Tag Archives: Azərbaycan təyyarəçiləri

FACİƏLİ HƏLAK OLMUŞ PODPOLKOVNİK FƏXRƏDDİN ƏSGƏROVUN DOĞUM GÜNÜ

Стандартный

Fəxrəddin_Əsgərov

Fəxrəddin Əsgərov (d.29 iyun 1974Qazax r.- ö.29 yanvar 2008Xəzər dənizi) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytnantı, Azərbaycan Hərbi Hava Qüvvələrinin zabiti.

Fəxrəddin Əsgərov 1974-cü il 29 iyun tarixində Qazax rayonunda ziyalı ailəsində dünyaya gəlib. Orta təhsilini Qazax rayonunun 2 saylı orta məktəbində alıb. Məktəbi yüksək qiymətlərlə bitirib. Yuxarı siniflərdə oxuyanda könüllü kimi Qarabağ uğrunda gedən döyüşlərdə (Qazax rayonunun kəndlərində) iştirak edib.

1992-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub və elə həmin il müsabiqə yolu ilə seçilərək təhsilini davam etdirmək üçün Türkiyə Respublikası Ali Hərbi Təyyarəçilik məktəbinə (Hava Harp Okulu) göndərilib. 1996-cı ildə ali təhsilini fərqlənmə ilə başa vurur.

Fəxrəddin Əsgərov evli və 2 övlad atası idi.

19962006-cı illərdə Kürdəmir rayonunda yerləşən N saylı hərbi hissədə xidmət edib. Bu dövr ərzində baş təyyarəçi vəzifəsindən hərbi hissə komandiri vəzifəsinə qədər yüksəlib.

20062008-ci illərdə isə başqa bir hərbi hissədə qərərgah rəisi vəzifəsində xidmət etmişdir. Təyyarəçi kimi xidmət etdiyi dövrdə L-39, Su-17Su-25MiQ-29 tipi döyüş təyyarələrini idarə etməyi qısa müddətdə mənimsəyərək ölkəmizin gənc təyyarəçilərinin yetişdirilməsində təlimatçı-təyyarəçi kimi fəal iştirak etmişdir.

10 dekabr 2005-ci il tarixdə 31 yaşında ikən polkovnik-leytenant rütbəsinə yüksəlmişdir. Həmin dövrün ən çox uçuş saatı olan pilotu olmuşdur. Xidmət müddətində 24 iyun 2003-cü il tarixdə «Hərbi xidmətlərə görə» medalı25 iyun 2006-cı il tarixdə  «Hərbi xidmətdə fərqlənməyə görə» III dərəcəli medalla təltif olunmuşdur.

2008-ci il yanvarın 29-da döyüş hazırlığı planı əsasında kapitan Əfqan Aslanovla birlikdə MiQ-29 təyyarəsi ilə, təlimatçı qismində, hava döyüşü uçuşu yerinə yetirərkən təyyarənin Xəzər dənizinin Şuraabad istiqamətinə düşüməsi nəticəsində həlak olurlar. Aparılan axtarışlar nəticəsində digər pilotun nəşi tapılıb dəfn edilir. Lakin Fəxrəddin Əsgərovun nəşi tapılmır. 

Vikipediya