Tag Archives: Allahşükür Paşazadə

MEHRİBAN XANIMA: GƏNCİN HƏYATININ ƏN ETİBARLI TƏMİNATI ONU CƏBHƏDƏN YAYINDIRMAQDIR…

Стандартный

Mehriban Əliyeva

«Hər bir Azərbaycan əsgərinin həyatı və sağlamlığı üçün dua edirəm! Uca Tanrı Vətən naminə bu müqəddəs mübarizədə onlara yar olsun! Qarabağ Azərbaycandır!» – bunu Ali baş komandanın arvadı deyib.

Boynuma alım ki, mən də dua eləməyi sevirəm. Əlin-qolun ağrımır, pul xərcləmirsən, ancaq beş-on dəqiqə dua eləyəndən sonra özünə eə gəlir ki, dağı dağ üstünə qoymusan, ac qarınlar doydurmusan, evsizi mənzilli eləmisən.

Burası var ki, duanın elə bir effekti yoxdur. Çox təəssüf ki, belədir. Bunu da öz təcrübəmdən bilirəm. Bu yaxınlarda bir həftə gecə-gündüz dua elədim ki, Nobel mükafatını Allahşükür Paşazadəyə versinlər. Həftənin sonunda mənə vəhy gəldi: “Mirzə Əlil, sən biz bezdirdin, çünki sən bizi vacib işlərdən yayındırırsan, sən Çindəki uyğurlar üçün dua eləmək əvəzinə, lotu şeyx üçün mükafat istəyirsən. Ayıb olsun!”

Bu sözlər elə sərt deyildi ki, bayıldım, yəni özümdən getdim. Ayılanda bilmədim ki, o sözləri yuxuda eşitmişəm, ya elə doğrudan da mənə vəhy olub. Ancaq Alik, yəni Allahşükür mkafat almadı…

İndi gələk Mehriban xanımın dualarına. Ordu müharibə aparır. Ordu da canlı insanlar və texnikadır. Müharibədə əsgərlər yaralanır, ölürlər, texnika sıradan çıxır. Burda duadan çox yaxşı hazırlıq, keyfiyyətli hərbi idarəçilik lazımdır. Həm də gərək komandilrər də heyvan olmayalar, əsgər həyatının qədrini bilələr, vecsiz bir yüksəkliyə yüzlərə insanı qurban verməyələr.

Əsgərin müharibədə sağlamlığı və sağ qalmasının bir vacib şərti də var: əsgəri müharibəyə göndərməmək. Yəni gənci cəbhədən yayındırmaq. Məsələn, Kəmaləddin Heydərovun oğlanları cəbhəyə gedən deyillər. Onlara nə dua?

Deputatların, nazirlərin, çoxlu məmurların, universitet rektorlarının, akademiklərin uşaqlarına nə dua? Cəbhədən yüz kilometrlərlə uzaqda, bəlkə xarici ölkələrdə keflərində. Onlara ölüm yoxdur…

Mehriban xanım, əlbəttə, bunu özü də çox gözəl bilir. Ona görə də öz oğlunu cəbhəyə göndərmir. Niyə də göndərsin ki. Azərbaycanda ölməli o qədər ölməli gənc var ki…

İlahi, kaş bu xanın heç olmasa müharibənin sonuna qədər dinib-danışmayaydı. Eşidirsən, oxuyursan, öz canından bezirsən, öz ölkəndən bezirsən…

İlhahi, kasıb-kusub uşağına rəhmin gəlsin!

Mirzə ƏLİL

14.10. 2020, Samara

“ALİK, DARIXMA, MƏN NOBELİ ALIB VERƏCƏM SƏNƏ…”

Стандартный

Allahşükür Paşazadə

Deyirlər ki, şeyx Allahşükür Paşazadə Nobel sülh mükahatının ona verilmədiyin eşidəndə çox darıxıb.  Hətta, Aynur Camalqızının dediyinə görə, şeyx “göz yaşlarına hakim ola bilməyib”, yəni azərbaycanca desək, ağlayıb. Çalmasıyla gözünün yaşını silib, ancaq çalmanı qaytarıb mübarək başına qoymaq əvəzinə var gücü ilə çırpıb yerə, yəni qədim və nadir xalçaya, katolikosa da şiddətli lənət oxuyub. Sonra müavin hacılardan soruşub ki, hansı kanalda yaxşı şou gedirsə, açın baxaq, halım çox pərişandır. Elə bu anda prezidentdən zəng gəlib. Şeyx Tibo Kurtua cəldliyi ilə ayfonu qapıb qoyub qulağına.

— Cənab prezident, salam!

— Şeyxdir? Alik, salam! Yəqin Nobelə görə darıxmısan. Ürəyini sıxma. Qoy bu erməni texribatına son qoyub Karabaxı işqaldan azad edim, Nobeli də alıb verəcəm sənə. Medalını da alacam, pulunu da alacam Elə bil ki, medalı boynunda, pulu cibindədir. Poka, poka! Vaxtım yoxdur. Burda türklər mənə xəritə öyrədirlər. Poka, Alik!

Şeyx yenə göz yaşlarına hakim ola bilmir. Yəni azərbaycanca desək, ağlayır. Ancaq bu dəfə sevincdən. Müavin hacı şeyxin sakitləşdiyini görüb soruşur:

— Brat, bəlkə şou lazım deyil?

— Necə lazım deyi ə! Müharibədir, stress keçiririk. Bax gör türklərdə yaxşı nə var. Bu Qarabağ bizim ürəyimizi qurtardı…

Mirzə ƏLİL

09.10. 2020, Samara

KÜR QURUYUR: PREZİDENT YANINDA MÜŞAVİRƏ

Стандартный

2

ƏLİYEV: Həzarat! Sizi bura yığmaqda məqsədim Kür çayının durumunu müzakirə etməkdir. Son vaxtlar Kürün quruduğu haqqında mənə məlumatlar gəlir. İndi mən sizdən soruşmaq istəyirəm: Kür niyə quruyur?

SİYAVUŞ NOVRUZOV: Cənab prezident, məlumdur ki, xəyanətkar Xalq Cəbhəsi və Müsavat hakimiyyət başında olanda Kürün suyunu ermənilərə satırdılar. Kür elə o vaxtdan qurumağa başladı. Əli Kərimli indi də altdan-altdan Paşinyana su satır. 

ƏLİYEV: Mən onların ermənilərə benzin satdıqlarını bilirdim, su satdıqlarını indi eşidirəm.

SİYAVUŞ NOVRUZOV: Cənab prezident, Elçibəy benzini ermənilərə satmırdı, havayı verirdi. Kürün suyunu isə satırdı, çünki Ermənistanda Kür suyu yoxdur, ermənilər Kür suyundan ötrü ölürlər.

KƏMALƏDDİN HEYDƏROV: Cənab prezident, Kürdə suyun azalmağının bir səbəbi də balıqların çoxalmağıdır. Biz son illər sizin müdrik rəhbərliyinizlə Kürdə balıqların sayını çox artırmışıq. Balıq da suya həris heyvandır. İçəndə dəvə kimi içir. Ona görə Kürün suyu belə azalıb.

ZAKİR HƏSƏNOV: Cənab prezident, Silahlı qüvvələr istnəliən vaxt, əgər lazım gəlsə, balıqlarla mübarizəyə girişə bilər.

ƏLİYEV: Bu məsələdə zərgər dəqiqliyi ilə işləmək lazımdır. Yəni israfçı balıqları qənaətcil balıqlardan ayırmaq lazımdır.

NƏCMƏDDİN SADIQOV: Я не совсем понял, о чем речь, но Кура паршивая речка, толку от нее никакого.

ƏLİYEV: Sağ ol, Nəcməddin. В целом ты прав. Mən görürəm ki, Mehriban xanımın da sözü var. Buyurun, Mehriban xanım.

MEHRİBAN XANIM: Mən belə düşünürəm ki, Kürün qurumağı heç də fəlakət deyildir. Mən bizim insanlara məsləhət görərdim ki, koka-kola içsinlər, Borjomi içsinlər. Mən indiyəcən Kür suyu içməmişəm, heç bir problemim yoxdur. Mən şəxsən Acaua di Crista Tributo Modigliani içirəm, millətimə də məsləhət görürəm.

ƏLİYEV: Mehriban xanım bunu çox gözəl dedi. Mən də Kür suyu içməmişəm. Mənim də problemim yoxdur. Həzarat, bizim məclisimizdə hörmətli şeyx də iştirtak edir. Əziz şeyx, buyurun, siz də fikrinizi deyin.

ALLAHŞÜKÜR PAŞAZADƏ: Assalamu-aleykum! Əlahəzrət! Qurani-Kərim buyurur ki, insana nə gəlsə, arvaddan gələr. Kürü qurudan arvaddır!

ƏLİYEV: Alik, Allahşükür, sən nə danışırsan, hansı arvad?
ALLAHŞÜKÜR: Cənab prezident, Neftçalada bir arvad xeylağını bələdiyyə üzvü seçiblər. O arvad deputat olandan aləm qarışıb bir-birinə. Dəniz suyu qarışıb Kürün suyuna, Kür başlayıb qurumağa. Əlahəzrət, siz and içmişdiniz ki, nə qədər ki, sağsınız, müxalifət deputat olmayacaq.

ƏLİYEV: Belə şeylər olur, Alik. Mən hərdən Göy Göldə balıq tuturam, bir də gördün baдığın biri torun deşyiyindən çıxıb qaçdı… Bu arvad da yəqin bir deşik tapıb keçib deputatlığa.

ALLAHŞÜKÜR: Əlahəzrət, bu arvad xeylağı Allahın bəlasıdır, şortda gəzir, böyüklərin üzünə ağ olur. O arvad nə qədər ki, deputatdır, bizim çaylarımız quruyacaq, kündəmiz də kütə gedəcək…Vallah, o arvadın fikri məni elə götürüb ki, nə qədər qara atıramsa, yata bilmirəm…

ƏLİYEV: Alik, mən Vilayətə deyərəm, ölçü götürər…

SOĞANBAŞ AQİL ABBAS: Əlahəzrət, canım sizə qurban! Balalarımı ayağınızın altında qurban kəsməyə hazıram! Cənab prezident! Mən uşaq vaxtı bir dəfə qayınatam Məmməd Arazın dalına düşüb getmişdim Salyana, Aşıq Pənaha qonaq. Orda o qədər balıq, kürü yedim ki, gecə yerimə…

 

Müşavirə davam edir…

Mirzə ƏLİL

29. 06. 2020, Samara