Tag Archives: Aprel şəhidləri

APREL ŞƏHİDLƏRİ:MAYOR TƏBRİZ MUSAZADƏ

Стандартный

Təbriz_Musazadə

Təbriz Tariyel oğlu Musazadə (d. 12 avqust 1981DmanisiGürcüstan — ö. 2 aprel 2016FüzuliAzərbaycan) — Azərbaycan Hərbi Hava Qüvvələrinin mayoru. 2016-cı ildə Aprel döyüşləri zamanı Əbu Bəkir İsmayılov və Urfan Vəlizadə ilə birgə ermənilər tərəfindən vurulan Mi-24 helikopterinin üzvü olub, ölümündən sonra «Azərbaycan Bayrağı» ordeni ilə təltif edilib.

Təbriz Musazadə 1981-ci ilin 12 avqust günündə Gürcüstan Respublikasının Dmanisi rayonunun Yaqublu kəndində Tovuz və Tariyel Musazadələrin ailəsində anadan olub.

Mayor Təbriz Musazadə özündən başqa baş leytenant Əbu Bəkir İsmayılov və mayor Urfan Vəlizadə ilə birgə idarə etdiyi Mi-24 helikopteri ilə 2016-cı ilin aprel ayında AzərbaycanErmənistan təmas xəttində baş verən atışmaya qatıldı. Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı Mi-24 helikopteri ermənilər tərəfindən vuruldu və helikopterdə olan heyət üzvləri qəhrəmancasına şəhid oldu. Onların nəşi aprelin 10-u neytral ərazidən götürüldü.

Aprelin 11-i isə Mi-24 helikopterinin pilotları Təbriz Musazadə, Əbu Bəkir İsmayılov və Urfan Vəlizadə, həmçinin döyüşlərində qəhrəmancasına şəhid olan Xüsusi Təyinatlı Qüvvələrin polkovnik-leytenantı Murad Mirzəyev ilə vida mərasimi baş tutdu. Vi Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidlərin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və şəhidlər uğrunda şəhid olduğu torpağa tapşırıldı.

2016-cı ildə Təbriz Musazadənin ailə üzvləri tərəfindən onun, adını daşıyan Təhsil və İncəsənət Hazırlıq Məktəbi təsis edilib. Mərkəzdə, Təbriz Musazadənin xatirəsinə muzey guşəsi də yaradılıb. Muzeydə onun, şəxsi əşyaları, təltif olunduğu medallar və şəkillər sərgilənir.

VİKİPEDİYA

«APREL ŞƏHİDLƏRİ: BAŞ LEYTENANT RƏŞİD NEHDİYEV

Стандартный

Rəşid_Mehdiyev

Rəşid Rövşən oğlu Mehdiyev (d. 26 iyul 1990SalyanAzərbaycan — ö. 2 aprel 2016Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı. 

Rəşid Mehdiyev 1990-cı ilin 26 iyul günündə Salyan rayonununXələc kəndində anadan olub. Ailənin yeganə oğul övladı olan Rövşən Mehdiyev Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirib.

 

Baş leytenant Rəşid Mehdiyev 2016-cı ilin aprel ayında AzərbaycanErmənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu.

Aprelin 5-i isə Rəşid Mehdiyev doğulduğu Salyan rayonunun Xələc kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və baş leytenant Mehdiyev uğrunda şəhid olduğu torpağa tapşırıldı.

vikipediya

1

ЖЕРТВЫ «АПРЕЛЬСКОЙ ВОЙНЫ»: МАХМУД ИБРАГИМОВ

Стандартный

Mahmud_İbrahimov

Махмуд Азер оглы Ибрагимов родился 3 сентября 1997 года в поселке Мехдиабад Абшеронского района. Родители Махмуда являются уроженцами Джабраильского района.

В армию Махмуд был призван в 2015 году Джабраильским районным комиссариатом. Погиб в ходе так называемых «апрельских боев» в 2016 году в Тертерском направлении. Тело его удалось забрать с нейтральной территории только через неделю.  Похоронили Махмуда Ибрагимова 9 апреля 2016 года в поселке Мехдиабад.

(русский текст – газета «Очаг» Самара) Read the rest of this entry

«APREL ŞƏHİDLƏRİ»: FƏXRƏDDİN QURBANLI

Стандартный

Fəxrəddin_Qurbanlı_(yeni).jpg

Fəxrəddin Seyfəddin oğlu Qurbanlı (d. 13 yanvar 1994BakıAzərbaycan — ö. 2 aprel 2016Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub. Read the rest of this entry

«APREL ŞƏHİDLƏRİ»: AĞCABƏDİLİ ÜLVİN MƏMMƏDOV

Стандартный

Ülvin_Məmmədov.jpg

Ülvin Camaləddin oğlu Məmmədov (d. 1 yanvar 1996LaçınAzərbaycan — ö. 5 aprel 2016TərtərAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub. 3-cü dərəcəli «Hərbi xidmətdə fərqlənməyə görə» medalı ilə təltif olunub.

Ülvin Məmmədov 1 yanvar 1996-cı ildə Laçın rayonunun Qarakeçdi kəndində dünyaya gəlib. Məmmədov 2013-cü ildə Qarakeçdi kənd 1 saylı tam orta məktəbini bitirib və həqiqi hərbi xidmətə çağırılıb. Ülvin Məmmədov dəfələrlə sərbəst güləş üzrə Azərbaycan çempionu olub.

Hərbi xidməti[redaktə | əsas redaktə]

Ülvin Məmmədov 2016-cı ildə AzərbaycanErmənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid olub.

2016-cı ilin 7 aprel tarixində Talış kəndi uğrunda gedən döyüşlərdə şəhid olan Ülvin Məmmədov Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində torpağa tapşırıldı.