Tag Archives: Azəraycan xalq cümhuriyyətinin sonu

27 APREL 1920 — RUSİYANIN 11-Cİ ORDUSU BAKIYA DAXİL OLUB

Стандартный

В середине апреля 1920 г. части 11 Армии РККА, разбив остатки войск Деникина, подошли к северным границам Азербайджана. Воспользовавшись тем, что Азербайджан перебросил практически все свои войска в Карабах, 27 апреля части 11 Армии перешли азербайджанскую границу и, не встретив существенного сопротивления, 28 апреля вошли в Баку. АДР прекратила существование, и была создана Азербайджанская Советская Социалистическая Республика.

27 aprel 1920 – Bolşevik Rusiyasının 11-ci ordusu Bakıya daxil olub. Bu vaxt Xalq Cümhuriyyətinin ordu hissələri Qarabağda və Gəncəbasarda qiyamçı erməni qüvvələri ilə döyüşdə idi, azsaylı sərhəd qoşunları isə rus ordusuna müqavimət göstərə bilməmişdi. Bolşevik rəhbərliyi – Azərbaycan K(b)P MK və Rusiya K(b)P Qafqaz Diyar Komitəsinin Bakı Bürosu hakimiyyəti təhvil vermək barədə Xalq Cümhuriyyətinin parlamentinə ultimatum verib. Vəziyyəti real dəyərləndirən parlament gərgin müzakirələrdən sonra ultimatumla razılaşıb və axşam saat 23.45-də hakimiyyətin kommunistlərə verilməsi barədə qərar qəbul edilib. Parlamentin qərarında Azərbaycanın istiqlalının və ərazi bütövlüyünün qorunması, Milli Ordunun saxlanılması, siyasi partiyalara fəaliyyət azadlığı, Cümhuriyyətin dövlət xadimlərinə təqiblərin olmaması barədə şərtlər yer almışdı. Lakin bolşeviklər bu şərtlərin heç birini saya salmadı.

Bundan sonra Azərbaycan Sovet Sosialist Respublikası yaradıldı.

Красная_армия_в_Баку,_май_1920_г.

Красная армия в Баку, май 1920 г.

Реклама