Tag Archives: Əsəd Əsədov

29 OKTYABRDA HƏLAK OLANLAR: ZƏNGİLANLI MİLLİ QƏHRƏMAN ƏSƏD ƏSƏDOV

Стандартный

Əsəd_Əsədov_(milli_qəhrəman).jpg

Əsəd Əsədov 22 mart 1956-ci ildə Zəngilan rayonunun Turabad kəndində doğulmuşdur. 1975-ci ildə Mincivan qəsəbə orta məktəbini bitirdikdən sonra Sovet Ordusu sıralarına çağırılmışdır. Hərbi xidmətini başa vurduqdan sonra Saratov vilayətinin Krasnokutsk şəhərindəki Təyyarəçilik Məktəbinin mülki aviasiya şöbəsinə daxil olmuşdur.

29 oktyabr 1991-ci il AN-2 təyyarəsinin komandiri Əsəd Əsədov 7 nəfər uçuş və texniki heyətlə Yevlax aeroportundan səmaya qalxdı. Xocalı aeroportunda ermənilərdən ibarət işçi qrupunu aeroportun texniki istismarından uzaqlaşdiran AZAL-ın əməkdaşları şərəfli missiyanı yerinə yetirib geriyə uçarkən təyyarə düşmən tərəfindən ALAZAN raketi ilə vuruldu. Cəsur komandir bu uçuş zamanı heyət üzvləri ilə birlikdə həlak oldu. Read the rest of this entry

Реклама