Tag Archives: Azərbaycan qəzeti

«MEYDAN GÜNDƏLİYİ»: 5-7 OKTYABR 1989

Стандартный

adalet_tahirzade

5 oktyabr 1989.

“Kommunist” qəzeti “Azərbaycan Sovet Sosialist Respublikasının suverenliyi haqqında”Azərbaycan SSR-in Konstitusiya Qanununu dərc edib. Bəzi dolaşıq şeylər yazılıb.Qanun 25 sentyabr 1989-dan qüvvəyə minir.

Bu gün respublika Nazirlər Soveti Azərbaycan Xalq Cəbhəsini, axır ki, rəsmən qeydə aldı!

 SƏNƏD

Azərbaycan SSR Nazirlər SovetiQərar ¹ 404 5 oktyabr 1989 Bakı Azərbaycan Xalq Cəbhəsi haqqında Azərbaycan SSR Nazirlər Soveti qərara alır: 1. Azərb. MİK və ASSR XKS-nin 26 may 1932-ci ildə 675 ¹-li qərarla təsdiqlədiyi könüllücəmiyyətlər və birliklər haqqında Əsasnaməyə əsasən Azərbaycan Xalq Cəbhəsinin (AXC)ictimai qurum kimi qeydə alınması haqqında xahişi təmin edilsin.2. AXC təsis konfransının 16 iyul 1989-cu ildə təsdiqlədiyi AXC Nizamnaməsinin layihəsi ilərazılaşılsın, bu layihəyə dair Azərbaycan SSR Nazirlər Sovetinin bildirdiyi irad və təkliflərinqurultayda onun qəbulu zamanı nəzərə alınacağı nəzərdə tutulsun.

  1. Azərbaycan SSR Nazirlər Soveti ilə AXC-nin təsisçiləri arasındakı razılaşmanın mətnitəsdiq edilsin. Azərbaycan SSR NazirlərSovetinin sədriA.Mütəllibov Azərbaycan SSR Nazirlər Sovetinin işlər müdiri M.Nəzərov

 6 oktyabr 1989. Bu gün köşklərdən Sabir Rüstəmxanlının redaktor olduğu “Azərbaycan” qəzetinin ilk nömrəsini aldıq. Qarabağa Xalq Yardımı Komitəsinin qəzetidir. 100 min nüsxədir. Hər iki dildə yazılar verib. Cəsarətli yazılar çoxdur.

 7 oktyabr 1989.“Bakı Şəhər Soveti İcraiyyə Komitəsində  

Bakı şəhərində vəziyyətin normal hala düşdüyünü nəzərə alaraq 1989-cu il oktyabrın 9-danrespublikanın paytaxtında saat 01-dən 05-dək qüvvədə olan qadağan saatı ləğv edilir”.Görəsən, qadağan saatını Bakı ŞS İK tətbiq etmişdi?!.Stepanakert — Şuşa yolunun üstündəki körpünü oktyabrın 6-sına keçən gecə ermənilərpartladıb.

Реклама

15 SENTYABR 1918-Cİ İLDƏ GƏNCƏDƏ «AZƏRBAYCAN» QƏZETİNİN İLK SAYI ÇAPDAN ÇIXIB

Стандартный

 

 ADR hökuməti 1918-ci il 3 iyulunda «Azərbaycan Cümhuriyyəti hökumətinin xəbərləri» adı altında öz rəsmi orqanının dərcinə başlanması haqqında qərar verdi. Beləliklə, «Azərbaycan» qəzetinin parlament orqanı kimi ilk nömrəsi 15 sentyabr 1918-ci il tarixində — Qafqaz İslam Ordusunun Bakını erməni-bolşevik işğalından, zülmündən azad etdiyi gün Gəncədə işıq üzü gördü. İlk redaktorlarından biri Üzeyir bəy Hacıbəyli olub. Qəzet 1919-ci il dekabrın 28-nə qədər Üzeyir bəyin qardaşı Ceyhun bəy Hacıbəylinin imzası ilə çıxıb. O dövrdə nəşrin ərsəyə gəlməsində Ceyhun bəy Hacıbəylinin əməyi və xidmətləri şəksizdir. Azərbaycan Demokratik Respublikasınin süqutundan sonra ölkədən köçmək məcburiyyətində qalan Ceyhun bəy Hacıbəyli öz mühacirlik həyatında da eyni adlı qəzet buraxmağa çalışmış və 1951-ci ildə buna Münxendə (Almaniyada) nail olmuşdu.

Azərbaycan milli mətbuatının yaranmasının 136-cı ildönümü ərəfəsində haqqında ayrıca danışılmasına gərək olan mövzulardan biri də 1918-20-ci illərdə rəsmi «Azərbaycan» qəzetinin işıq üzü görməsidir. Read the rest of this entry