Tag Archives: Arif Paşayev

MEHRİBAN XANIM, TORPAĞI ÖZÜNÜZ ÖPÜN. LAP GÖZÜNÜZƏ TƏPİN…

Стандартный

Mehriban_Əliyeva

“Qoy Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin!”

Bu cümləni guya Mehriban Əliyeva deyib. Yəni onun adından spiçrayterlər qondarıb yazıblar. Əslində bu sözü Anna Akopyan istehza ilə deyə bilərdi. Çünki bu arzu istehzaya bənzəyir. Elə bil ki. Mehriban Əliyeva hələlik sayı-hesabı bilinməyən itki verən azərbaycanlıları lağa qoyub.

Necə yəni “Qarabağ torpağını öpmək?”

Mehriban xanım haçan hansı torpağı öpüb? Meriban xanım yaxşı bilir ki, nəyi, haranı öpərlər.

Torpaq yaşamaq üçündür.

Mehriban xanımın ailəsindən olan adamlar torpağı alıb-satırlar da. Torpağın harda yaxşısı var, ələ keçirirlər.  İnanmıram ki, Paşayevlər ələ keçirdikləri müəssisələri, torpaqları öpürlər. Ələ keçirirlər və sənəd düzəldib qoyurlar ciblərinə.

Biz hamımız onların cibindəyik.

Bizə ancaq torpağı öpmək qalır.

Qismət olsa.

Hələləlik əsgər və zabitlərimiz qanlarına bələnirlər. Uğrunda öldükləri torpaq düşməndən alınsa, Paşayevlərin və onların qohum-qudalarının əlinə keçəcək.

Ata-anaları yarım hektar, bir hektar yerdə qan-tər içində çalışanları uşaqları indi Məhərrəm Əiyev kimi əldəqayırma harın generalların buyruğu altında canlarını verirlər…

Azərbaycanlılar Bakıda dənizə yaxın düşə bilmirlər. Paşayevər və onların qohum-qudaları dənizin qırağına elə hasarlar tikiblər ki, guya bu dərya onların dədə-babalarından qalıb.

Bakı həndəvərində əlli, altımış ildən bəri koma qaralayıb yaşayan insanlar şəhər qeydiyyatına düşə bilmirlər. Şəhər onu tikənlərə, quranlara, bəzəyənlərə məxsus deyil.

Bəlkə Mehriban xanımın gələcəkdə Qarabağa öpüş turları təşkil eləmək fikri var? Azərbaycanlıları növbə ilə Qarabağın yaxşı bir yerinə aparmaq, torpağı öpdürmək, sonra xarabalarına qaytarmaq…

Yəqin ki, Qarabağ torpağını, əgər bu torpaqlar alınsa, öpmək istəyənlər olacaq. Bəlkə də sütül balaları Qarabağda qanlarına bələnib ölmüş anaların ürəyindən bu keçər. Bu analrın içində Mehriban xanım və onun kimi xanımlar olmayacaq. Çünki “müqəddəs Qarabağ torpağı” uğrunda sadə azərbaycanlı arvadların balaları ölürlər…

Mehriban xanımın atası. əmisi oliqarxdır, atası, əmisi, bacısı akademikdir, bacısının uşaqları, öz uşaqları xırda yaşlarından böyük biznes  sahibidirlər. Və bütün bunlara hakimiyyətdən sui-istifadə nəticəsində yiyələniblər. İndi bu Mehriban xanım balaları erməni gülləsinə tuş gəlmiş analara Qarbağ torpağını öpməyi arzulayır…

Bəlkə özünüz gedib vuruşasınız? Özünüz alasınız və dodaq, yanaq, saç öpməkdən doymusunuzsa, ağzınızı söykəyin torpağa, ürəyiniz bulanana qədər öpün.

Milləti lağa qoyduğunuz bəsdir!

Millətin qanı həm də sizin ucbatınızdan axır!

O torpaqlar, o da siz! Hasara alın, tikanlı məftillə çəpərləyin, öpün, gözünüzə təpin…

Əlinizi millətdən çəkin!

Mirzə ƏLİL

30.09. 2020, Samara