Tag Archives: Əsir Azərbaycanım

14 YANVAR 1952 — ALMAS İLDIRIM TÜRKİYƏDƏ VƏFAT EDİB

Стандартный

ALMAS

Almas İldırım (tam adı: İldırım Almaszadə) (25 mart 1907, Qala, Bakı – 14 yanvar 1952, Elazığ, Türkiyə) — Azərbaycannın mühacir şairi.

Almas İldırım 1907-ci il mart ayının 25-də Bakının Qala kəndində anadan olmuşdur. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Almas İldırım milli ruhlu əsərlərinə görə və Ramiz bəy nəslinə mənsubluğu onu sovet totalitar rejimi tərəfindən həyata keçirilən cəza tədbirlərinin hədəfinə çevirir. Varlı tacir oğlu olduğuna görə o, Azərbaycan Dövlət Universitetinin şərq ədəbiyyatı fakültəsindən xaric edilmişdir.

1926-cı ildə şair Süleyman Rüstəm ilə birlikdə «Dün bugün» adlı şeir məcmuəsinin müəllifi olur. 1928-də şeirlərində ifadə olunan millətçi ismarıclarına görə Dağıstana sürgün edilir. Sürgündə «Dağlardan xatirələr», «Ləzgi elləri», «Krımda axşamlar», «Səlimxan» və «Günah kimdədir?» adlı şeirlərini yazır. 1930-cu ildə Bakıya qayıdıb «Dağlar səslənərkən» şeirlər məcmuəsini nəşr etdirir. Lakin kitab senzuradan keçməyib şairin Azərbaycan Yazıçılar Birliyindən qovulmasına səbəb olur. Bu dəfə o Türkmənistana sürgün edilir. Orada bir müddət məktəb direktoru vəzifəsində çalışır. Azərbaycandan Aşqabada göndərilən bir QPU agenti (Əkbər Ruhi) öz müşahidələri əsasında belə nəticəyə gəlmişdi ki, «A.İldırım ideolojimiz üçün zərərli bir insandır…». Bundan sonra Türkmənistanda qalmaq Almas İldırım üçün təhlükəli idi və 1933-cü ilin iyun ayında o, yenicə evləndiyi Zivər xanımı və üç aylıq körpəsi Azəri də götürüb İrana doğru istiqamət alan qaçaqçı bir dəvə karvanına qoşulur.

Sərhəd gözətçilərinin və gömrük məmurlarının gözünə görünməmək üçün ən çətin cığırlarla sıldırım qayalar ötüb, uca dağlar aşdıqdan sonra böyük məşəqqətlə İran torpağına çatırlar. Almas İldırım dərhal həbs olunur. 25 gün dustaqda qalır. Onu bolşevik casusu hesab edərək işgəncə verir, istədikləri məlumatı qoparmaq üçün sinəsinə qədər soyuq suyun içərisində saxlayırlar. Bu işgəncə şairin səhhətində dərin izlər qoyur. O, sağalmaz böyrək xəstəliyinə mübtəla olur. Nəhayət, azad edilib Məşhəd şəhərinə göndərilir. Burada ürəyincə iş tapa bilməyən Almas İldırım çox yoxsul, acınacaqlı həyat sürür.

Almas İldırım İranda qala bilməyib tezliklə Türkiyəyə gedir. 1934-cü ildə Almas İldırım Türkiyə vətəndaşlığına qəbul edildi. Almas İldırım Türkiyədə katibliklə, kargüzarlıqla məşğul olur, ibtidai məktəbdə dərs deyir. Ömrünün təqribən 12 ilini isə o, yaradıcılığını davam etdirməklə yanaşı müxtəlif ölkələrdə bucaq müdirliyində (qəsəbə bələdiyyəsində) çalışmışdır. 1952-ci ilin 14 yanvarında böyrək xəstəliyindən vəfat edən Almas İldırımın Azər, Araz, Orxan və Bakıxan adlı dörd oğlu olmuşdur. Bakının Şüvəlan kəndində, Almas İldırımın adını daşıyan küçə vardır.

1991-cü ildə şairin oğlu Azərbaycana baş çəkərkən qəflətən vəfat edir və Abşeronun Şüvəlan kəndində dəfn olunur.

Əsir Azərbaycanım

Nеrdə məni gül qоynunda dоğuran,
Хəmirimi göz yaşıyla yоğuran,
Bеşiyimdə “layla balam” çağıran,
Azərbaycan, mənim baхtsız anam оy,
Nеçə bir il həsrətinlə yanam, оy?..

Salam dеsəm, ruzgar alıb götürsə,
Ağrı dağdan Alagözə ötürsə,
Gur səsimi göy Хəzərə yеtirsə,
Хəzər cоşub zəncirini qırar оy!..
Hökm еtsə, bu sərsəm gеdiş dursa оy!..

Хəbər alsam Muğanımdan, Milimdən,
Nazlı Bakım, о nеft qохan gülümdən,
Kim dеmiş ki, düşmüş adı dilimdən,
Azərbaycan, mənim еşsiz yurdum оy!..
Ölməz еşqim, içimdəki dərdim оy!

Könlümə tək Kəbə yapdım səni mən,
Sənsiz nеdəm qürbət еldə günü mən,
Sənsiz nеdəm Allahı mən, dini mən,
Azərbaycan, mənim tacım, taхtım оy!
Оyanmazmı kоr оlası baхtım оy?!