Tag Archives: Əkinçi qəzeti

“ƏKİNÇİ”: ZAQATALANIN ÜÇDƏ İKİSİ YANIB

Стандартный

TƏZƏ XƏBƏRLƏR

İyun ayının 5-də Zəkərtala şəhərində bərk yanğı olub. Şəhərin 3-dən 2 hissəsi bilmərrə yanıb. Ona binaən Rusiya qəzetləri evləri yananlar üçün pul cəm edillər. Bu səbəblərə yazıb məlum edirik ki, hər kəs Zəkərtala şəhərinin xalqına Allah rizasına pul vermək istəsə bizə göndərsin ki, dərhal onlara göndərək.

СТАРАЯ ЗАКАТАЛАZaqatala. Qədim qala divarı

=================================

Badkubənin təzə qubernatoru genaral Puzin beş gündür ki, Badkubədədir.

генерал губернатор Позенгенерал-губернатор Бакинской губернии Позен

ПОЗЕН- КАЛЕНДАРЬ

Баку. ГУБЕРНАТОРСКИЙ ДОМ, 1876

Баку. Губернаторский дом, 1876.

==================================

Avropa dövlətlərinin hamısı söz veriblər ki, Osmanlı dövlətinin daxiliyyyə işlərinə qarışmasınlar və Osmanlı dövlətinə tabe olan Serb və Qaradağ əyalətlərinin Osçanlı ilə olan işlərini daxiliyyə işləri hsab etsinlər.

Osmanlı dövlətinin öz xaçpəerəst tabeləri ilə elədiyi cəng az qalmışdı qurtarsın. Avrola dövlətləri Osmanlı dövləti təzədən bina elədiyi qaydaları görüb, söz veriblər ki, onlatın daxiliyyə işlərinə qarışmasınlar. Həzrət Məhəmməd Murad altı həftə möhlət verib ki, peşman olam xaçpərəstlər evlərinə qayıtsınlar. Ona binaən onların çoxu qayıdıb gəlir idi. Bu əsnada iyun ayının 17-dən tel gəlib ki, Serb əyalətinin əhli osmanlı ilə cəng başlayıb. Onların knyazı Milan sərhəddə cəng eləməyə və ruhaniləri əsgəri dualamağa gediblər. İyunun 20-dən tel var ki, Qaradağ əhli də Osmanlı dövləti ilə cəng başlayıb. Onların knyazı Nikolay öz əsgəri ilə sarhədi keçib Osmanlı yerinə daxil olub. Pəs işlər təzədən genə pərişan olub.

“ƏKİNÇİ”, 25 iyun 1876

“ƏKİNÇİ”: 500 İLDƏN ZİYADƏDİR Kİ, İSLAM ZÜLMƏTƏ QƏRQ OLUB

Стандартный

HƏSƏN BƏY ZƏRDABİ

Vamberi adlı bir nemes ki, müsəlman müsəlman vilayətlərində çox səyahət edib, indi “İslam” adlı bir kitab inşa edib, oı vilayətlərin yerlərini, əhlini, onların adətlərini və qeyrə yazıb elm  təhsil etmək barəsində deyir:

Məğrib, yəni xaçpərəst vilayətləri və Məşriq, yəni islam vilayətləri elm təhsil etməyə qeyr tövr baxıllar. Məğrib səy edir ki, elm xalqa bəyan olsun və hər kəs elm yolu ilə iş tutsun ki, ziyadə mənfəət tapsın. Amma Məşriq elm yollarını xalqdan gizlin saxlayır. Lakin İslam bina olan vaxtda Məğrib və Məşriqin belə təfavütü olmayıb. Ol vaxtlar həzrət xəlifələr və hər tavana kəslər öz ehsanına məscid və məktəbxanalar bina edəllər idi ki, xalq elm öyrənsin. Ona binaən ol vaxt islamda olan hükəmalar heç bir məmləkətdə yox idi. Elə ki xəlifələrin yerində soltanlar, şahlar, xanlar əyləşdi və xalqın ipi ruhanilərin əlinə düşdü, hökumət əhli xalqı gözü bağlı saxlamaq üçün məktəbxanalarda ancaq şəriət adablarının, boş sözləri bir-birinə yapışdırıb ibarət ilə danışmağın dalıncan düşüb, xalqı yoxsul və sərgərdan edib özləri kef və ləzzəti-dünyaya məşğul oldular və nəinki özləri təzədən xalq üçün məktəbxanalar açmdılar, hətta olan məktəbxanalarda mollalıq məsailini araya salıb xalqı elm yolundan uzağa saldılar. İndi Məşriq-zəmin qoca və xəstədir və ol şəxsə aqil deyərlər ki, o ibarət ilə danışdığı sözləri başa düşmək olmasın və bu aqil kəslər deyirlər elm cəvahiratı hər şeydir. Necə ki, cəvahiri çölə atanda hər kəsin əlinə asanlıq düşdü genə qiymətdən düşər, habelə kamallı sözləri vazeh danışanda onu hər kəs başa düşər, ona binaən söz biməqdur olur. Bu tövr ilə 500 ildən ziyadədir ki, islam zülmətə qərq olub, elmdən və dünyadan bixəbər olduğuna  yoxsulluqdan mürur ilə tələf olur. Əgərçi Vamberinin zikr olan kəlamı düşmən sözüdür, amma yaxşı olurdu ki, onu oxuyanlar fikir ilə oxuyaydılar.

“ƏKİNÇİ”, 13 may 1876

“ƏKİNÇİ”: DƏRBƏNDDƏ DÜLGƏR VƏ XARRATLAR YA İRANLILAR, YA ERMƏNİLƏRDİR

Стандартный

Dünyada hər bir şəhərin özünə münasib sənətkarlığı var, savayı Dərbənd. Bizim əhl həmişə boyaq dalınca olduğuna ancaq buyuruq verməyə adət edib. Boyaq dadistədini həmişəlik hesab edib, elm və və təhsil eləməyiblər. Bizim şəhərdə nə qədər dülgər və xarrat varsa, tamam İran əhli, ermənilərdir ki, yaxşı pul qazanırlar. Xəyyat bizim əhldən 1-2 nəfərdir ki, çuxa şalvarlardan alahı libas tikmirlər, açça palto, kürk və qeyri libasları tikənlər erməni, rusdurlar ki, yaxşı pul allıllar. Qərəz, çəkməçi, saatsaz, ahəngər və əqləbənd tamam qeyri vilayət əhlidirlər. Bu sənətlərdən əlavə 39-40 nəfər həmşərilər rəngsazlıq edirlər. Müxtəsər kəlam, bizim şəhərin kəmbəxt xəlaiqi bu qədər sənətləri əldən verib özləri məəttəl və sərgərdan qalıblar və əgər indi ol sənətər bu darlıq vaxtda öz əlimizdə olseydi, az iş deyil idi. Amma çifayda, sənətkarlıq nəfindən və elmdən bixəbər olmaqlarına binaən, genə məhəl qoymurlar və camaatdan həm heç kimin xatirinə gəlmir ki, bu gündən sonra insan hər bir sənət üçün elmə möhtacdır. Barı gələcək üçün məktəbxanalar səyində olub, elm səbəbilə uşaqların sənətkarlığa və işlərə həris eləsinlər ki, özləri çəkən zillətləri uşaqları çəkməsin. Belədə bir sənət məktəbxanası bizim şəhərdə olsa, yazşı olmazmı?

 

Əlimədəd Abdulla oğlu

“Əkinçi”, 14 aprel, 1876

СТАРЫЙ ДЕРБЕНТ

KÖHNƏ DƏRBAND. DƏMİRYOL VAĞZALI

28 ИЮНЯ — ДЕНЬ РОЖДЕНИЯ СОЗДАТЕЛЯ ПЕРВОЙ АЗЕРБАЙДЖАНСКОЙ ГАЗЕТЫ ГАСАН БЕКА ЗАРДАБИ

Стандартный

ЗАРДАБИ ТОПЧУБАШЕВ

Исмаил Гаспринский, Гасан-бек Зардаби и Алимардан-бек Топчибашев. Баку, 1907 год

“ƏKİNÇİ”: DƏRBƏNDDƏ SUDYA ƏRİZƏLƏRİN ÇOXLUĞUNDAN BEZİB

Стандартный

HƏSƏN BƏY ZƏRDABİ

DƏRBƏNDDƏN

Bizim şəhərin xalqı ya tüccarlıq ya sənətkarlıq və ya fəhləlik ilə güzəran edir. Ticarət əhlinin əvvəldən də tahqahi cüzvi olub. Onlar Rusiyadan mal gətirib onun bir hissəsini nəqdə və birisini nisyə satıb, nəqdini boyağa xərcləyib, mizanda ki, iyul ayı olsun, öz boyağını və nisyədən hasil olan boyağı cəm edib, Rusiyaya aparıb füruş edib mal gətirirdi. 3 ildir ki, nisyə xalqın üstə qalıb və nəqdi ki, boyaq idi, qiymətdən düşüb. Ona binaən alış-veriş bilmərrə yatıb. Onların çoxu dükanların bağlayıb və bəzi bir çotgə və özü qalıb, bilmir nə eləsin. İndi hər bir adam gərək təzədən dadistəd binasın qoysun, amma tanqahsız heç bir iş etmək mümkün deyil. Belədə camaat birləşib bang bina etsəydi, fəqir-füqəranın əlindən tutub onlara kömək edərdi. Amma çifayda ki, camaat üçün nəf verən işlərdən bir tədbir və məsləhət eləmək əsla xəyallarına gəlmir. Pəs yaxşı olurdu ki, böyük olan hakimlər bizim şəhərdə bang təyin etmək səyində olaydılar ki, bizim tüccarlar bang köməyi ilə təzə dadistəd başlaya bilsinlər.

===========================================

Dərbənddə təzə ildən miravoy sud bina olunub. Əgərçi boyaq dadistədinin ərizəçiliyi bilmərrə orada yoxdur, amma onunla belə ərizəçinin çoxluğundan cənab sudya təngə gəlib.

=======================================================

Şəhərimizin buçağacan nataryusu yoxdur, ona binaən çox məəttəllik çəkirik.

Əliəhməd Abdullazadə

“ƏKİNÇİ”, 29 mart 1876

 

 

 ДЕРБЕНТ КАЛЯ КАПИ

Köhnə Dərbənd. Qalaqapı qalası

 

“ƏKİNÇİ”: HACI XƏLİL BƏY İSTİSUYUN TƏMİRİNƏ 300 MANAT VERDİ

Стандартный

HƏSƏN BƏY ZƏRDABİ

Quba uyezdinin Xaltan isti suyunun üstə təmirat olmadığına bu çağadək isti suya gələnlər açıq yerə düşüb ziyadə korluq çəkirdilər və oradan kəndlər uzaq olmağına binaən tamam mayəhtacları gərək özlərilə gətirəydilər. Ondan masəva istisuda bircə hovuz var idi, amma keçən il cənab uyezdni naçalnikin sərəncamına binaən dəftər üzü ilə pul cəm olunub, o cümlədən cənab Hacı Xəlil bəy 300 manat verib. Zikr olan məbləğ ilə istisuda bir ev təmir olunub ki, olsun səkkiz bab otaq və təzədən iki hovuz təmir olub. Bu il gnə bir neçə otaq və hovuz təmir olunacaqdır. Ondan savayı orada dükanlar açılacaqdır ki, hər bir məyəhtacı oraya gələnlərə satsınlar. İstisuya gələnlər zikr olan evə kirayə verməyəcəklər.

“ƏKİNÇİ”, 15 fevral 1876

“ƏKİNÇİ”: MÜSƏLMANLAR BELƏ İŞƏ BEŞ QƏPİK DƏ VERMƏZDİLƏR…

Стандартный

HƏSƏN BƏY ZƏRDABİ

Bir ildir ki, badkubənin sudebni pristavı erməni Sukyasov min səkkiz yüz manat padşahlıq pulun özünə məsrəf eləməkdən ötrü məhbus olmuş idi.  Bu yanvarın 13-də onun işi qət olan zaman Badkubə erməniləri siyahi üzilə ol məbləği cəm edib suda veriblər. Ona binaən sud onu qulluqdan əzl edib əldən qoyubdur. Bizim müsəlmanlardan belə işə 5 qəpik də verən olmaz.

===============================

Peterburqda təzədən Rusiyada ixtira olunmuş tüfəng ilə əsgərlər məşq edirlər. Onu hava ilə doldururlar, gülləsi 70 arşın gedir və tüstüsü olmur.

===========================================

Andraşinin sülhnaməsini hələ Osmanlı qəbul etməyib. Deyirlər İngilis də təkid edəcək ki, qəbul etsin.

===================================

Daşkənddən yazırlar ki, avtavabaçıbaşı təzədən Acid şəhərində qəzavət üçün 10 000 əsgər cəm etmiş imiş, amma Namanqanda olan rus əsgərləri onları pərakəndə ediblər.

================================

Peterburqda Ştiqlis adlı bir kəs bir milyon manat verib ki, ol məbləğ ilə bir şəkil çəkmək məktəbxanası açılsın.

============================

Tiflisdə dövlət tərəfindən bir məclis bina olunub ki, Qafqazda olan əkin sulamaq adətlərini cəm edib bir qərardad qoysun ki, su xalq arasında doğruluq ilə paylansın.

===============================================

Tiflisdə ermənilər və gürcülər öz dillərində həmişə teatr çıxardıllar, amma bu çağacan onların həmişəlik imarəti yox idi. İndi istəyirlər dəftər ilə pul yığıb teatr üçün imarət təmir etsinlər.

“ƏKİNÇİ”, 18 yanvar 1876

ZƏRDABİNİN HEYKƏLİNİ SÖKƏK, KİTABLARINI YANDIRAQ

Стандартный

Bizim bildiyimiz adlardır və sevgimiz də adlaradır:

Nizamilər, füzulilər… Azərbaycanda nə nəqər Füzulini oxuyan var?

İndiki Salyanda Əliyevin heykəli orqanik, üzvi, yəni kobud desək, yerində görünür, ancaq orda doğulmuş Əli bəy Hüseynzadənin cəbhə vaxtı tələsik qoyulmuş heykəli yox. Hansı salyanlı Əli bəyin hansı bir məqaləsinisə oxuyub? Əliyev başqa məsələ. İndiki salyanlıların əksəriyyəti əliyevlərin hökmranlığı dövründə doğulub-böyüyüb. Onun heykəli qoyulan yerdən əlli metr aralı pambıq vaxtı otuzacan avtobus dayanardı səhər tezdən, xırda uşaqları çalğıyla o avtobuslara dolduruB aparırdılar rayonun kəndlərinə zəhərli tarlalarda pambıq yığmağa…

Yasını saxladığımız hadisələr iki-üç sözdən ibarət ada qədər daralıb: Xocalı qırğını, Qara yanvar…

Kim bir-iki Xocalı qurbanının adını çəkər? Mən rus və Azərbaycan dillərində siyahını “Ocağ”ın bloquna qoymuşam – baxan yoxdur…

Mən burda Samara azırbaycanlılarının hər il keçirdiyi Xocalı ya Qara yanvar tədbirində ancaq xəcalət çəkirəm… Hərçənd ağlayan da olur. Bəzi insanlar Putindən bir gözlə ağlamağı öyrəniblər… Həmin bu adamlar doxsanıncı illərin əvvəlində daban əlli altı ordan qaçıblar…

Heyf o zülmlə qırılanlara…

“Əkinçi” qəzetinin adını çox adam bilir. Bu qəzetdən daha nə bilirik?

İki aydır ki, “Əkinçi”nin məqalələrindən seçib təzədən yığır (şrift uyğunsuzluğu var), “Ocağ”ın bloqunda yerləşdirirəm. Oxuyan yoxdur. Bir nəfər, lerikli Füzuli Hüseynov, azərbaycanca hamımızdan savadlı yaznb talış oğlu bu yazıları FB-da paylaşır…

Bizim millət adları sevir. Həm də əsasən ölü adlarını. Bizim qəzetin 125 nömrəsi çıxıb, çox şeydən yazmışıq. Rusiya azərbaycanlılarının ikinci onillik ərzində fasiləsiz çıxan çox az qəzetlərindən biriyik. İndiyəcən Azərbaycanda bir adam maraqlanıb? Starçeviskinin lüğətindən yazdım, kaftarlar cəmdək üstünə tökülən kimi töküldülər. Hamı alim olmaq istəyir, hamı özünü qaldırmaq, gözə soxmaq istəyir, bu insanlar üçün Xocalı da, Yanvar da özlərini xatırlatdırmaq üçün vasitədir.

Biz son dəfə Xocalı tədbirində vəzifə məsələsini müzakirə etdik. Bir gözlə ağlayandan sonra…

İlham Əliyev Rəsulzadənin 130 illiyini qeyd etmək barədə fərman verdi, nəticəsi də bu oldu ki, kişinin yeganə barelyefini də sökdülər.

İlham Əliyev “Əkinçi” barəsində də fərman verib. Kş elə Həsən bəy Zərdabinin də heykəlini yubiley nünasibətilə sökələr, Zərdabinin kitablarını yığıb yandıralar.

Onsuz da bizim sevgimiz ancaq adlaradır…

X.X.

25.06. 2015 Samara

“ƏKİNÇİ”: AŞURA AXŞAMI SALYANDA OTUZDAN ÇOX DÜKAN YANIB

Стандартный

HƏSƏN BƏY ZƏRDABİ

TƏZƏ XƏBƏRLƏR

Bu fevralın 9-da bizim padşahın həmşirəsi Mariya Nikolayevna mərhum olub.

============================

Badkubə müsəlmanlarının arasıında danışıq var ki, şəbnişindən ötrü bir mənzil kirayə edib oraya axşamlar söhbət etməyə və vaxtı xoş keçirmək üçün cəm olsunlar və bu camaaat mənzilin adını behstillahi rus-müsəlam klubu qoysunlar ki, haman mənzildə olan məşğulat cümləsi müsəlmanlar adət etdiyi məşğələlərdən olsun. Məsələn, şətrənc, nərd-taxta oynamaq və hər cürə özləri xahiş etdiyi müsəlman kitabları oxumaq. Bu mənzilin kirayəsini verməkdən ötrü, lazım olan müxəlləfatı və kitabları almaq üçün camaat məbləğ cəm edəcəkdir ol kəslərdən hansıları ki, ol mənzilə həmişə gəlməyə xahişmənd olacaqdır.

=================================================

Aşura axşamı Salyan qəsəbəsində yanğından 30-dan ziyadə dükan tamam malları ilə ki, 40 min manata qədər qiyməti olsun, yanıb tələf olub. Yanğının şiddət etməsinə səbəb 2 neft dükanı olub ki, zikr olan 30 dükan iki saatın müddətində yanıb qurtarıb.

==================================================

Osmanlı dövləti öz xaçpərəst tabelərilə cəng elədiyinə binaən tamam Avropa dövlətləri əsgər cəm edib ol cəngin aqibətini gözləyir idilər və Osmanlı çox əsgər yığıb, o cümlədən Qafqazdan gedən çərkəzlərdən əlahiddə polk düzəldib cəng gəmilərini və top-tüfəngi arəstə etmiş idi. Keçən həftə ki, Avropa dşvlətlərinin konsullları Andraşi yazdığı sülhnaməni sədrəzəmə verəndə onu qəbul etməmişdi, hamı fikir elədilər ki, cəng başlanacaq. Amma indi teleqraf ilə xəbər gəlib ki, Osmanlı dövləti ol sülhnaməni qəbul edib.

“ƏKİNÇİ”, 15 fevral 1876

 

“ƏKİNÇİ: BİZİ LONDONDA TANIYIRLAR, ANCAQ BİZİM ADAM…

Стандартный

HƏSƏN BƏY ZƏRDABİ

Altı ay yoxdur ki, bizim “Əkinçi” qəzeti çap olunur, amma ingilisin paytaxtı London şəhərində onun çap olunduğu məlumdur. Oradan bir kitabın bir fəslinin türk dilində olan tərcüməsini bizə göndəriblər ki, onun qələtini düzəldək. Əlhəq bu çox ziyadə gözüaçıqlıq istər. Londonda bir neçə yüz qəzet çap olunur. Onunla belə kişilər dünyanın ucunda bizim qəzet kimi kiçik qəzet çap olunmağınıeşidib istəyirlər ondan da nəfbərdar olsunlar, amma bizim adamın çoxu nə ki buçağadək bizim qəzeti oxumayıblar, bəlkə bəzi kəslər onun bina olunmağının xəbərini də eşitməyibdir. Hətta elə adam var ki, onu almaq istəmir. Bizim xalq dünya işlərini belə soyuq tutmağı bilir ikən biz “Əkinçi” qəzetini başlamışıq və bizim təkdə bir yuxudan oyananlarımıza ümid olmuşuq ki, xalq qəzet oxuyub ondan mənfəətbərdar olmağa və dünya işlərindən xəbərdar olmağa səy edəcəklər. Əlbəttə, onlar səy elədiklərinə keçən il bizim altı yüzəcən müştərimiz var idi. Amma indi belə məlum olur ki, onlar xalq qəzeti oxumağa səy etmirlər və yəqin fikir edirlər ki, xalq qəzet oxumağa adət edib və özü onu alıb oxuyacaqdır. Lakin iki aydır bizim qəzet gələn il çap olunmağından ötrü qəzetimizdə elan basdırırıq, amma buçağadək ancaq qlrx adam onu gələn il almağa xahiş edib. Biz müsəlmanlar dünya işini soyuq tutmağa bizim məzhəbimiz səbəb deyil ki, onu xaricilər bizə böhtan deyirlər. Cənab şeyxülislamın bu nömrədə çap olunan məktububu oxuyana məlum olur ki, bizim peyğəmbərimiz öz ümmətini irəli salmaqdan ötrü onlara hökm edibdi ki, hər bir elmi təhsil etsinlər. Pəs biz müsəlmanlar millətlər arasında rüsva və zəlil olub dünya işlərinə məhəl qoymadığımıza səbəb… Ol səbəblərdən sonra danışarıq. İndi bizim alimlərdən iltimas edirik ki, bizim bu suallarımıza cavab versinlər. Çünki bizim peyğəmbərimiz müsəlmanlara elmi-ıbdanı təhsil etməyə hökm edib və ona binaən bizlərə vacibdir ki, ol elmləri təhsil edək, onları kimdən öyrənək? Və əgər bir xaricə elmül-əbdandan xəbərdar ola, ondan o elmləri öyrənmək olurmu ya elmi-ədyan oxudan gərək bizlərə elmül-əbdanı da oxutsun?

“ƏKİNÇİ”, 1 yanvar 1876