Tag Archives: 20 YANVAR ŞƏHİDLƏRİ

20 YANVAR ŞƏHİDLƏRİ:İLQAR ƏBİLHƏSƏNOV

Стандартный

ilqar_%c9%99bilh%c9%99s%c9%99nov-1

İlqar Əbilhəsənov, 19 avqust 1967-ci il tarixində Bakıda anadan olub.  Ailənin 5 uşağından ən kiçiyi idi. 1984-cü ildə Nəsimi rayonu 42 saylı orta məktəbi bitirib. Read the rest of this entry

20 YANVAR ŞƏHİDLƏRİ: LARİSA MƏMMƏDOVA

Стандартный

Larisa_Məmmədova.jpg

Larisa Məmmədova (azərb. Məmmədova Larisa Fərman qızı) — 20 yanvar şəhidi. Larisa Məmmədova 20 yanvar faciəsinin az yaşlı şəhidlərindən biridir.  Read the rest of this entry

20 YANVAR ŞƏHIDLƏRININ SIYAHISI

Стандартный
20 YANVAR ŞƏHIDLƏRININ SIYAHISI

«20 Yanvar Şəhidi» fəxri adı alanların siyahısı

«20 Yanvar Şəhidi» fəxri adının təsis edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti 31 mart 1998-ci il tarixdə fərman imzalamışdır. 29 dekabr 1998-ci ildə «20 Yanvar şəhidi» fəxri adi haqqında Əsasnamə təsdiq edilmişdir.

1990-cı il yanvarın 20-də kecmiş SSRİ silahlı quvvələrinin Bakıya və respublikanın bir necə rayonuna hərbi təcavuzu zamanı həlak olmuş 147 nəfərə indiyədək «20 Yanvar şəhidi» fəxri adı verilmişdir

Abbasov Sabir Rzaqulu oğlu

Abbasov Zöhrab Heydərəli oğlu Read the rest of this entry

20 YANVAR ŞƏHİDLƏRİ: BAYRAM ƏLİYEV

Стандартный

Bayram_Əliyev.jpg

Bayram Mədət oğlu Əliyev — 20 Yanvar şəhidi.

Bayram Mədət oğlu Əliyev 1950-ci il iyulun 7-də Ermənistan SSR Kalinino rayonunun Qızıldaş kəndində anadan olub. Read the rest of this entry

20 YANVAR ŞƏHİDLƏRİ: İLQAR ƏBÜLHƏSƏNOV

Стандартный

İlqar_Əbilhəsənov

İlqar Əbilhəsənov, 19 avqust 1967-ci il tarixində Bakıda anadan olub. Ailənin 5 uşağından ən kiçiyi idi. 1984-cü ildə Nəsimi rayonu 42 saylı orta məktəbi bitirib. Həmin məktəb bu gün onun adını daşıyır. Məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanır. Atası Yusif Əbilhəsənovun Naxçıvanın daxili işlər naziri olması İlqarı da bu yolla getməyə ilhamlandırıb. Hərbi xidmətdən qayıtdıqdan sonra keçmiş Xalq Təsərrüfatı İnstitutu, indiki Azərbaycan Dövlət İqtisad Universitetinin Əmtəəşünaslıq fakültəsinə daxil olub. Üç il oxuyandan sonra axşam növbəsinə keçib, milis orqanlarında işə düzəlir, oxuya-oxuya işləyir. İki il Oktyabr rayonu polisində serjant kimi fəaliyyət göstərib. V kursda təhsil alan İlqar, növbəsinin bitməyinə lap az qalmış, gecə 24:00 radələrində «Naxçıvan» mehmanxanasının yanında özünəməxsus YU 24—20 nömrəli QAZ-24 maşınından düşərkən avtomatdan atəşə tutulmuş, sonra xəstəxanaya aparılmışdır. Xəstəxanada cərrahiyyə əməliyyatı 5 saat çəkib. 5 saatlıq cərrahiyyə əməliyyatı, əvvəl şam işığında, sonra isə qəzet yandırmaqla aparılmışdır. İlqar Əbilhəsənov, yanvarın 22-də səhər saat 11-də əbədiyyətə qovuşub. Nişanlı idi. Şəhidlər Xiyabanında dəfn olunub.

VİKİPEDİYA

20 YANVAR ŞƏHİDLƏRİ: ƏYYUB ABDULLAYEV

Стандартный

Əyyub_Abdullayev

Əyyub Mahmud oğlu Abdullayev 1967-ci il iyunun 17-də Ermənistan SSR-in Vedi rayonunun Şidli kəndində anadan olub. Subay idi. Bakı soyuducular zavodunda fəhlə işləyib.

O müdhiş gecə saat 12.30-da evdən çıxıb. Valideynləri onu itkin hesab edib. Yada tutulub saxlanan adamların içində olduğuna inanıblar. Əyyub isə həmin gecə həlak olub. Yanvarın 22-də naməlum şəxs kimi Şəhidlər xiyabanında dəfn edilmişdir.

Ancaq martın 11-də naməlum şəhidlərin şəkillərini televiziya ilə göstərərkən məlum olmuşdur ki, Əyyub Şəhidlər xiyabanında uyuyur.

«Naxçıvan» mehmanxanasının yanında həlak olub.

 

20 YANVAR ŞƏHİDİ İBİŞ MƏMMƏDOVUN BU GÜN 55 YAŞI OLARDI

Стандартный

İbiş_Məmmədov.jpg

İbiş Behbud oğlu Məmmədov 13 iyun 1961-ci ildə Ermənistan SSR Qafan rayonunda doğulub.

İki yaşından yetim qalıb.   Ata qayğısı görməyib.

Bakıda fəhlə işləyirdi. 1981-ci ildə, 20 yaşında evlənib. O müdhiş gecə Salyan qazarmasının yanında olub.

Bakı şəhərindəki Şəhidlər xiyabanında dəfn edilib.

Hövsan qəsəbəsində adına küçə var.

20 YANVAR ŞƏHİDİ ABBAS QASIMOVUN BU GÜN 50 YAŞI OLARDI

Стандартный

Abbas_Qasımov_(şəhid)

Abbas Qasımov 1966-cı il iyunun 10-da Ermənistan SSR  Amasiya rayonunun Balıqlı kəndində anadan olmuşdur. Abbasın 3 yaşı olanda atası vəfat edib.

1988-ci ilin aprelində Ermənistandan, dədə-baba yurdundan qovulublar. Köçü gətirəndə Abbas evlərinin əşyalarını yüklədiyi «Kamaz» maşını Gürcüstan istiqamətilə gedərkən aşmış, təsadüf nəticəsində Abbas sağ qalmışdır. Söz var deyərlər, yetim üçün ay da, gün də qaradır. Abbas o təhlükədən sovuşdu, Bakıda isə yağı gülləsinin qurbanı oldu.

Heç yerə işə düzələ bilməmişdi. Günəmuzd fəhləlik edirdi.

2 qardaşı, bir bacısı var. Subay idi.

Həmin gün təxminən gecə saat 12-də bibisi oğlu ilə evdən çıxıb. XI Qızıl Ordu meydanına çatar-çatmaz işıqlar söndürülmüş və hərbçilər dinc əhalini atəşə tutmuşlar. Abbas yaralanmış, təxminən saat 3-də Respublika xəstəxanasına gətirilmiş, 4 saatdan sonra keçinmişdir. O vaxt xəstəxananın işıqları söndürülübmüş. Cərrahiyyə əməliyyatı şam işığında aparılıb.

Şəhidlər xiyabanında dəfn olunub.

vikipediya

 

 

13 NOYABR — 20 YANVAR ŞƏHIDI PROFESSOR MURSAQULOVUN DOĞUM GÜNÜ

Изображение

İsmayıl Həsən oğlu Mursaqulov (1939-1990) — Professor, 20 yanvar şəhidi.

İsmayıl_Mursaqulov

İsmayıl Həsən oğlu Mursaqulov 13 noyabr 1939-cu ildə Gürcüstanın Marneuli rayonunun Qızılhacılı kəndində anadan olmuşdur.

Professor İsmayıl Mursaqulov Sumqayıt Polimer Materialları İnstitutunun ən potensialı və perspektivli şöbə müdirlərindən biri idi.

20 yanvar 1990-cı ildə şəhid olmuşdur. «20 Yanvar şəhidi» fəxri adı verilmişdir. Adına küçə var. Yaşadığı binaya xatirə lövhəsi vurulub.

Onun yetirmələri və övladları indi alimin yolunu uğurla davam etdirirlər. Şəhid alimin özündən sonra üç övladı və çoxlu ardıcılları qalmışdır. Onlar şəhid alimin işini uğurla davam etdirirlər.

1939-cu il noyabrın 23-də [13 rəqəmi] Gürcüstanda anadan olmuşdur. Bakı Dövlət Universitetinin kimya fakültəsini bitirmişdir. Üç oğlu qaldı. Rufat, Rəşad, Azər. Qəzaya uğradıqları maşının sahibi, mərhum professor İbrahim İbrahimovun da oğlanlarının adı Rəşad və Azərdir. Bu, bir təsadüfdürmü? İsmayıl müəllim ailənin ikinci uşağıdır. Və birinci uşaqdan düz on üç il sonra dünyaya gəlib. Öz ikinci uşağının da on üç il nazını çəkə bildi. Yanvarın 24-də Azərbaycan SSR Elmlər Akademiyasının Sumqayıt filialına işə gedərkən Bakı-Sumqayıt yolunun 22-ci kilometrliyində tank yolun kənarında dayanmış «Jiquli» maşının üstündən gəlib keçdi. Beş nəfərin ikisi yerindəcə həlak oldu. 1985-ci ilin 13 sentyabrında Moskvada doktorluq dissertasiyası müdafiə etmişdi. 1990-cı ildə onun partiya sıralarına daxil olduğu da on üç il idi. Şöbəsində on üç işçisi vardı. O biri yoldaşlarından fərqli olaraq professorun qırxı da martın 13-nə düşdü. Rəşid Behbudov küçəsindəki 13 №-li evdə yaşayan anası Parlaq xanım isə bundan xəbər tutmadı.

Professor İsmayıl Mursaqulov Şəhidlər xiyabanında dəfn olunmuşdur.

Yaşadığı binaya xatirə lövhəsi vurulub. Adına küçə var.

Mənbə: VİKİPEDİYA