Tag Archives: Azərbaycan-Ermənistan müharibələri

23 NOYABR 1919 — AZƏRBAYCANLA ERMƏNİSTAN ARASINDA SAZİŞ BAĞLANIB

Стандартный

Ismayıl Musayev

Azərbaycan – Ermənistan sazişi və konfransı

http://anl.az/el/q/qarabag_1/q-24.htm

(1919-cu il)

1919-cu ilin noyabrını ermənilərin növbəti fitnələri ilə bağlı fəal və gərgin diplomatik qarşıdurma, habelə müxtəlif səpkili çoxlu yazışmalar, görüşlər və sazişlər ayı kimi də səciyyələndirmək olar. Hələ Zəngəzur məsələsiyenidən kəskinləşənədək tərəflər Bakıda konfrans çağırılmasını razılaşdırmışdılar. 

karabakh-reconciliation-1918

Qarabağ sülh komissiyası, 1918

Bəzi məsləhətləşmələrdən sonra N.Yusifbəyli Paris Sülh konfransındakı Azərbaycan nümayəndə heyətinin üzvü M.N.Hacınski və Gürcüstanın Bakıdakı səfiri Alşibayanın müşayiəti ilə noyabrın 20-də (19-u da göstərilir) Tiflisə gəldi. Noyabrın 20-22-də Azərbaycan və Ermənistan nümayəndə heyətləri (ikinciyə A. Xatisyan başçılıq edirdi) arasında ikitərəfli – birbaşa (ABŞ-ın Qafqazdakı təmsilçisi Reyin təklifi ilə) danışıqlar aparıldı. Müzakirələr Zəngəzurda hərbi əməliyyatların dayandırılması məsələsinin ayrı-ayrı hissələri və əsas müddəalarının ifadə formalarında ciddi fikir ayrılıqları aşkarladı. Belə olduqda tərəflər baş tutmayan konfransın çağırılmasına zəmin yaratmaq və s. məqsədlərlə noyabrın 22-də təkliflərini Reyə verib ondan münsiflik funksiyasını öhdəsinə götürməyi xahiş etdilər. Read the rest of this entry

Реклама