Tag Archives: azərbaycan mahnıları

“ƏKİNÇİ”: AĞACDA OTURUB SƏRÇƏ, NİYƏ UZUNSAN, AY KÜÇƏ…

Стандартный

HƏSƏN BƏY ZƏRDABİ

Məlıumdur ki, hər kəsin mahnıdan xoşu gəlir və bir yaxşı sövtü olan-olmayan da özü mızıldamağa durur. Bu səbəbə mahnı çərəndiyat hesab olunur isə də, çox vacib şeydir,  Ona binaən onun mənasını yaxşılandırmaq səyinə düşmək lazımdır. Hər tayfanın vətəndarlıq və millətin keçmişində olan yaman və yaxşı günlərini şərt edən mahnıları olur ki, bu mahnılar ağızdan-ağıza düşüb milləti birləşdirməyə bais olur. Amma bizim mahnilara baxan gərək təəccüb eləsin ki, xudavənda, onlar kim və nə üçün düzəldib. Onların çoxunun ki, avam çağırır, heç mənası olmur.  Məsələn:

Ağacda oturub sərçə,

Niyə uzunsan, ay küçə?

Sən harda qaldın, ay beçə,

Ey yar, ey yar, ay qaragöz.

Belə çağıranların barəsində deyiblər ki, eşşəyin anqırması özünə xoş gəlir, amma çifayda, eşşək anqıra gəzir və onu belə anqırmaqdan xilas etmək səyinə düşən yoxdur. Bizim kamalllı hesab olunan qardaşlarımız Hafiz ya Sədinin də bu məzmunda şeirlərini oxuyurlar: meyi düsalə və yar çəhardəh və ya məkun təkyə bərmali-dünya və püşt (ikiillik şərab və on dörd yaşında məşuqə və dünya malına bel bağlama) ki, bunlar avam çağıran mahnılardan da yamandır. Avamın ağzına qeyri mahnılar salmaq olur, amma məkun təkyə bərmali-dünya çağıran qadaş vəfat edib öz ağlaşmasını çağırır və onun sağalmasına ümid yoxdur. Belədə yaxşı olurdu ki, bizim şüəralar bir-birini həcv ya mədh etmək əvəzinə zikr olan məzmunda mahnəlar düzəldeydilər ki, onlar ağızdan-ağıza düşüb xalqı nadanlıqdan danalığa (fars sözüdür, “savadlılığa” mənasında – “Ocaq”) təhrik etməyə bais olaydı.

“ƏKİNÇİ”, 1 sentyabr 1877

Реклама