Tag Archives: Arzu Nağıyev

ARZU NAĞIYEVİN GÖZÜ DOYDU?

Стандартный

arzu_nağıyev

Bu yaxınlarda əlahəzrət prezident fışdırıq bir söz dedi: “Bunların gözü doymur!” Yəni icra başçılarının, nazirlərin gözü doymur. Prezident beş il, on il, on beş il səbrini basıb gözləyir ki, bunların bəlkə gözü doya, xəzinəni və milləti qarət eləməyələr. Ancaq “bunların” gözü doymur ki, doymur..

Mən belə başa düşdüm ki, Azərbaycan dövlətinin əsas problemi gözü doymuş adamların olmamamığıdır. Belə adamları axı hardan tapasan?

Ancaq əlahəzrət prezidentin həll edə bilmədiyi məsələ yoxdur. Deyəsən, bu məsələni də həll edib. Xeyli gözü doymuş adam tapıb təyin edib korrupsiya ilə mübarizə komissiyasına. Bunlardan biri Arzu Nağıyevdir. Çox təəssüf ki, bu nəcib insanı görmək şərəfi və səadəti Mirzə Əlilə nəsib olmayıb. Ancaq İnternetdə şəkilləri çoxdur. O qədər baxmışam ki, axırda təzyiqim qalxıb üç yüzə…

Şəklinə baxan kimi bilinir ki, gözü doyub…

Bu nəcib insan uzun müddət MTN-də  işləyib, yeddi-səkkiz il Eldar Mahmudovun rəhbərliyi altında. İndi əgər Mahmudov dəyəri 100 milyon dollardan artıq sərvət yığıbsa, bu Arzu cənabalrı yəni 1o milyon da yığa bilməzdi?

Əlbəttə, yaığardı. Daha artıq yığardı.

Bir məsələ var: 10 milyon dollarla göz doyar ya doymaz?

Bu da asılıdır gözdən. Gərək biləsən göz yiyəsi kimdir, haralıdır, qudası kimdir, kürəkəni kimdir.

Naxçıvanlının gözü bəlkə doymaz. Naxçıvanlı 100 milyondan aza qane olmaz. Ancaq bu Arzu Nağıyev tovuzludur. Tovuzluların gözü 8-10 milyonla bəlkə doyar.

Bir sözlə, Arzu Nağıyev korrupsiya ilə mübarizəyə hazırdır. Elə sabah, sabirabadlılar demişkən, təzə “qəssum-şalvarını” geyib gedəcək korupsionerləri ifşa etməyə. Özü də lap yuxarıdan başlayacaq.

Millət vəkili Zeynəb Xanlarovanın parikinə and olsun!

Belə-belə işlər…

Yazının bu yerində fasilə edib hönkür-hönkür ağladım. Çünki vətənimi çox sevirəm və belə abırsız insanların ölkəmi oğruxanaya çevirməyi ürəyimə dağ çəkir…

Zeynəb Xanlarova necə oxuyurdu? “Ay mənim Arzu qızım…”

Arzu Nağıyev elə o mahnı yaşda olar.

Bizim bütn həyatımız və inkişafımız budur…

Deyirlər ki, komissiya üzvlərinə pionerlər kimi and içdirirlər.

“Korrupsiyaya qarşı mübarizəyə hazır ol”

“Həmişə hazıram!”

Yalançının lap….

 

Mirzə ƏLİL

05. 06. 2020, Samara