Tag Archives: Ənvər Səyyad oğlu Fərəcov

ŞƏHİDLƏR: GORANBOYLU MİLLİ QƏHRƏMAN ƏNVƏR FƏRƏCOV

Стандартный

ƏNVƏR FƏRƏCOV

Ənvər Fərəcov  28 iyun 1952-ci ildə Goranboy rayonunun Sarov kəndində doğulmuş, 1968-ci ildə Sarov kənd orta məktəbini bitirmişdir. 1990-cı ildə Özbəkistan Milis Akademiyasını bitirərək Azərbaycan DİN-nin sərəncamına göndərilir.

18 avqust 1991-ci il. Ənvər Fərəcov yoldaşlarını mühasirədən çıxartmaq üçün qeyri-bərabər döyüşə girir. Ermənilərin mühasirəsini yararaq polis əməkdaşlarını itkisiz azad edirlər. Bu əməliyyata görə bölmə rəisi DİN tərəfindən mükafatlandırılır. 11 sentyabr 1991-ci il… Düşmən böyük qüvvə ilə Goranboy rayonunun Erkəç, Mənəşli, Buzluq kəndlərinə hücuma keçmişdi. Bu, Ənvər Fərəcovun son döyüşü idi. O, bu döyüşdə qəhrəmancasına həlak oldu.

Ailəli idi. Bir oğlu, bir qızı yadigar qalıb.

Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 214 saylı fərmanı ilə Fərəcov Ənvər Səyyad oğluna ölümündən sonra «Azərbaycanın Milli Qəhrəmanı » adına layiq görülmüşdür.

Goranboy rayonunda dəfn edilmişdir.

 

Реклама