Tag Archives: Ağsu rayonu Rəhimli kəndi

19 YANVAR — MİLLİ QƏHRƏMAN ŞAMİL RAMAZANOVUN DOĞUM GÜNÜ

Стандартный

RAMAZANOV

Şamil Ramazanov — Azərbaycanın Milli Qəhrəmanı.

 19 yanvar 1976-cı ildə Ağsu rayonunun Rəhimli kəndində anadan olmuşdur. 1983-1993-cü illərdə burada orta məktəbdə təhsil almışdır. 19 mart 1994-cü ildə Ağsu rayonunda hərbi xidmətə çağırılır. Gəncə şəhərindəki «N» saylı hərbi hissədə təlim keçən Şamil komandirlərin verdiyi tapşırıqları layiqincə yerinə yetirir, tez bir zamanda bütün silahlardan istifadə etməyi öyrənmişdi. 1995-ci il məlum 13-17 mart hadisələri baş verdi, silahlı dəstənin zərərsizləşdirilməsi zamanı cəsur əsgər qəhrəmancasına həlak oldu.

Subay idi.

Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Ramazanov Şamil Ağasəf oğluna ölümündən sonra «Azərbaycanın Milli Qəhrəmanı» adı verilmişdir.

Ağsu rayonunun Rəhimli kəndində dəfn edilmişdir.

Ağsu rayonunun mərkəzi Kinoteatrı qəhrəmanımızın adını daşıyır.

P.S.Öləndə Şamilin cəmi 19 yaşı olub. Təsəvvür edirsiniz? Məktəb uşağı… 19 yaşlı yeniyetməni əslində xüsisi təlim görmüş hərbçilərə aid əməliyyata cəlb ediblər — buna haqq qazandırmaq olarmı?

Biz Şamilin şücaətinin şübhə altına almırıq. Ancaq insan həyatının, həm də gənc, əslində yeniyetmə həyatının bu cür məhviylə barışmaq olmur. Bu ana uşağına «terrroçularla» mübarizə üsullarını haçan öyrətmişdilər?

Daha bir məsələ. Qəhrəmanın adı Ağsu kinoteatrına verilib. Məgər Azərbaycan rayonlarında işləyən kinoteatrlar qalıb?

Реклама