Tag Archives: Ərçivan şəhidləri

BAKI ŞƏHİDLƏRİNİN SAYI 600-Ə YAXIN OLMALIYDI. NİYƏ BELƏ DEYİL?

Стандартный

Şəhidlərin dəfni

Azərbaycan əhalisinin sayı 2020-ci il mart ayında 10079300 nəfərə çatıb. Bakının əhalisinin sayı ilin əvvəlndə  2293,0 min nəfər olub. Beləliklə, paytaxt əhalisi ölkə əhalisinin 20 faizdən çoxunu təşkil edir. Deyək ki, 20 faiz. 44 günlük müharibədə həlak olanların sayı hələlik 2783-dür. Bu rəqəmin 20 faizi 556 eləyir. Yəni Bakı əhalisi müharibədə sayına proporsional şəkildə iştirak edibsə, şəhidlərinin sayı bu qədər və hələ bir az da çox olmalı idi.

İndi 2783-dən şərti “Bakı şəhidlərin”ni çıxaq. Qalır 2227 nəfər. İndi şərti Gəncə şəhidlərini hesablayaq. Gəncənin əhalisi 335, 6 min nəfərdir. Ölkə əhalisinin təxminən yeddi faizi. Şərti şəhidlərin sayı olur təxminən 195. Şərti Bakı və Gəncə şəhidlərinin sayı isə 751. Sumqayıtın şərti şəhidləri əlavə olunsa, 1000 nəfərə çatır. Bir sözlə, Azərbaycanın bütün qalan əhalisinə düşür 1800-dən də az şəhid. Azərbaycanda Mingəçevir, Şirvan kimi iri şəhərlər və 66 rayon var. Bu iki şəhərin hər birini  hər birini iki kənd rayonuna bərabər tutsaq, rayonların sayını 70 götürmək olar. Beləliklə, hər rayona düşür 26 nəfərdən də az şəhid.

Əslində belədirmi?

Salyandan, hələ dəqiq olmayan məlumata görə, 51 şəhid var. Leriklilər 81 şəhid sayıblar.
Əlbəttə, bunların xeyli hissəsi Bakıda yaşayan və ordan çağırılanlardır. Ancaq yəqin ki, əlliyə qədəri bilavasitə Lerikdən çağırılıb. Astaradan şəhid daha çoxdur. Təkcə Ərçivan qəsəbəsindən 9 (doqquz) şəhid var. Başqa rayonlar da belə.

Deməli, hər rayondan orta hesabla ən azı 45 şəhidin olduğunu ehtimal edə bilərik. (Hələlik! Çünki şəhidlərin sayı 3500-4 000-ə də çata bilər). Bu halda bütün şəhidlərin (rəsmən elan edilən 2783 rəqəmini əsas götürməklə) kənd rayonlarından olduğu nəticəsinə gəlmək olar. Əlbəttə, bakılıların şəhidi var, onların bir neçəsinin adı sosial şəbəkələrdə yayılıb. Ancaq söhbət böyük, 600-ə yaxın rəqəmdən getməlidir. Əgər müdafiə nazirliyi hərbi çağırış haqqında ölkə qanununun hərfinə və ruhuna uyğun işləyirsə, belə olmalıdır. Ancaq hər şeydən görünür ki, hərbi qulluğa çağırışda, çağırılanlardan da, o cümlədən cəbhədə, kimin harda yerləşdirilməsində heç bir qanun-qayda gözlənilmir. Müharibə vaxtı isə belə qanun puzğunluğu minlərlə gəncin həyatıdır.

Şəhidlərin doğulduqları yeri, ailə vəziyyətlərini öyrəndikcə ölkədəki ədalətsizliyin miqyasını və kəskinliyini həmişəkindən də açıq görürsən. Bilirsən ki, ölkədə hakimiyyəti və bütün resursları öz əllərində toplamış harın, heç nədən utanıb-çəkinməyən, heç bir əxlaq norması tanımayan insanlar ölkə vətəndaşları ilə rəftarıyla qaranlıq dalanda öz qurbanının böyrünə bıçaq sancıb qarət edən quldurdan heç də üstün deyillər…

Mirzə ƏLİL

06. 12. 2020, Samara

ŞƏHİDLƏRİMİZ: ASTARALI GİZİR ELKİYAR MƏMMƏDOV

Стандартный
ŞƏHİDLƏRİMİZ: ASTARALI GİZİR ELKİYAR MƏMMƏDOV

Elkiyar Məmmədov

Elkiyar Abdulla oğlu Məmmədov, Astara rayonunun Ərçivan qəsəbəsindən. Azrbaycan ərazisinin erməni işğalından azad edilməsi uğrunda 27 sentyabr 2020-ci ildə başlanmış və 44 gün çəkmiş döyüşlərdə həlak olmuşdur.

Allah rəhmət eləsin!

TALIŞ ŞƏHİDLƏR: ASTARALI SADIQ ZEYNALOV

Стандартный
TALIŞ ŞƏHİDLƏR: ASTARALI SADIQ ZEYNALOV

Sadıq Zeynalov

Astara rayonunun Ərçivan kəndindən Sadıq Zeynalov. Azərbaycan ərazsinin erməni işğalından azad edilməsi uğrunda 27 sentyabr 2020-ci ildə başlanan döyüşlərdə həlak olub.

Allah rəhmət eləsin!

Xıdo rəhmət bikə!

ŞƏHİDLƏRİMİZ: ASTARALI BABA QASIMOV

Стандартный
ŞƏHİDLƏRİMİZ: ASTARALI BABA QASIMOV

Baba Qasımov

Astara rayonunun Ərçivan qəsəbəsindən MAXE Qasımov Baba Əhməd oğlu. 21 oktyabr 2020-ci ildə Azərbaycan ərazisinin erməni işğalından azad edilməsi uğrunda gedən döyüşlərdə həlak olmuşdur. Baba Qasımov Ərçivanın 6-cı şəhididir.

Allah rəhmət eləsin!