdir. 1944-cü ildə ağır yaralandıqdan sonra yazıçı-jurnalist kimi döyüşdə iştirakını davam etmişdir. 

Ənvər Əlibəyli 1968-ci ildə Bakıda həyatının, yaradıcılığının yüksələn bir vaxtında dünyadan köçmüşdür. Məzarı Fəxri Xiyabandadır.

40-cı illərin axırında «İnqilab və mədəniyyət», «Təbliğatçı» jurnallarının məsul katibi olan Ənvər Əlibəyli 1948-1952-ci illərdə Azərbaycan Yazıçılar İttifaqının orqanı «Ədəbiyyat qəzetinin» redaktoru, 1952-ci ildən ömrünün axırınadək Respublika Radio və Televiziya Verilişləri Komitəsinin sədri vəzifələrində işləmişdir

Onun “Qaranquş” adlı ilk şeirlər kitabı 1947-ci ildə işıq üzü görür. Sonrakı illərdə xeyli kitabı nəşr olunur: “Sənin adınla”, “İlk məhəbbət”, “Dostluq körpüsü”, “Mingəçevir şeirləri”, “Dalğalar arasında”, “Elə xoşbəxtəm ki!”, “Nəğmələr”, “Bir kitab şeir”, “Ürəyimdəsən” və s. 

Azərbaycanım!

Özün kimi vüqarlıdır uca dağların,
Hüsnünə bir yaraşıqdır yaşıl bağların,
Bizimlə bir başlamışdır gözəl çağların,
«Yurdum, yuvan, məckənimsən”, Azərbaycanım,
Al bayraqlı vətənimsən, Azərbaycanım

El bilir ki, tükənməyən sərvətin vardır.
Sinən üstə ağ pambıqlı göy tarlalardır,
Buruqların dənizdə də qatar-qatardır,
«Yurdum, yuvan, məckənimsən”,Azərbaycanım,
Al bayraqlı vətənimsən, Azərbaycanım!

 
Sənə şirin arzum deyim, diləyim deyim,
Havam deyim, suyum deyim, çörəyim deyim,
Sənə kövrək qəlbim deyim,
«Yurdum, yuvan, məckənimsən”, Azərbaycanım,
Al bayraqlı vətənimsən, Azərbaycanım!

 

Реклама