Tag Archives: Əlimərdan bəy Topçubaşov

27 APREL 1906 — RUSİYANIN I DÖVLƏT DUMASI İŞƏ BAŞLAYIB

Стандартный
27 APREL 1906 — RUSİYANIN I DÖVLƏT DUMASI İŞƏ BAŞLAYIB

1906 — Sankt-Peterburqda Rusiya imperiyasının parlamenti — I Dövlət Duması fəaliyyətə başlayıb. Azərbaycanda seçkilər bir qədər gec, may ayında keçirildiyi üçün azərbaycanlı deputatlar Dumanın işinə sonradan qoşuldular.

Dumaya beş azərbaycanlı deputat — Əlimərdan bəy Topçubaşov, İsmayıl xan Ziyadxanov, Əbdürrəhim bəy Haqverdiyev,  Məmmədtağı Əliyev və Əsədulla bəy Muradxanov seçilmişdi. 448 nəfərlik Dumada 36 müsəlman deputat vardı və müsəlman fraksiyasına Ə. Topçubaşov rəhbərlik edirdi.

ПЕРВАЯ ГОСУДАРСТВЕННАЯ ДУМА — ( 524 депутата)
(27 апреля 1906 — 9 июля 1906 -72 дня)

Азербайджанские депутаты

1. Алиев Мамед Таги,48 лет, купец (окончил Петровскую сельхозакадемию в Москве)

2. Мурадханов Асадулла бек, 40 лет (окончил учительскую семинарию; письмоводитель в Джавадском уезде Бакинской губернии)

3. Топчибашев Али Мардан бек, 42 года (окончил юр.фак. ПГУ; гласный Бакинской городской думы, присяжный поверенный; редактор газеты «Каспий»)

4. Зиятханов Исмаил хан, Абульфат оглы, 39 лет (юр.фак. МГУ; товарищ прокурора при Тифлиском окружном суде)

5. Ахвердов (Агвердиев?) Абдурагим бек, 36 лет (прослушал Восточного факультета ПГУ; драматург)

Реклама

7 DEKABR 1918 — İLK AZƏRBAYCAN PARLAMENTİ İŞƏ BAŞLAYIB

Стандартный

Parlament demokratiyamızın bu parlaq faktı Məhəmməd Əmin Rəsulzadənin yeni parlamentin çağırılması ilə bağlı olaraq 1918-ci il noyabrın 29-da xalqa etdiyi müraciətdə də əks olunmuşdu: «… bizə fəlakət və səfalətdən başqa bir şey verməyən ədavət və ixtilafı bir tərəfə qoyaq. Tarix hamımızı bir yerdə yaşamaq məcburiyyətində qoyub. Yeni başlayan həyatın təbii məşəqqətlərini asanlıqla çəkmək üçün yaşayışımızı aqil və insani əsaslar üzərində quraq, bir-birimizi sevək, ehtiram edək. Milli və məzhəb fərqlərinə baxmayaraq, bütün Azərbaycan vətəndaşları bir vətənin övladlarıdır. Ümumi vətəndə müştərək həyatlarını qurmaq və öz səadətlərinə birlikdə yetişmək üçün onlar bir-birlərinə əl uzatmalı və yardım etməlidirlər».

Məhəmməd Əmin Rəsulzadə Azərbaycan əhalisinə müraciətdə bildirirdi ki, azlıqda qalan millətlərin və məmləkətin vilayətlərinin də nümayəndələri təmsil olunacaq yeni parlament yurdumuzun sahibi olacaq, onun müqəddəratını həll, hökumətini təşkil və mənafeyini müdafiə edəcək.

1918-ci il dekabrın 7-də saat 13-də Hacı Zeynalabdin Tağıyevin qızlar məktəbinin binasında (hazırda Füzuli adına Əlyazmalar İnstitutunun yerləşdiyi bina) Azərbaycan Parlamentinin təntənəli açılışı oldu. Bu, bütün müsəlman şərqində o dövrün ən demokratik prinsipləri əsasında formalaşdırılmış ilk parlament idi.

Parlament_üzvüləri

Parlamentin açılışında Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadə geniş təbrik nitqi söylədi.

Azeri_parlament

«Müsavat» fraksiyasının təklifi ilə Əlimərdan bəy Topçubaşov parlamentin sədri, Həsən bəy Ağayev isə onun birinci müavini seçildi. Paris sülh konfransına yola düşmüş Ə.Topçubaşov səfərdə olduğu üçün parlamentin fəaliyyətinə H.Ağayev rəhbərlik etdi. Parlamentin ilk iclasındaca Fətəli xan Xoyski hökumətinin istefası qəbul edildi və yeni hökumətin təşkil olunması qərara alındı. Yeni hökumətin təşkili yenidən F.Xoyskiyə tapşırıldı.

vikipediya