“Sümüklərimədək hər yerim sızlayır. Sanki üstümdən tank keçib”.
Bunu Gültəkin Hacıbəyli yazıb. Yəni Türkiyə zəlzələsinin ona təsirini tank altında qalmaqla müqayisə edir. İfadə rusların dilindən götürülüb. Ruslar deyirlər: “Как будто меня переехал Камаз». Mən bilmirəm, indi Azərbaycanda Kamaz maşınları qalıbmı. O ki qaldı tanka, Gültəkin xanım gərək qoxrmasın. Bizim müxalifət liderlərini tank basmır. 1990-cı ilin yanvarında bir müxalifət liderinin də burnu qanamadı. Qırılanlar sadə və sadəlövh adalar oldular. Əli Kərimli indiyəcən top kimidir, görəndə deyirsən ki, bu adam tank altından yox, yaxşı dəlləkxanadan çıxıb. Gültəkin Hacıbəyli də tank altından çıxana az oxşayır. Güman edirəmki, elə bu zəlzələ faciəsi günlərində də xanım gözəllik salonuna baş çəkməyi unutmur. Yanqaları qıpqırmızıdır. Saçına da bir ətək pul qoyub.
Onu da demək lazımdır ki, ruslar «üstümdən Kamaz keçib» deyənin özünə yönəlmiş rişxənddir, zarafatdır. Bunu gecə gözü mal kimi içmiş,, ya rəisindən kötək yemiş və yaxud da arvadı ilə dalaşmış adam deyə bilər. On minlərlə adamı məhv etmiş zəlzələdən sarsılan adam belə deyirsə, deməli, sözün yerini bilmir, ağızlardan eşidib, xoşuna gəlib, inkişaflı, «cool» görünmək üçün bunu işlədir. Özünü necə gülüc hala saldığını anlamadan.
Gültəkin Hacıbəyli yazır ki, guya “boğazından loxma keçmir”.
“Loxma” ya “loğma”? Yəni “tikə”? İnanmalı deyil. Bu xanım nə deyirsə, yalana oxşayır. Müxalifətdə özgə yerini tutduğu kimi yad sözlərlə, qondarma ifadələrlə danışır. Ümimiyyətlə, postlarını oxuduqca bu qadının Azərbaycan dilni yaxşı bildiyinə şübhə yaranır.
“…həyata tutunan bu mözücə balamız…”
Bir şey başa düşdünüz? “Həyata tutunan?”
Qənimət Zahidə belə müraciət edir: “Qanimat Zayıdov, 60 yaşınız mübarək!”
“Qanimat”ı başa düşdük, bu, ruscadır. Yəni Gültəkin Hacıbəyli rus xanımları kimi məzələnir. “Qanimatçik…”
Bəs “Zayıdov”? Kolxoz briqadirləri, partkomları belə danışırdılar: “Pambıq qalıb çöldə yağışın altında, yoldaş Zayıdov bizi mələdəcək…”
Gültəkin Hacıbəyli Türkiyədən qopmur.” Türkiyə ilə Azrbaycanın bağı ana ilə övladı arasında olan fizioloji əlaqəyə bənzəyir. Birinin canı yananda o birisi bu ağrını öz canında yaşayır”.
Burda, məlum məsələdir, kim anadır, kim bala. Türkiyə olur ana. Halbuki dünənəcən hamı Türkiyəyə qardaş deyirdi. “Türk qardaşlarımızın dalındyıq”.
Maraqlıdır, niyə ancaq “qardaşlarımızn”? Türkiyədə arvad yoxdur? Yoxsa bu, ”qardaş” deyənlərin oriyentasiyasindan xəbər verir?
İndi Gültəkin qardaş deyir ki, Türkiyə anadır. Onda görəsən Azərbaycan Türkiyənin harasından çıxıb? Bunu İlham Əliyev bilirmi?
Bunu yəqin Şah İsmayıl bilməyib. «Yoxsa anasıyla» qanlı müharibələr eləməzdi…\
Ah, İsmayıl, İsmayıl…
Gültəkin ana yazır:
“Türkiyə, heç şübhəsiz ki, bizim üçün vətəndir”.
“Biz” deyəndə Gültəkin ana kimi nəzərdə tutur? Özünü? Türkiyə kurortlarında, beşulduz otellərində kef çəkənləri? Oraa milyardlar çıxarıb daşınmaza qoyanları? Niyə Gültəkin qardaş hamının adından danışır? Hünəri var, Bəxtiyarın müdafiəsi üçün on beş-yiyirmi nəfərlik asiya təşkil eləsin.
Gültəkin ana Bəxtiyardan da yazır.
“Dünən Bəxtiyar Hacıyevlə bağlı aldığım xəbərdən sarsılmışam.
Vəkilləri bildirir ki, onu tanımaq mümkün deyil. Çəkisi 84,6 kq-dan 69 kq-a düşüb, sümükləri çıxıb…”
Gültəkin ana sarsılanda Bəxtiyar 32 iki gün idi ki aclıq keçirirdi. 33-cü gün sarsılıb. Yəqin tank gözləyirmiş ki, gəlib üstündən keçsin.
Çəki söhbəti isə Baxtiyarı əslində diskreditasiya edir. 69 kq çəki ortaboy adam üçün ideal çəkidir, bu halda sümüklər görünməz.
Gültəkin ana xaricdə yaşayan oğlundan qazaxları soruşub. Məlum olub ki, qazaxlar ana dillərini bilmirlər. Gültəkin ana dərhal verdikt çıxarır, yəni bu, “rus istilasının qazax qardaşlarımızı assimilyasiyaya uğratmasının acı sonucudur…”
Rus istilası! Bunu yazanda alyanaq xanın Gültəkin Hacıbəyli özünü Həcər kimi at üstündə təsəvvür edib.
Rus istilası…
Rus istilası olmasaydı, qazaxlar hardaydılar? Ən yaxşı halda onları Çinin tərkibində uyğurlatın taleyi gözləyirdi. Ya da tarixdən silinmişdilər. Rus qazaxlara nəhəng bir əraziyə malik qurulu dövlət verib…
Yazmaqdan qabaq yaxşı fikiriləşin, Gültəkin qardaş. Yəqin Bakı dövlətdə dörd il məzəənmisiniz, qalın və yuxugətirən tarix, fəlsəfə kitablarının uzağı müqəddiməsini oxuusunuz.
Gözəllik salonlarına ya massaja gedəndə özünüzlə kitab götürün.
Makiyajı da unutmayın. Yoxsa AXC-nin yaraşığı itər…
Tankdan qorxmayın. Tanklar fəhlə-kəndkli ailələrindən olan əsgərlərin üstündən keçir…
Mirzə ƏLİ
14. 02. 2023, Samara
Для отправки комментария необходимо войти на сайт.