Tag Archives: Azərbaycanda pandemiya

BƏHRAM BAĞIRZADƏ ÜÇ ERMƏNİNİ GÜLMƏKDƏN ÖLDÜRÜB

Стандартный

Mehriban

Azərbaycan millətinin və xalqının dahi aktyoru Bəhram Bağırzadə xəstəxanadan Mehriban Əliyevaya zəng vurub deyib ki, ermənilərin öldürdüyü iki əsgərdən ötrü ürəyini sıxmasın, çünki əsgərin qaydası ölməkdir. Bəhram deyib ki, prezidentimizin və onun birinci xanımının sayəsində millətin sayı gündən-günə artır, ermənilər bizim əsgərlərimizi qırsalar da, qurtaran deyilik. Bəhram deyib ki, Allah rayonlarımıza, kəndlərimizə bərəkət versin, çoxlu oğlan uşağı doğub böyüdürlər, nə qədər qırılsalar da, ordumuz korluq çəkmir.

Mehriban xanım Bəhramın zəngindən çox sevinib. Deyib ki, Bəhram ölsəydi, onu şəhid siyahısına salıb ailəsinə yaxşı bir ev verəcəkdi, indi ki, sağalıb, gərək iki ev verə, çünki bundan sonra gəlib-gedəni, qonaq-qarası çox olacaq. Bəhram Bağırzadə  təşəkkürünü bildirib və elə telefonda Mehriban xanım üçün xudmani bir konsert verib.

Bu əhvalatı eşidən ermənilər çox gülüblər. Hətta üç erməni gülməkdən ölüb. Ancaq siqaret satan və korrupsioner Paşinyan boynuna almır. Deyir ermənilər koronairusdan ölüblər…

Mirzə ƏLİL

12. 07. 2020, Samara

ƏLİ ƏHMƏDOV: DEPUTADO, CASADO… ESTAFADOR…

Стандартный

Əli_Əhmədov

Düzdür, mənim dediklərimə qulaq verən, yazdıqlarımı oxuyan çox azdır, ancaq bu azların da çoxu məni millət düşməni adlandırır. Mən incimirəm, ancaq əslində bəlkə də mən millətin düşməni deyiləm, millət mənim düşmənimdir…

Kim nə deyir, desin, ancaq mənim də öz fikrimi deməyə haqqım var.

İndi mən Ermənistan azərbaycanlılarından danışmaq istəyirəm. Bəziləri üçün azərbaycanlıların Ermənistandan köçürülməsi faciədir. Mən də belə fikirləşirəm. Ancaq nəzərdə ayrı şeyi tuturam. Yəni fikriləşirəm ki, Fəzail Ağamalı kimi bir azərbaycanlının Ermənistandan Azərbaycana gəlməyi faciədir. Xüsusən Salyan və Neftçala üçün, milli parlament üçün. Mən əminəm ki, hər hansı yad millətin nümayəndəsi, lap moltanı özü də Azərbaycan millətinə, xüsusən Salyan və Neftçala əhalisinə Fəzail Ağamalı qədər ziyan vura bilməzdi.

Və belə ermənistanlı azərbaycanlıları görəndə bu fikrə gəlirəm ki, ermənilər bizim tayfadaşlarımıza orda nəsə bir zad eləyiblər ki, sonra bizim  içərimizə salıb bizi yaman günə qoysunlar. Əlbəttə, ermənilər ordakı azərbaycanlıların hamısına zad eləməyiblər. Ancaq bir hissəsinə eləyiblər və həmin hissədən olan azərbaycanlılar indi Azərbaycanı elə hala salıblar ki, hətta Kür də quruyur.

Mən bu günə qədər Əli Əhmədovun kim , nəçi və haralı olduğunu bilmirdim. Təsadüfən bir saytda onun «açıqlaması»nı oxuyan kimi ürəyimə damdı ki, bu insan Ermənistanlıdır və buna da ermənilər nəsə bir zad eləyiblər. vikipediyaya baxdım – elə imiş. Xalis ermənistanlı. Özü də dərədən. Yəni Dərə kəndindən, hərçənd kəndin ermənicə adı Darakandır.

“Qatıqlama”nın adına baxın: «Milli şuranın nə millət, nə də xalq anlayışları ilə əlaqəsinin olmadığını uşaq da bilir»

Bunu baş nazirin müavimi deyir! Bu sayıqlamada arqument yoxdur, məna yoxdur, bu, balkondan balkona iki heyvərənin davasına bənzəyir. Əslində burda bir heyvərə var. O biri qonşu ziyalı və mədəni insan olduğundan davadan qaçır. Heyvərə isə səsinin gur yerinə salıb deyir ki, sənin arvadın belə, qızın belə…

Baş nazirin müavini! Partiya rəhbəri!

Anlayışla nə əlaqə? Hansı uşaq bilir?

Azərbaycanda hər uşaq başqa şeyi bilir. Uşaq bilir ki, hər icra başçısı oğrudur, rayona gələn kimi əlinə ticarət mərkəzi keçirir, bazar keşirir, balıq nohurları qazdırır, aylıq rüşvət yığır, illərlə əhalini minib çapır. Hamısı da YAP-ın üzvü. Hamısı da Əli Əhmədov kimi «Şöhrət» ordenli. Hərdənbir tutulanda da, türkün məsəli, girməkləri ilə çıxmaqları bir olur.

Hanı Cəmil Həsənlinin bazarı, ticarət mərkəzi, balıq nohurları?

Niyə sən Ermənistandan gəlib Azərbaycandı hampazorluq eləyirsən, muğanlı Əli Kərimli evindən qırağa çıxa bilmir? Bu ölkə sizə darakanlı atalarınızdan qalıb?

Sən niyə bu ölkənin əalisini, milləti heyvan sayırsan? Millətin əkini yanır, mal-qara susuzluqdan mələşir, uşaq-muşaq poxuna bələşir, sən də deyirsən ki. 130 ölkə əlahəzrət prezidenti dəstəkləyir. 130 ölkənin daşı sizin kimi rəhbərlərin başına! Utanmırsan?

İndi öz-özümə fikirləşirəm ki, bu ermənistanılının Azərbaycana nə xeyri var? Ət vermir, südü yoxdur, yumurtası yoxdur (toyuq yumurtasını nəzərdə tuturam). Bu adam Azərbaycan büdcəsinə ayda neçəyə başa gəlir? Hələ yəqin çoxlu biznesləri, qazanc yerləri var. Bundan sonra kim deyə bilər ki, bu insan erməni proyekti deyil? Belə ermənistanlıların millətə vurduğu ziyanı heç bir erməni topu, tankı vura bilməz…

Yaxşı deyiblər ki, hər yasın sonu kefdir. Ya da ayrı cür deyiblər. Azərbaycanlılarda adətən yasın ortasında kef başlayır… Nə isə, mən də acıqlı vaxtımda gördüm Əli Əhmədov haqqında Vikipediyada olan əqalənin ispancası da var. İspancaya tərcümə elətdirib!

A zalım oğlu, sən öz adınla Servantesin müqəddəs dilinə də ləkə gətirirsən!

Ancaq məqaləyə baxanda məni gülmək tutdu. Yəni Əli Əhmədov millət vəkili olmayıb, ispanca “deputado” olub. Əli Əhmədov azərbaycanca evlidir, ispanca “casado”…

Mən Vikipediya redaksiyasına müraciət edib Əli Əhmədov haqqında bir söz artırmalarını xahiş etdim:

“Estafador”…

Mirzə ƏLİL

02.07.2020, Samara

AZƏRBAYCANDA ƏSİL AZƏRBAYCANLI BİR MİLYON OLA YA OLMAYA…

Стандартный

1

Möhtərəm prezidenti möhtərəm İlham Əliyev deyib ki, Azərbaycan dünyanın 29 ölkəsinə pandemiya ilə bağlı yardım göstərib. Bunu eşidib böyük qürur hissi duydum,  çox sevindim və hətta ürəyimdən keçdi ki, kaş mən də o 29 ölkədən birində yaşayaydım, onda mənə də o yardımdan düşərdi…

Ancaq antimilli ünsürlər hay-küy salıblar ki, Azərbaycan o yardımı niyə öz vətəndaşlarına göstərmir? Niyə o yardımı aylarla Dağıstanda həbs düşərgəsi həyatı yaşayan azərbaycanlılar almırlar və niyə onlar öz vətənlərinə buraxılmırlar.

Möhtərəm przident isə ürəyinin yumşaqlığından və toleratntlığından qayıdıb demir ki, elə hər Azərbaycanda yaşayanı ya Azərbaycan pasportu olanı azərbaycanlı saymaq olmaz. Prezident demir, ancaq Mirzə Əlil prezidentə dərin sevgisindən onun fikirlərini uzaqdan-uzağa oxuyur və onunla tamamilə razıdır. Yoxlamamış hardan biləsən ki, Dağıstanda həbs düşərgəsinə qatılanlar nə yuvanın quşudurlar?

Özünüz baxın.

“Meydan” adlı antimilli bir televiziyanın Feysbuk səhifəsinə 561 min adam “layk” qoyub. Yəni ki, yarım milyondan çox azərbaycanlı “Meydan”ın antimilli fəaliyyətini bəyənir və dəstəkləyir. Bu adamları əsil azərbaycanlı saymaq olarmı?

Yox, olnaz! 561 min adamı çıxırıq azərbaycanlıların siyahısından!

Antimilli, fikri-zikri Azərbaycanda siyasi və iqtisadi sabitliyi pozmaq olan “Azalıq” radiosunun səhifəsinə 491 mim “layk” qoyulub. Bu layk qoyanları da çıxdaş edirik.

Yarım milyon da belə getdi.

BBC-nin səhifəsinə 335 min layk. Yəni 335 mini də yazırıq qara siyahıya.

“Azadlıq” qəzetini 263 min bəyənir. Rus demişkən, vot, urodı!

Əli Kərimin səhifəsini 229 min adam bəyənir. Yəni 229 min insan Əli Kərimə qoşulub sabitliyi pozmaq, hakimiyyəti ələ keçirmək və Azərbaycanın sərvətlərini talamaq, Londonda, Dubayda əmlak almaq istəyir.

İstəkləri ürəklərində qalsın!

229 min də belə getdi!

Hələ mən YouTube-dakı laykları saymamışam.

Və bütün bu laykları izləsən, görərsən ki, Azərbaycanda əsil azərbaycanlıların sayı bir milyondan çox olmaz. Yəni mən götürürəm yapçıları, gənc yapçıları, yapçı trolları, millət vəkillərini, icra başçılarını, prokurorları, polisləri və s. Onların sayı bir milyonu aşmaz.

Ancaq Azərbaycanda ən saf, ən təmiz vətəndaşlar Bakıda yaşayan ermənilərdir. Çünki onlar heç vaxt gedib “Azadlıq” radiosuna ya Meydan TV-yə layk qoymazlar.

Yalan təvazö nəyə gərək, Mirzə Əlil də özünü əsil azərbaycanlı sayır. Çünki heç vaxt heç bir antimilli mətbu orqanına ya antimilli ünsürün səhifəsinə “layk” qoymaz. Düzdür, mənə şər atanlar var ki, guya qoyuram. Qoyanın da, yalançının da…

Ona görə Azərbaycan prezidentindən şəxsi yardım almağa tam haqqım var.

Bir də istərdim ki, prezident mənə əməkdar artist adı versin. Ölürəm addan ötrü. Mənə deyirlər ki, ay Mirzə, axı sən artist deyilsən, sənə prezident bu adı necə versin. Mən də deyirəm ki, Ramiz Mehdiyev də alim deyil, ancaq prezident onu qoyub akademiyanın prezidenti. Məhərrəm Əliyev hərbçi deyil, prezident onu qoyub baş hərbi müşavir. İndi mənə niyə əməkdar artist adı verməsin.

Verməsə, bəlkə mən də gedib qoşuldum antimilli ünsürlərə…

18.06. 2020, Samara