Ürəyim əsə-əsə dövlət komitəsinə müraciət edirəm!
Nə gizlədim, hansı adda “dövlət” sözü varsa, hər eşidəndə ürəyim əsir!
Hərdən öz-özümə fikirləşirəm ki, niyə mənin adım oldu Mirzə Əlil? Kaş mənim adım olaydı… Məsələn, olaydı Dövlətalı… Bəlkə bu adla taleyim də ayrı cür olardı.
Ancaq başa düşürəm ki, mənə Dövlətalı adı qoya bilməzdilər. Çünki bizim kənddə Dövlətalı adlı bir kişi vardı. Bizim kənddə də başqasının adını götürəndə dava düşürdü. O qədər davalar olub ki, o qədər başlar yarılıb ki ad üstündə… İndi də neçə adam qanlı-bıçaqlıdır…
Dövlətalı da atıb-vuran kişi idi. Düzdür, mənim ağlım kəsən vaxtlar kənddən çıxmışdı, ancaq hərdən gəlib-gedirdi. Bir dəfə bu rəhmətlik kənd yoluyla gedir, mən də bunun dalınca gedirəm məktəbə. Yolda rəhmətlik Gözəl kişi bunu saxlayıb soruşdu ki, “Dövlət, necəsən?» Dövlətalı kişi dayanıb əlindəkiləri qoydu yerə və acıqla dedi: “Necə olacam? İstəyirən dayandoldurumu götürəm, arvad-uşağı qıram…”
Allah, sən saxla…
Mən hərdən prezidentə müraciət edib icazə almaq istəyirəm ki, adıma “Dövlət” sözünü əlavə edim və olum “Dövlətəlil”… Bilmirəm icazə verər ya verməz. Özü də indi acıqlıdır. Rayon başçıları etimadını doğrultmayıblar, oğurluq eləyibələr. Deyirlər ki, prezident baxıb keçmiş ofisiant və Biləsuvarın keçmiş başçısı Mahir Quliyevin şəklinə, yanğılı-yanğılı deyib: “Ah, sənə güvəndiyim dağlar…”
Hörmətli və əziz Dövlət komityəsi! Ürəyim əsə-əsə keçirəm mahiyyətə.
Bildiyiniz ki, Rusiyada yaşayan azərbaycanlılar YouTube-da kanallar açıblar və gecə-gündüz efirə çıxırlar.Bu münasibətlə bir neçə problem yaranıb.
Birincisi, bunlar arvadlarının yanına getmirlər və arvadları qalıblar başılovlu, Putinə məktub yazırlar, xahiş edirlər ki, ərlərini kamera qabağından qoparıb evlərinə qaytarsın. Sonda arvadlar yazırlar: «Yoxsa biz özümüzə cavabdeh deyilik!»
İkinci problem odur ki, bu təzə doğulmuş əlli-altmış yaşlı bu televiziya ulduzlarının verilişlərinə üzdəniraq qonşularımz, yəni ermənilər də baxırlar və bizə gülürlər.Yəni bunların savadsızlığı, heyvərəliyi, heyvanlığı erməniləri bizim millətiə güldürür. Bu qırışmallar deyirlər ki, guya Mirzə Əlil erməniləri azərbaycanlılara güldürür. Yalançının lap… Qurban olasınız dövlət komitəsinə, yoxsa demişdim… Mirzə Əlil televizora çıxmır axı erməniləri də güldürə…
Deyilənlərə görə, bu günlərdə iki erməni Ramiz Mikayılova və Elsevər Məmmədova baxa-baxa o qədər gülüblər ki, axırda qarınları partlayıb. Elsevər Məmmədov hətta Bakıya məktub yazıb Zakir Həsənovdan tələb edib ki, ona “İgidliyə görə” medalı versin. Zakir müəllim cavab verib ki, əyə, qələt eləmə, ermənilər koronavirusdan ölüblər…
Hörmətli Dövlət komitəsi!
Mirzə Əlil (Dövlətəlil) sizdən acizanə xahiş edir ki, bunların verilişlərini bağlatdırasınız, ya da bunları heyvanlıq səviyyəsindən qaldırmaq üçün Bakıda kurs açasınız…Bəlkə döyə-döyə bunlara bir abır-həya öyrədəsiniz…
Qorkinin bir İtaliya nağılı var. Yerli qadının eybəcər uşağına baxan xaricilərdən biri nə isə deyir. Ana həmin sözləri yadında saxlayır və dil bilən birinin yanına gedib onların mənasını soruşur. Dilbilən tərcümə edir: “Они значат: Италия вымирает впереди всех романских рас”. Yəni İtaliya bütün Roma irqlərindən qabaq məhv olub gedir”.
Səhəri gün eybəcər uşaq ölür…
Bəlkə də ana öz uşağını öldürür…
Yəni İtaliyanın şərəfi bu sadə arvad üçün oğlunun canından əziz olur.
İnd özünüz fikirləşin…
Mirzə ƏLİL (Dövlətəlil)
19.05. 2020. Samara
Для отправки комментария необходимо войти на сайт.