Tag Archives: Azərbaycan Xalq Cümhuriyyəti hökuməti

16 İYUN 1918 — AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ HÖKUMƏTİ GƏNCƏYƏ KÖÇÜB

Стандартный

 

Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti 1918-ci il mayın 30-da radioqram vasitəsilə Azərbaycanın öz istiqlaliyyətini elan etməsi barədə dünyanın əsas siyasi mərkəzlərinə rəsmi bəyanatlar göndərdi. Həmin radioqramda yeni yaradılmış Hökumətin müvəqqəti olaraq Yelizavetpolda (Gəncə) yerləşdiyi bildirilirdi.
Azərbaycan Milli Şurası və Hökuməti 1918-ci il iyunun 16-da Gəncəyə köçdü. İyunun 17-də Milli Şuranın ikinci iclasında Fətəli xan Xoyski Tiflisdə təşkil etdiyi Hökumətin fəaliyyəti barədə qısaca məlumat verərək Şura üzvlərindən onun Hökumətinin istefasını qəbul etməyi xahiş etdi. Uzun müzakirədən sonra iclas Azərbaycan Milli Şurasının buraxılması, bütün qanunverici və icraedici hakimiyyətin yeni yaradılacaq Azərbaycan Müvəqqəti Hökumətinə verilməsi haqqında iki mühüm qətnamə qəbul etdi. Altı aydan gec olmayaraq Müəssislər Məclisinin çağırılması qərara alındı. Hökumət qalan məsələlərdə bütün səlahiyyətlərindən istifadə etməkdə sərbəst idi.

http://axc.preslib.az/az_a4.html

Building_of_the_first_azerbaijan_republic_1918_at_ganja_aze

Hökumətin Gəncədə fəaliyyət göstərdiyi bina

 

Реклама