Tag Archives: Əkbər Qoşalı

BAKIDA «YENİ TATAR ŞEİRİ ANTOLOGİYASI» ÇAPDAN ÇIXIB

Стандартный

В БАКУ ИЗДАНА «АНТОЛОГИЯ НОВОЙ ТАТАРСКОЙ ПОЭЗИИ» НА АЗЕРБАЙДЖАНСКОМ ЯЗЫКЕ

Tatarıstan şairlərinin antologiyası ana dilimizdə çap edildi


Dünya Gənc Türk Yazarlar Birliyi  tərəfindən nəşrə hazırlanan, “yeni tatar şeiri antologiyası” adlanan kitab, tatar xalqının görkəmli oğlu, tatar ədəbiyyatının tanınmış nümayəndəsi, şair, publisist, tatar ədəbiyyatında tənqidi realizmin yaradıcısı, 27 yaşında bu dünyaya vida etmiş Abdulla Tukayın 130 illik yubileyinə ad edilib.
Moderator.az xəbər verir ki, nəşrin məsləhətçiləri millət vəkili prof.dr. Nizami Cəfərov, Tatarıstan Respublikasının Əməkdar İncəsənət Xadimi, Tatarıstan  Yazıçılar Birliyinin başqanı Rafis Qurban, Tatarıs¬tan¬da yaşayan soydaşımız, tanınmış vəkil İsmət Orucəliyevdir. 
Yeni antologiyanın tərtibçisi şair-publisist Əkbər Qoşalı, koordinatoru Tatarıstan Yazıçılar Birliyinin başqan müavini Rəmis Aymet, redaktorları DGTYB Məsləhət Şurasının üzvləri dr. Həyat Şəmi və filoloq Sərdar Şirvan, dizayneri Teymur Fərzidir. 
Millət vəkili  Cavanşir Feyziyevin “Ön Söz” yazdığı yeni nəşrdə, həmçinin tanınmış tatar ədibləri Çulpan Zərif Çətin, Robert Minnullin və Rədif Qataşın birgə hazırladığı “Tatar şeirinin (ədəbiyyatının) özəllikləri və tendensiyaları” adlı təhlil yazısı da yer alıb.
Antologiya Tatarıstan Yazıçılar Birliyinin təqdim etdiyi materiallar, habelə bir qismi gənc tatar şairlərinin şeir kitabları, yaxud onlar tərəfindən biləvasitə göndərilən şeirlər əsasında hazırlanıb.
Kitabda Tatarıstanın 23 istedadlı gənc şairinin (Rifat Salah, Fənil Gilaji, Bulat İbrahim, Şan (Alsu Nurqatina), Alyona Kərim, Aydar Camal, Daniya Nağimullina, Elnar Baynazar, Elvira Hadiyeva, Fidail (Fidail Mәjit), Gülnaz Əziz, Gülnaz Vəli, Gülnur Qurban, İlmira Kamayeva, Lenar Şeyx, Leniza Vəli, Leysan Fəthətdin, Liliya Qıybadullina, Luiza Yansuar, Rezeda Qobəyeva, Rüzəl Əhmədiyev, Rüzəl Mühəmmədşin, Yıldız Minnullina) şeirləri toplanıb. 
Şeirlər azərbaycancaya Afaq Şıxlı, Akəm Xaqan, Elxan Yurdoğlu, Elşad Barat, Əkbər Qoşalı, Faiq Balabəyli, Fərqanə Mehdi, və başqaları tərəfindən Azərbaycan türcəsində tərcümə edilib. 
Elmin Nuri
Реклама