Tag Archives: Adil Fətullayev Moskva

ADİL FƏTULLAYEV, ŞƏHİD ANALARININ AHI SƏNİN BELİNİ QIRSIN!

Стандартный

Mənə Moskvadan Adil Fatullazadə məktub göndərib. Yazır ki, Fuad Abbasovu dəstəkləyir və və Fuad Abbasovun gördüyü iş səngərdə döyüşənlərin edəcəklərindən üstündür.

Yalançının lap…

fuad_abbasov 2.jpg

 

Ay Adil Fətullayev, səni 18-19 yaşlı şəhidlərin ata-ə analarının, bacılarının ahı tutsun, belini sındırsın! Sütül canı verməkdən, ölməkdən vacib nə ola bilər? Sən Moskvada can bəsləyirsən, kasıb-kusub uşaqları cəbhə bölgəsində sinələrini gülləyə verirlər, sən də utanıb-qızarmadan deyirsən ki, bir lotunun, aferistin gördüyü iş onların şəhidliyindən üstündür. Sənə ağır dərd üz versin, Adil Fətullayev, ağır yasa batasan ki, yaslı anaların nə çəkdiyini biləsən!

Arif Fətullayev yazır ki, Fuad Abbasov informasiya müharibəsi aparır. Nə infiornasiya müharibəsidir bu? Hər verilişdə bir ətək pul alıb ermənilərlə xoruz döyüşünə girirdi? Ya deyirdi ki, Azərbaycan ərazisi işğal olunub? Bu kimin üçün informasiyadır? Bunu kim bilmir? Sən bilmirsən vətənin işğall olunub? Oturmusan Moskvada, dalını qızdırırsan, gözləyirsən ki, lerikli, biləsuvarlı, salyanlı, neftçalalı, şamaxılı kənd uşaqları gedib cəbhədə ölsünlər? Torpaq otuz ildri gedib və həmişəlik gedib, çünki sən daban əlli altı qaçıb oturmusan Moskvada. Bəlkə işğaldan Azərbaycanda kiminsə xəbəri yoxdur? Bu, bir az biədəb olan Azərbaycan lətifəsinə bənzəyir. Kar haqqında. Yəni kara paya ilə…zad elədilər, dedi nə çaqqaçuqdur… Ermənilər otuz ildən çoxdur ki, Qarabağda dövlət qururlar, nəinki Qarabağda, hətta Zəngilanda, Qubadlıda bayram nümayişləri keçirirlər. Bundan kimin xəbəri yoxdur? Bu kimin üçün informasiyadır? Bir otuz il də otur Moskvada, bir otuz il də Fuad Abbasov kimi lotular və aferistlər Qarabağ adı ilə milyonlarla pul toplayıb televiziya şoularında ermənilərlə cikkildəşsinlər – bununla sənin topağın qayıdır? Şərəfin, namusun qayıdır?

Fuad Abbasovu sən necə dəstəkləyirsən? Onun dalını yuyursan ya cibinə pul qoyursan? Bəs o pulu sən niyə şəhid ailələrinə göndərmirsən? Niyə aferist Fuada milyonlar yığan Rusiya azərbaycanlıları yeganə oğullarını cəbhədə itirmiş ailələrə kömək eləmirlər?

Sən mənə deyirsən ki, “hansı hüquqla bu yazını yazmışam”. Canını da alıb yazmışam. Mənə yazmaq hüququnu Rusiya qanunları verir. Yoxsa mən Samarada da pul yığan “vor v zakon”lardan icazə almalıyam?

Sən bilirsən ki, Fuad Abbasov Samarada özü kimi bir aferistə video yazdırıb məni “vətən xaini “ adlandırıb?

Sən də Fuad Abbasov kimi Rusiyanı işğalçı sayırsan? Sayırsansa, niyə rədd olub getmirsən? Niyə Fuad Abbasov burdan cırmaqlaya-cırmaqlaya yapımışdı? Milyonlardan əli çıxdı? İndi getsin Azərbaycanda Aqil Abbasın rəhbərliyi altında soğan əksin…

Sən ermənilərlə vuruşmağa hazırsan? Bəs niyə vuruşmursan Moskvada? Sən ermənilərlə harda vuruşmaq istəyirsən? Ya ermənilərlə döyüş elə Rusiya kanallarının şoularında olmalıdır? Ya Qarabağı almaq üçün, idmançı tutduğumuz kimi, başqa ölkələrdən əsgər tutmalıyıq?

Otur yerində, məndən hüquq soruşma, mən sənin ailə üzvün, işçin, kiçiyin deyiləm. Mən Rusiya vətəndaşıyam və qanun çərçivəsində hərəkətdə sərbəstəm. Necə ki, sən Fuad kimilərin dalından öpməkdə sərbəstsən.

Mirzə ƏLİL

01.07. 2019, Samara