Tag Archives: Abbasov Ayaz

ƏSİRLƏR VƏ İTKİNLƏR: AĞDAMLI AYAZ ABBASOV

Стандартный

Abbasov Ayaz Əkbər oğlu

1963-cü ildə Azərbaycan Respublikasının Ağdam şəhərində anadan olub. Ermənilərin Qarabağa hücumları başlayan gündən doğma tor-paqların müdafiəsinə qalxıb. 17 fevral 1992-ci ildə Milli Ordunun əsgərləri ilə birlikdə Xocavənd rayonunun Qaradağlı kəndinə köməyə gəlib. Kənd işğal olunan gün Abbasov Ayaz 17 nəfərlə əsir götürülüb, Xankəndi şəhərinə aparılıb. Həbsxanada ermənilər onlara dəhşətli iş-gəncələr veriblər

Erməni əsirliyindən qayıtmış Xocavənd rayonu Qaradağlı kəhd sakini, Bakı şəhəri, Səbail rayonu Nemanzadə küçəsi ev 17-də yaşayan Hüseynov İlqar Qardaşxan oğlunun dediyinə görə, işğal olunmuş Malıbəy-li kəndində ermənilər onları dizə qədər su doldurulmuş zirzəmidə saxladıqları zaman Abbasov Ayaz orada olub. Sonradan ermənilər Füzulini 4 əsirlə birlikdə harasa, naməlum istiqamətə aparıblar.

Bu faktı Erməni əsirliyindən azad olunmuş Qax rayonu Zəyəm kənd sakini Nadirov Bayram Cahangir oğlu da təsdiq edib.

http://karabakhinfo.com/13457

Реклама