Tag Archives: Əlisəmid Kür

EMİL RASİMOĞLU. «HARDASA ŞƏKLİN QOCALIB…»

Стандартный

emil _r.jpeg

EMİL RASİMOĞLU

Əlisəmid Kürə ünvanlanan sətirlər)

 

Yarı adam, yarı at
söykənib uçmuş divara.
Sən hansısan, Əlisəmid Kür…?!
Bəlkə də heç biri deyilsən,
Elə Allah kimi
bəlkə də hamısısan, Əlsəmid Kür!

Hər «sağlıq» dedikcə ölürsən bir badənin dibində,
Öldükcə,
qaçıb gizlənib özündən
Gülürsən bir badənin dibində…
Sən demə,
hər gün əlil olmuş taleyini qucaqlayıb
Əlisəmid- Əlisəmid ağlamaqmış bu həyat…
Nə bilim, ay yarı adam, yarı at.

Hardasa şəklin qocalıb
bir qadının qarğışında…
Nə bilim ee, nə bilim,
bəlkə də qəbrində,
bəlkə də sonuncu qışında…

Dişləri vətənimə bənzəyən şair, eşidirsənmi…
Tanrı həbsxanaları öldürə bilmir.
Sən ömründə neçə həbsxana öldürmüsən,
Qanına oğlun, qızın bulaşıb…

Yarı adam, yarı at
söykənib uçmuş divara.
Sən hansısan, Əlisəmid Kür…?!
Bəlkə də heç biri deyilsən,
Elə Allah kimi
bəlkə də hamısısan, Əlsəmid Kür !

 

…Səni Vətən unudacaq,
dilənçilər unutmayacaq.
Bir ağac tap, bir də kəndir,
bir də ağlamağı sevən adam.
Allaha ümid olma…