Tag Archives: Əvəz Zeynallı

АВАЗ ЗЕЙНАЛЛЫ ПРИГЛАШАЕТ ЖИВОТНЫХ: «У РОССИИ НЕТ ИСТОРИИ…»

Стандартный

Азербайджанский ютубер Аваз Зейналлы запустил новую программу. Называется она «Дадим слово животным!». Прекрасная инициатива! Когда в стране и мире такие бурные события происходят, надо прислушиваться и к мнению наших братьев меньших. Посмотрел один выпуск и хочу поделиться своими впечатлениями. Заранее скажу: я был поражен высоким интеллектуалом очередного приглашенного животного. Кстати, зовут его практически как человека Кямран Гасанлы. А поразил он меня объемом и глубиной своих знаний по истории и по литературе. Вот что говорил(о) это животное:

«Россия ослаблена на 70 процентов! (Тут видно, что это животное хорошо разбирается в математике) Россия теряет свою исторический концепт. России не на что опираться, у нее нет истории… То же самое и с литературой…»

Тут своего зоологического гостя поддержал гуру Аваз Зейналлы:

«Я где-то, не помню где, кажется, в Таза Базаре, слышал, что «Слово о полку Игорево» написано тюрками».

Животное: «Мо… Мо… Конечно, тюрками… От начала до конца этот эпос написан кипчаками…»

Дальше Камран Гасанлы сообщил о том, что «Войну и мир» написали хазары. А роман «Преступление и наказание» сочинил туркмен Махтимкули, а Достоевский рукопись выиграл у него, когда играли в карты… «Евгений Онегин» сочинен одним узбеком, который продал свой роман Пушкину, а Пушкин сделал ему вид на жительство в России… Балет «Лебединое озеро» написал тоже туркмен, а так как туркменки не захотели выходить на сцену голыми, он продал партитуру Чайковскому, взамен получив два мешка муки, один мешок сахара… Петер Первый был азербайджанцем. И второй тоже. Третий был азербайджанцем только по отцу…

Ах, эти животные…Ах, родина моя! Как далеки твои камни! А то разбил бы собственную голову, ибо больше нет сил терпеть все эти мерзости…

Мрза АЛИЛ

16.02. 2022, Самара

ƏVƏZ ZEYNALLI HEYVANLARA SÖZ VERDİ: «RUSİYANIN TARİXİ YOXDUR…»

Стандартный

Əvəz Zeynallı yeni proqram açıb: “Heyvanlara da söz verək”. Gözəl təşəbbüsdür. Heyvanlara nəcib və humanist münasibətin ifadəsiir. Verilişin növbəti buraxılışına Qırmızı kitaba salınmış çox nadir növə məxsus bir heyvan Kamran Həsənli dəvət olunmuşdu. Bu heyvan tarix, xüsusən Rusiya rtarixi sahəsindəki bilikləri ilə yəqin ki, bütün tamaşıçaları valeh elədi.

Bu intellektual heyvana qulaq asın: “Rusiya yetmiş faiz zəifləyib… Rusiya tarixini itirir… Rusiya öz tarixi konseptini itirir… Rusiyanın tarixi heç şeyə, heç nəyə dayanmır… Rusiyanın tarixi yoxdur…»

Əvəz Zeynallı: Doğrudur, Rusiyanın bir qram tarixi yoxdur… Ədəbiyyatı da yoxdur. “İqor polku haqqında dastan” rus dastanı deyil, türk dastanıdır…

Kamran Həsənli: Bəli, bu dastan başdan-ayağa qıpçaq dilində yazılıb…

Əvəz Zenallının özü demişkən, bu hayvan çok güzel söyledi! İyi, iyi! “Hərb və sülh” romanını da qıpçaqlar yazıblar. “Cinayət və cəzanı” türkmən Mehtimqulu yazıb, ancaq əlyazmasını kartda uduzub Dostoyevskiyə. “Yevgeni Onegini” bir özbək yazıb, bağışlayıb Puşkinə, Puşkin ona vətəndaşlıq düzəldib. “Sonalar gölü” baletini də türkmən yazıb, türkmən qızları çılpaq səhnəyə çxmaq istəməyib, o da baleti bağışlayıb Çaykovskiyə, əvəzində iki kisə un, bir kisə qənd alıb, çünki türkmən mağazalarında qənd-çay, un yox imiş… Birinci Pyotr azərbaycanlı olub. İkinci Pyotr da..Üçüncü də…

Ah, bu hayvanlar… Ah, mənim vətənim! Çox şeyini istəmrəm, daşından-kəsəyindən burda olsaydı, birini çırpardım başıma, çünki səndəki rəzalətləri görməyə halım qalmayıb…

Mirzə ƏLİL

16. 02. 2022, Samara

HƏR OXUYAN MOLLA PƏNAH, HƏR TÖVLƏDƏ DOĞULAN PEYĞƏMBƏR OLMAZ…

Стандартный

 

Millət vəkili (hansı millətin vəkili olduğu məlum deyil, Azərbaycan milləti öz xoşuna beləsini vəkil eləməz- M.Ə.) Etibar Əliyev virdə dəvə kimi qızaraq Ramiz Mehdiyevin hansı  orqanınısa iplə ölçmək istəyib, Xural TV-ni də “tövlə” adlandırıb. Marksist-leninçi-əliyevçi akademik Mehdiyev deyib ki, Etibar, get sən lotu yoldaşlarının orqanını ölç, mənim orqanın  çoxdan ölçülüb…

Əvəz Zeynallı isə naməlum millətin vəkilinin cavabını daha sərt verib, deyib ki, Xural TV tövlə deyil, Azərbaycan xalqının sitayiş etdiyi məbəddir, tövlə Etibar Əliyevin doğulduğu evdir, mandat alıb oturduğu yerdir. Qəzəbi artdıqca Əvəz Zeynallı keçib ana dilinə:

“Bu boğa bir ahırda doğdu! Ben kendim buna şahidim! Ailesi de bir ahırda hamile kaldı! Ben kendim buna şahidim. O vekil değil, buzağıdır, başka bir şey diyemem!”…

Əvəz Zeynallıya inanmamağa əsasımız yoxdur. Ona bütün türk dünyası inanır. Görünür, doğrudan da Etibar Əliyev tövlədə doğulub və özü də danadır…

İndiyəcən bəşəriyyət tövlədə doğulmuş bir kəsi tanıyır: müsəlmanların peyğəmbər, xristianların Tanrı bildiyi İsa. Ancaq hər oxuyan Molla Pənah olmadığı kimi, hər tövlədə doğulan da peyğəmbər olmaz…

 

Mirzə ƏLİL

11.02. 2022, Samara

XURAL TV-DƏ AKADEMİK SÖHBƏTLƏR

Стандартный

Əvəz ZEYNALLI: Celal efendi, son zamanlar bizim bu akademidən çoklu konuşmalar var. Men kenimden soruşuram: niyə bizim elmimiz bu kadar geridir? Bizim gözəl türk millətimizi elmdə birinci olmağa qoymuyan kimlərdir əcaba? Axı türkün kafası yer üzündə bütün millətlərin kafasından yekə  ve aynı zamanda tutumludur. Men sizə bir olay danışım. Mən Türkiyede okuyurken orda bele bir etkinlik baş verdi. Bir türk çocuğu, cekkiz-doqquz yaşında, adi bir türk yavrusu. Şimdi görün, efendim, bu çocuq neylər. Bu körpə girer NASA-nın akkauntuna, bu akkauntda şifrələrin hamısını açar, sonra Amerikanın en önemli bir peykini Amerikanın orbitinden çıkarar, fırladar bu peyki, hərlədər, sonra salar öz məhəllələrinin orbitinə. NASA-da hamı bir-birinə dəyər, bu peyki altı ay axtararlar, altı aydan sonra yerini öyrənərlər. O körpənin, efendim, babasına, annesine bir milyon dollar verirlər, özünü də aparırlar Amerikaya, NASA-ya.

Sərdar CƏLALOĞLU: Əvəz bəy, siz çox gözəl əhvalat danışdınız. Ancaq mən təəccüblənmədim. Niyə? Çünki yer üzündə türk intellektinə bərabər intellekt yoxdur. Siz Qurbanqulu Berdımhəmmədova baxın. Bu insan təkcə bitkilərdən iyirmi kitab yazıb. Özü ilk türkmən peykinun modelini yradıb, indi o peyk uçmaqdadır. Gecələr balkondan özüm türkmən peykinə baxıb qürrə duyuram. Peykin içində iki türkmən qardaşımız da oturub, mənə bir neçə dəfə əl eləyiblər. İndi mən sizə başqa bir əhvalat danışmaq istyəyirəm. Siz bilirsiniz ki, akademik Pavlov şərti refleksləri öyrənəndə itin bir vəzisindən şirə alıb. Amma bizim Naxçıvanın Danabaş kəndindən olan fizioloq itin dörd vəzisindən şirə alıb.

Əvəz ZEYNALLI: Eləmi, efendim? Güzel, çok güzel!

Sərdar CƏLALOĞLU: Bəli, Əvəz bəy. Bizim danıbaşlı hər itdən bir vedrə şirə yığırmış…Ancaq biz türkləri dünyada sevmirlər, çünki qorxurlar. Pavlova bir vəziyə görə Nobel mükafatı verdilər, bizim danabaşl iti əməlli-başlı sağdı, ona heç nə vermədilər… O ki qaldı NASA-ya, Əəz bəy, NASA-nı Amerikada yaşayan türklər yaradıblar. “NASA” əslində “NƏSƏ”-dir, yəni göydə nəsə var, biz onu öyrənirik. Bu sözü tərsinə oxuyanda olur “ASAN”, yəni türklər o qədər zehnlidilər ki, sözün üzünü də, astarını da  görürlər…

Əvəz ZEYNALLI: Ben heyret içinde bulunuram, Celal efendim. Çok güzel, çok razıyam sizdən. İyi akşamlar!

Mirzə ƏLİL

28.01. 2022, Samara

ƏFSANƏVİ KƏŞFİYYATÇI ELMAR ALLAHVERDİYEVİN YEREVAN ƏMƏLİYYATI

Стандартный

                     Şukşin, Allah sənə rəhmət eləsin!

XURAL TV studiyasında Əvəz Zeynallı və Elmar Allahverdiyev

— Sayın dinleyicilər, bu gün qonağımız əfsanəvi kəşfiyyatçı Elmar Allahverdiyevdir. Elmar paşa bu gün bizə sensasion bir olay danışmağa kararlıdır. Elmar paşa, xoş gördük sizi.

— Sağ olasan, Əvəz məllim. Dədə, bu iş belə olufdu. Bir dəfə əlahəzrət prezidentimiz, Ali baş komandan çağırdı məni yanına. Dedi ki, Elmar, saa bir tapşırığım var. Dedi bu Paşinyan oğrac Şuşada yallı gedəndən mənim iştahım küsüb, yeyif-içə bilmirəm, arvadla tez-tez dalaşıram. Sən gərək gedib onu öldürəsən. Eliyə bilsən, sənə medal verəjəm, beş min manat da dollar.

Dedim cənab prezident, mənim bu canım saa qurbandır. Tapşırığını yerinə yetirməsəm mən heç kişi dəyiləm. Bunu diyəndə prezident məni qujaxlyıb öpdü.

Ordan məni apardılar baş qərargaha. Dedilər ki, səni Bayrakdarla atajıyıx Yerevana. Sənə də kağız-kuğuz verəjiyik ki, guya sən akademik Aqanbeqyansan, Moskvadan Putinin tapşırığıyla gəlmisən Paşinyanla görüşməyə.

— Elmar paşa, men çaşqınlıq haletiunde bulunuram. Məgər akademik Aqanbeqyan çoxdan ölmədimi?

— Əvəz bəy, ölən ata Aqanbeqyandır. Oğlu var, o da akademikdir. Mənə dedilər ki, mən Aqanbeqyana elə oxşuyıram ki, elə bil əkiz qardaşıyam.

— Beləmi, efendim? Pek iyi, devam edin.

— Bəli, məni Bayrakdara qoyub uçurtdular, Yerevan yaxınlığında paraşutla tullandım. Əyin-başımı, qəssumumu, qalstuxumu səliqəyə salıb getdim birbaş Paşinyanın sarayının qabağına. Kağızları portfeldən çıxarıf göstərdim, hamısı qabağımda farağat durdu. Dedilər Paşinyan Yerevanda yoxdur, yenə Qarabağa gedib, bu gejəni qal oteldə, sabah gələjək.

Məni apardılar Yerevanın beşulduz otelinə. Hamı əlimə-ayağıma keçir, hamı qulluğumda, dolma gətirirlər, lavaş gətirirlər, konyak gətirirlər. Sonra iki xanım da gətirdilər ki, deyirsən hər ikisi Kardaşyandır.

— Paşam, bəlkə o xanımlar elə Kardaşyan bacılarıymış?

— Ola bilər. Mənnən ingiliscə danışırdılar. Mən də işlərni görüb buraxdım.

— Eləmi, paşam?

— Bə nəə? İşlərini görməsəydim, başa düşərdilər mən Aqanbeqyan deyiləm, əfsanəvi Azərbaycan kəşfiyyatçısıyam.

Nə başını ağrıdım, dədə, savax olcax məni apardılar Paşinyanın yanına, saldılar onun kabinetinə, bizi tək qoydular. Çünki Putunun adından yazılmıışdı biz gərək təkbətək söhbət eliyək. Paşinyan məni qujaxlamax, öpüb-yalamax…Dedim, kirvə, otur yerində söhbətimizi eliyək. Oturan kimi pistoleti çıxartdım…

— Paşam, pistoleti nece keçirdin saraya?

— Dədə, mən əfsanəvi kəşfiyyatçı deyiləmmi? Pistolet mənim dalımdaydı.

— Dal cinbinizdemi?

— Yox, dalımda. Yəni soxmuşdum dalıma… Ayıb olmasın…

— Anladın sizi, paşam. İyi, iyi, pek iyi!

— Hə, dədə, pistoleti çıxarıb tuşladım bu oğraca. Birini atdım, yıxılmadı, ikisini atdım, üçünü atdım… Hamısını atdım, dədə. Anjax bu oğrac yıxılmır.

— Elemi, paşam? Ben bunu anlamıyorum! Kafama girmiyor!

—  Dədə, niyə anlamıyorsun? Sən demə pistoletə boş güllələri qoyublar Bakıda.

— Kim qoyub, efendim? Belə bir işmi olar?

— Dədə, xainlər eliyif bunu, xainler. Baş qərargahda xain olub, pistoletimə boş güllələri doldurub… İstədim bu oğracı əllərimlə boğam. Əlimi bu murdara bulamaq istəmədim. Tüfürüb çıxdım ordan…

— Paşam, ordan necə çıxa bildiniz? Mən heyrətdə bulunuram!

— Dədə, niyə bulunursan? Mən əfsanəvi kəşfiyyatçı deyiləmmi? Ancaq necə çıxmağım sirrdir. Hərbi sirr. Cənab prezidentimizə söz vermişəm ki, Yerevanı almayınca bu sirri heç kimə aşmıyım.

— Prezident beş min manat dolları verdimi?

— Çox verdi, dədə. On min verdi. Ancaq indiyəjən xajalat çəkirəm ki, o oğrajı öldürə bilmədim.

— Elmar paşa, pistoletinə boş güllə qoyanı tapdılarmı?

— Axtarırlar, Əvəz bəy. Tafajaxlar. Onun üzünə tüfürməsəm kişi deyiləm, cinsi azlığam, Əvəz bəy…

Mirzə Əlil

14.01. 2022

ƏVƏZ ƏFƏNDİ, «KÖTÜ» DEYƏNDƏ QABAĞINA «TÜRKÜN MƏSƏLİ» QOY…

Стандартный

Mənim xarici dil öyrənməyə qabiliyyətim yoxdur, yəqin yaddaşımım zəiflyindən və kütlüyümdəndir. İngiliscə bircə “futbol sözünü” bilirəm. Bir söz də türkcə biilirəm: “İyi”. Ya da “eyi”. Bu sözü Mirzə Cəlilin felyetonundan öyrənmişəm. Qatmalının biri Mirzəyə ilişir ki, biz gərək osmanlıca danıışaq, əsl dil osmanlı dilidir, biz gərək “yaxşı” deməyək, “iyi” deyək. Mirzə Cəlil də yan-yərəsində danışanlara  qulaq verir, görür ki, millətdə “iyi” deyən yoxdur, hamı elə “yaxşı” deyir. Onda üzünü tutur həmn o qatmalıya, deyir ki, mən bir şərtlə “iyi” deyərəm: sən gərək əvvəl mənə bir yer göstərəsən, mən aparıb “millətimin” yaxşı sözünü aparıb ora tullayım…

Bilənlər bilirlər, mən xalqımızın dahi oğlu, fenomenal nasir, fundamental tədqiqatçı, haqq aşiqi  Əvəz Zeynallını fanatıyam.You Tube-da ayrı heç nəyə baxmıram, elə Əvəz Zeynallıya baxıram. Rusların məsəli var: böyük gəmi gərək böyük dəryalarda üzə. İndi əvəzsiz Əvəz Zeynallı da böyük dəryalara çıxıb, oturub İstanbulda, ordan bütün türk dünyasını maarifləndirir. İndi mən osmanlının dilini bilmədyimə çox təəssüflənirəm. Çünki İstanbulda Əvəz əfəndi yarı bizim dildə, yarı osmanlıca danışır ki, özbək də, qırğız da, türkmən və Türkmənbaşları da onu eşidib bir az maariflənsinlər. Mən  də qalıram girinc. Əvəz Zeynallı özü demişkən, yaxşı anlamıyorum ki, bu dünya dahisi nə danışır. Bir “iyi” sözünü başa düşürəm. Ancaq “iyi” sözünü Əvəz əfəndi az-az işlədir. Daha çox “kötü” sözünü işlədir. Yəni Azərbaycanda hər şey “kötüdür”, hamı  kötüdür, məmur kötüdür, deputat kötüdür, polis kötüdür, müəllim, həkim kötüdür... Nə gizlədim, əvvəl elə bildim ki, “kötü” azərbaycanlıların çox utandıqları, heç vaxt dillərinə gətrmədiyi sözdür. Yəni bədənin qabaran və yumru orta-arxa hissəsinin adı ki, ruslar buna “jopa” deyirlər. Vallah, bunu fikirləşəndə öz-özümdən xəcalət çəkdim, inana bilmirdim ki, Əvəz Əfəndi rusların “jopa” dediyi ayıb yerin adını dilinə gətirər, özü də rus işğalçılarının Xankəndidə fironluq elədiyi bir vaxt.  Soruşmağa da utanırdım. Bir də ki, kimdən soruşasan Rusiyada? Ruslar “jopa” bilirlər, “”kötü”nü nə qanırlar. Bu sözü dilimə gətirə bilməyib Azərbaycanda bir tanışıma utana-utana yazdım ki, bu “kötü” nə olan şeydir. Tanışım dedi ki, Mirzə, bi kötü sən fikirləşən kötüdən deyil, Allah osmanlılara insaf versin, onların dilində “kötü” «pis” deməkdir… Yəqin osmanlılar bu sözü rusların “jopa” dediyi yerdən çıxarıblar…

Lənət şeytana! Qulaqlara qurğuşun…

Möhtərəm Əvəz əfəndi! Mirzə Əlil sənin fanatındır. Ancaq səndən bir xahişi var: hər dəfə “kötü” deyəndə, qabağına bir “türkün” məsəli qoy, yoxsa millətimiz səhv başa düşər, elə bilər ki, “jopa” deyirsən… Özün də başına bir fəs qoy, vallah, sənin İstanbulda bircə fəsin çatışmır. Deyərdim ki, saqqal darağın çatışmır, ancaq saqqalın yoxdur.

Keyifli günler ve akşamlar, efendim!

Mirzə ƏLİL

04.02. 2022, Samara

PREZİDENT: «MƏN AZƏRBAYCAN DİLİNİ ƏVƏZ ZEYNALLININ ƏSƏRLƏRİNİ OXUYA-OXUYA ÖYRƏNMİŞƏM».

Стандартный

Jurnalistlərin “Doğum gününüzdə aldığıız hədyələrin içində hansı sizin üçün daha qiymətlidir?” sualına cavab verərkən İlham Əliyev deyib ki, böyük yazıçı Əvəz Zeynallının “Selcanın məmləkəti” adlı monumental əsərini ən qiymətli hədiyyə sayır. Prezident deyib: “Mən Azərbaycan duilini Əvəz Zeynallını əsərlərini oxuya-oxuya öyrənmişəm. İndi mən bu dahi yazıçımızın külliyatının 37-ci cildini oxuyuram. Hara gedirəmsə, özümlə götürürəm”.

Yeri gəlmişkən, prezident İlham Əliyevin turnikdə q5 dəfə dartınması Giness rekordlar kitabına daxil edilib. Ömürlük prezidentlər  arasında hələ heç kim bu qədər dartınmayıb. Müxalifət isə iddia edir ki, Əliyev dartınanda aşağıdan bir pəzəvəng idmançı onu ayaqlarından qucaqlayıb qaldırırmış.

Hikmət Hacıyev bu böhtanı təkzib edib.

Mirzə ƏLİL

25.12. 2021, Samara

BORİS CONSON ƏVƏZ ZEYNALLINI TƏBRİK EDİB

Стандартный

Azərbaycanda böyük jurnalist və dahi nasir Əvəz Zeynallınn anadan olmasının 52-ci ildönümü ilə bağlı ümumxalq şənlikləri davam edir. Bu mühüm hadisə ilə əlaqədar  İlham Əliyev covidlə bağlı bütün məhdudiyyətləri müvəqqəti götürüb. Millət Bakının meydanlarına, parklarına axışır, üstünə “Əvəz Zeynallı – 52” yazılmış milyonlarla şara qaz vurub göyə uçurdur. Şarların üç yüz minə qədəri Əvəz Zeynallının ana vətəni Ermənistan ərazisinə düşüb. İndi ermənilər bu şarlarıın hər birini qara bazarda 1000 drama satırlar.

Bakı şəhərinin rəhbəri Eldar Əzizov təklif edib ki, Əvəz Zeynallının şəninə 52 metr uzunluğunda tort bişirtdirsin. Söz verib ki, yumurta tədarükü ilə şəxsən məşğul olsun və hətta özünün toxunulmaz fondundakı yumurtaları da versin. Əvəz Zeynallı Eldar Əzizova təşəkkür edib deyib ki, o, müxalifətçi olsa da, möhtərəm prezidentə, müzəffər komandana böyük sayqı ilə yanaşır və onun tortlarının qabağına tort çıxarmaq istəmir. Buna görə qərara gəliblər ki, Əvəz Zeynallıya töhfə kimi onun əsərlərinin 52-ci cildi buraxılsın. Bu cild çox gözəl nəşr olunub, hər nüsxənin çantası var, hər çanta da təkərlidir. Kitab pultla idarə olunur, yəni əziyyət çəkib oxumaq lzım deyil, bu möcüzə kitab elə öz-özünə oxunur.

Əvəz Zeynallıya dünyanın bütün görkəmli yazıçıları təbriklər göndərirlər. Böyük Amerika yazıçısı Heminquey cənab Zenallıya şəxsən məkub yazıb. Məktubda deyir ki, “…insanı məhv etmək olar, ancaq yenmək olmaz”.

Yeri gəlmiişkən, Əvəz Zeynallı görkəmli türkçü Cahandar Bayoğlu ilə birgə tədqiqatları nıticəsində aşkar ediblər ki, Heminquey türk mənşəlidir, əsl soyadı “Həminbuey”dir.

Böyük Britaniyanın baş naziri və keçmiş jurnalist Boris Conson “Azerfreedom” kanalı vasitəsilə canlı yayımda həmkarı və köhnə dostu Əvəz Zeynallını təbrik edib və onu Oksford tələbələri qarşısında çıxışlar üçün Londona dəvət edib. Hazırda səfərin texniki tərəfləri müzakirə olunur. Şahzadə Çarlz Əvəz Zeynallıya təbrikini Qurban Məmmədovunn efirində səsləndirib.

Yeri gəlmişkən, Əvəz Zeynallı külliyatının (“kül” sözündən deyil, “küll” ərəb sözündəndir) 52-ci cildi çıxandan sonra türk dünyasının yazıçıları arasında ikinci yerə çıxıb. Hələlik birinci yerdə Türkmənistan rəhbəri, Arxadağ Qurbanquludur. Qurbanqulunun külliyatı hələləlik 152-cilddən ibarətdir.

Azərbaycanda şənliklərin qızğın vaxtıdır. İlham Əliyev öz fərmanıyla 2022-ci ili “Əvəz Zeynallı  ili “elan edib və yumurtanın qiyməyini aşağı salıb.

Birinci xanım bu münasibətlə Facebool-da paylaşım edib.

Mirzə ƏLİL

20.12. 2012

Samara

ƏVƏZ ZEYNALLI İMAM HÜSEYNİN 1965 YARASI HAQQINDA

Стандартный

«Mən İmam Hüseynin bədənində 1965 qılınc yarası saymışam. Anam 1930-nu sayıb. Qoca arvaddır, gözü zəifləyib, xırda yaraları seçməyib, əsərlərimin 39-cu cildini satıb qurtarım, aparacam arvadı Zərifə Əiyeva institutuna…»

Mirzə Əlil

17. 12. 2021, Samara

ƏVƏZ ZEYNALLI: «HELİKOPTER YOX, DİKENƏR»!

Стандартный

ƏVƏZ ZEYNALLI: Hörmətli tamaşaçılar, bu gün verilişimizin qonağı bəşərin vucdanı, eşqi, ürəyi  xalqımızın zehni, düşüncəsi, xoş gələcəyi  Cahandar Bayoğludur. Söhbətimizin mövzusu helikopterdir.

CAHANDAR BAYOĞLU: “Helikopter” demə, Əvəz bəy, bu söz mənim türk heysiyyətimə toxunur. Bu sözü türk dünyasının düşməni Soros yaradıb.

ƏVƏZ ZEYNALLI: Elə mənim də türklülüyümə toxunur, hətta, ayıb olmasın, türkün məsəli, bəzi ayrı yerlərimə də dəyir. Helikopter əvəzinə yaxşı bir söz var: Dikuçar! Necədir, Cahandar ağa?

CAHANDAR BAYOĞLU: Gözəl! Sənə bu sözə görə Nobel mükafatı düşür. Mən özüm İsveç kralı ilə şəxsən danışıb o mükafatı sənə verdirəcəm.

ƏVƏZ ZEYNALLI: Sağ ol, Cahandar ağa, mən mükafat üçün işləmirəm, xalqıma xidmət edirəm. Mükafatı da alan kimi paylayacam yetim-yesirə… Bir kron da özümə xərcləyən deyiləm… Deməli, bu şoğəribin adını qoyduq “Dikuçar”.

CAHANDAR AĞA: Əvəz bəy, bəlkə bizi izləyən millətə başa salasan, niyə “Dikuçar”?

ƏVƏZ ZEYNALLI: Çünki bu şoğərib yerdən dik qalxır.

CAHANDAR BAYOĞLU: Onda təklif edirəm ki, “Dikqalxar” deyək, çünki qalxanda dik qalxır, uçanda dik uçmur.

ƏVƏZ ZEYNALLI: Doğru buyurursan, Cahandar ağa. Ancaq “Dikqalxar” sözündə ahəng qanunu pozulur. Bəlkə “Dikenər” deyək? Çünki bu şoğəriblər, xüsusən Rusiyada istehsal olunanlar, çox dik enirlər…

CAHANDAR BAYOĞLU: Gözəl, çox gözəl!..Dikenər, dikenər…

Mirzə ƏLİL

03.12. 2021, Samara