Tag Archives: старая Гянджа

“ƏKİNÇİ: AXALQALAKDA AZƏRBAYCANLILAR OĞURLUĞU ZURNA-QAVALLA ELƏYİRLƏR

Стандартный

Ermənilərin “Mşak” qəzetinə Axalqalak şəhərindən yazırlar ki, müsəlmanlar oğurluğu zurna-qabal ilə eləyirlər.Bir dəstə adam gəlin aparırıq deyibən yola çıxıb gedib-gələni soyurlar.

===================================

“Tifflisski vestnik” qəzeti yazır ki, bu halda Tiflis və İrəvan quberniyalarında bir neçə qaçaq dəstəsi var. İskəndərin dəstəsində 10, kor İsmayılın dəstəsində 8, mehrəlinin dəstəsində 7 adam. Obdan masəva deyirlər ki, bir neçə dəstə Osmanlı sərhəddindən təzədən keçib. Bu yavuq zamanda Tiflis  şəhərinin yanında bir karvandan ki, orada 115 dəvə və 100 at var imiş, 15 dəvə və 20 at yük ilə belə qovub aparıblar.

====================

Padşahi-imperaturi-əzəmi-Rus hökm edib ki, Krım müsəlmanlarından qaçıb Osmanlıya gedən geri qayıtsa, onlara mane olmasınlar.

==============================

Gəncədən “Tifflisski vestnik” qəzetinə yazırlar ki, keçən sentyabrın 23-də şəhərin milləti bağında Osmanlı slavyanları üçün pul yığmaqdan ötrü gəzmək qayırmışdılar. Orada çox müsəlman var idi, onlar çox pul verdilər. Məsələn, Hacı Abbas Allahverdi oğlu bağa girməkdən ötrü altı şahı əvəzinə 10 manat verdi. Cümlətanı 556 manat cəm olub.

Елисаветполь. Вокзал. 1891 г.

===================================

Tiflisdə təzə ildən gürcü dilində “İberiya” adlı qəzet çap olunacaq.

==================================

“Kavkaz” qəzeti yazır ki, Qafqazda qeyri-tayfaları xristian etməkdən ötrü bina olan icma keçən il Abxaziya və Osetiyadan 450 adamı xristian edib.

==========================================

Gələn həftə Badkubənin klubunda Osmanlı slavyanları üçün teatr çıxaradacaqlar.

===============================

Bu oktyabr ayının 2-də Badkubənin məhbusxanasından dustaqlar qaçıblar.  5 adam indiyəcən tapılmayıb.

 

“ƏKİNÇİ”, 8 oktyabr 1876

__________________________________________________________

Реклама